Xəbər lenti
Məktəbəqədər təhsil parlamentdə ciddi müzakirələrə səbəb oldu
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
Manevr.az-n xəbərinə görə, yeni qanun layihəsi haqda Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli məlumat verib.
O, qeyd edib ki, Bakıda, eləcə də regionlarda məktəbəqədər təhsil müəssələrinin şəbəkəsi genişlənir: “Bütün bunlar məktəbəqədər təhsilin qanunla tənzimlənməsini vacib edib. Yeni qanun layihəsi hazırlamaqla əlaqədar komitəmizdə işçi qrupu yaradılıb. Səhiyyə, Təhsil nazirliklərinin bu istiqamətdə gördüyü işlər təhlil olunub. Biz dünya təcrübəsi ilə maraqlandıq. İsveç, Finlandiya, Sloveniya təcrübəsinə baxdıq. Eləcə də Rusiya, Qazaxıstan praktikasına diqqət etdik. Şübhəsiz ki, Azərbaycan reallığı nəzərə alınmaqla qanun layihəsi üzərində işə başladıq. Əksər ölkələrdə məktəbəqədər təhsil müəssisələri haqda qanun qəbul edilib. Bizim təklif etdiyimiz qanun layihəsində məktəbəqədər təhsillə bağlı bütün məqamları öz əksini tapır. Qanun 5 fəsildən, 24 maddədən ibarətdir. Qanunda istifadə olunan termin və anayışlar sadə dildə yazılıb. Burada məktəbəqədər təhsillə bağlı dövlətin siyasəti öz əksini tapır. Eləcə də bir çox mental dəyərlərin qorunub saxlanmasını vacib hesab etmişik. Ən tezi 1 yaşından sonra körpələrin məktəbəqədər təhsil müəssisələrinə verilməsinin vacibliyini qeyd etmişik. Qanunda valideynlərin hquq və vəzifələri təsbit edilib”.
Komitə sədri deyib ki, ictimai fikirdə dövlət bağçalarının özəlləşdirilməsindən sonra dağıdılması kimi məqamdan narahatçılıq ifadə olunur: “Odur ki, dövlət müəssisələrinin özəlləşdirilmədən və profilinin saxlanılması şərti ilə idarəçiliyə verilməsi fikri üstünlük təşkil edir. Qanunun II oxunuşda müzakirəsi zamanı bu məqama diqqət olunmalıdır”.
Deputat Vahid Əhmədov deyib ki, bu müəssisələrin özəlləşdirilməsi doğru deyil: “Onsuz da məktəbəqədər təhsillə bağlı problemlər var. Biz bunu niyə özəlləşdirməyə verməliyik?”
I vitse-spiker Ziyafət Əsgərov bildirib ki, müzakirə olunan sənədin adı “Məktəbəqədər təhsil haqqında” qanun olsa da, "məktəbəqədər təhsil nədir" sualına cavab tapılmır: “İkincisi, məktəbəqədər təhsil müəssisəsi ilə uşaq bağçaları arasında fərq nədir? Əgər məktəbəqədər təhsil müəssisəsində uşağa əlifba öyrədiləcəksə, o zaman I sinif nəyə lazımdır?”
Deputat Elmira Axundova deyib ki, qanun ciddi şəkildə hazırlanıb, bir çox suallara cavab verir: “Qanuna müddəa salınıb ki, uşaqlara Azərbaycan dili öyrətmək şərtilə məktəbəqədər təhsil digər dillərdə aparıla bilər. Məncə, qanunda məktəbəqədər təhsil müəssisəsini kimlər yarada bilər, hansı hallarda ləğv oluna bilər, onun mülkiyyətinin taleyinin necə olması kimi məsələlərin aydın olması vacibdir”.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, qanunda xarici dillərin öyrədilməsi öz əksini tapmalıdır: “Bu məktəbəqədər təhsil müəssisələrindən başlamalıdır ki, bizim uşaqlar əcnəbi dilləri bilsinlər. Məncə, qanunda idman dərsləri də öz əksini tapmalıdır. Ancaq biz nə qədər danışsaq da, gözəl qanunlar yazsaq da, vəsait ayrılmasa, məktəbəqədər təhsil müəssisələri tikilməsə, çətin olacaq. Bu sahədə çalışan sahibkarlara ciddi güzəştlər edilməlidir. Bu müəssisələrə ciddi vergi güzəştləri verilməlidir. Dövlət çalışmalıdır ki, göydələn tikən sahibkarlar bu zaman kompleksdə məktəbəqədər təhsil müəssisələrinin olmasına xüsusi diqqət yetirsin”.
Deputatların çıxışından sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli suallara cavab verib.
Komitə sədri Vahid Əhmədov və Aqiyə Naxçıvanlıya məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə qarşı çıxdıqları üçün təşəkkür edib: “Biz özəlləşdirməni çıxarıb profili saxlamaqla idarəçiliyə verilməsinin tərəfdarıyıq. Məktəbəqədər təhsildə Azərbaycan dili əsasdır. Ancaq digər dillər də öyrədilə bilər. Məltəbəqədər təhsil müəssisələri 5-6 yaşlarını əhatə edir. Uşaq bağçaları məktəbəqədər təhsil müəssisələrinin növlərindən biridir, müəyyən yaş qrupunu əhatə edir”.
Komitə sədri deyib ki, xarici ölkə vətəndaşlarının məktəbəqədər təhsil müəssisələrində təsisçi olmasına xüsusi ehtiyac görmür: “Bunu faydalı hesab etmirik. Vahid geyim, gender bərabərliyi haqda təkliflər yaxşı ideyalarıdır və buna baxmaq olar”.
Sonda qanun layihəsi I oxunuşda qəbul edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar