Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Göygöl mənə ABŞ-ı xatırlatdı" - Səfir

Tarix: 15-09-2016 20:40     Baxış: 3481 A- / A+
"Göygöl mənə ABŞ-ı xatırlatdı"


Bizim uzunmüddətli rifahımız nəfəs aldığımız havanı, içdiyimiz suyu və hamımıza məxsus biomüxtəlifliyi qorumağımızdan asılıdır. Ümumi təbii irs Amerika Birləşmiş Ştatlarını, Azərbaycanı və dünya ölkələrini birləşdirir. Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən son zamanlar Naxçıvandakı Zəngəzur Milli Parkına etdiyim səfərlər zamanı ətraf mühitin qorunması naminə edilən səylərin şahidi olur və ABŞ-da bu il 100 illiyini qeyd edəcəyimiz milli parklar sistemi ilə paralellər aparıram.

Manevr.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın müəllifi olduğu "Ümumi təbii irsimizin qorunub saxlanılması" adlı məqalədə deyilir.

Səfir qeyd edir ki, milli parklar və qoruq əraziləri ümumi dəyərlərin gələcək nəsillər üçün qorunub saxlanıldığı yerlərdir. Parklar bütün dünyada ictimaiyyətə fayda verir və torpaq, dəniz və mədəni-tarixi dəyərləri ehtiva edir. Bu baxımdan, Azərbaycandakı parkların zənginliyi və biomüxtəlifliyi də istisna deyil. Onlar qiymətli sərvətlərdir, yarımsəhra şəraitinə malik Şirvan zonasından Hirkandakı yarpağı tökülən meşələrədək; Şahdağdakı gözəl yüksək dağlardan Xəzər dənizinin Samur-Yalamadakı sahillərinə və Abşerondakı bataqlıqlaradək müxtəlif ekosistemləri əhatə edirlər:

"Ötən payız səfər etdiyim Göygöl sanki mənə ABŞ-ın şimal-şərq ərazilərini xatırlatdı. Azərbaycandakı 9 milli park, 11 dövlət parkı və 24 dövlət qoruğu müxtəlif vəhşi heyvanların, o cümlədən qartal, ceyran, ayı, canavar, maral və çöl donuzunun məskunlaşdığı ərazilərdir. Bəzi parklar qızılqazların və digər quşların köç marşrutları üzərində dayanacaq yerləri kimi məşhurdur".

R.Sekuta yazır ki, parklar Azərbaycanlıların dəyər verdikləri müxtəlifliyi təcəssüm etdirir və bugünkü dünyamızda qorunub saxlanılmalıdır:

"Azərbaycandakı, o cümlədən Abşeron, Altıağac və Şirvandakı bir sıra milli parklara etdiyim səfərlərdən yüksək zövq almağımın səbəblərindən biri də məhz budur. Həyat yoldaşım Enn və mən əminliklə növbəti ildə bütün digər milli parklara səfər etmək niyyətindəyik. Bu günlərdə biz Amerika Birləşmiş Ştatlarında 1916-cı ilin 25 avqust tarixində yaradılmış ABŞ Milli Park Xidmətinin yüz illiyini qeyd edirik. 1872-ci ildə, ABŞ Konqresi dünyada ilk milli park olan Yelloustoun parkının yaradılması haqqında qərar qəbul etdi. Məhz bu parkın modeli digər ölkələrin şəraitinə uyğunlaşdırılmaqla dünya miqyasında milli park hərəkatının təşəkkül tapmasına rəvac verdi. Müəyyən olunub ki, vəhşi heyvanların qaçaqmalçılığı ilə mübarizə aparmaq, mədəni irsi qorumaq və iqlim dəyişikliklərini azaltmaq və bu cür dəyişikliklərə uyğunlaşmaq baxımından, milli parklar biomüxtəlifliyin və dəniz mühitinin qorunması üçün olduqca əhəmiyyətlidir".

Səfir bildirir ki, parklar elmi əməkdaşlıq, ictimai iştirak, sağlam həyat tərzinin təbliği və hazırkı və gələcək nəsillər üçün maarifləndirmə imkanları təmin etməklə ümumi mühiti qorumağa kömək edir:

"Onların turizm və iqtisadi artım baxımından istinad mərkəzi kimi mühüm əhəmiyyəti sübuta yetirilib. Misal üçün, hazırda ABŞ Milli Park Xidmətinin 20 000-dən çox əməkdaşı ABŞ-dakı milli parklara qulluq göstərir və hər il ABŞ parklarına səfər edən şəxslər yerli icmalarda 240 000-dən çox iş yerinə dəstək verir və ABŞ iqtisadiyyatına 27 milyard ABŞ dollarından artıq töhfə verirlər. Mən Amerika Birləşmiş Ştatlarının bu qlobal hərəkatda oynadığı roluna görə fəxr edirəm və Azərbaycandakı milli parklara hər səfərimdə ABŞ Milli Park Xidmətini təcəssüm etdirən bir sıra cəhətlərin şahidi oluram. Mən sizləri Azərbaycandakı parklara səfərlər etməyə və bu ölkənin zəngin irsinə məxsus mühüm təbii gözəllikləri seyr etməyə dəvət edirəm. Amerika Birləşmiş Ştatlarına səfər etmək imkanınız olduqda, “öz milli parkınızı tapa” (http://findyourpark.com), həmçinin ölkəmizin təbii müxtəlifliyini aşkar edə bilərsiniz".(axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar