Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ölkədə təcili tibbi yardımın pullu olması mümkün deyil”

Tarix: 08-09-2016 09:22     Baxış: 2488 A- / A+
 “Ölkədə təcili tibbi yardımın pullu olması mümkün deyil”

Musa Quliyev: “Xəstəyə ilkin tibbi yardımı bu gün də, sabah da dövlət pulsuz olaraq göstərəcək”


Təcili tibbi yardım xidmətinin ödənişli olacağı ilə bağlı xəbər cəmiyyətdə narazılıq yaradıb. Belə ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyevin bəzi təcili yardım xidmətlərinin ödənişli olacağı haqda açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhalidə hansı xidmətlərin ödənişli olacağı, ümumiyyətlə, ödənişin necə müəyyən edilməsi və bu sistemin nə vaxtdan tətbiq ediləcəyi ilə bağlı suallar yaranıb.

Bu sualları elə Rauf Nağıyev fins.az-a müsahibəsində cavablandırıb. O bildirib ki, yeniliklər təkcə tibbi yardımın pullu olması ilə bitmir: “Belə ki, hazırda bu xidmətin yaxşı işləməsi üçün aktiv naviqasiya sisteminin formalaşması ilə bağlı proqram hazırlanıb. Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartı olan şəxs müraciət edərkən onun həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq. Həmin məlumatlar poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək”.

R.Nağıyev müsahibəsində onu da bildirib ki, yardım almaq üçün zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. Həmin informasiyalar əsasında da artıq həkim hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək.

Baş həkim onu da bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləsi olacaq. Təcili tibbi yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.

Baş həkim ümid edir ki, bu sistem işə düşəndən sonra əsassız müraciətlər azalacaq. Bunun qarşısını almaq üçün təcili yardıma aid olmayan çağırışlar pullu olacaq. Qeyd edək ki, yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. Səhiyyə Nazirliyindən bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart paylanılıb. Lakin reallıq odur ki, bu kartlar istifadə edilmir. Kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki elektron hökumət portalı vasitəsilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsindən əldə etmək olar. Kartda vətəndaşın şəxsi, tibbi müayinə, müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sistem səhiyyəyə yeni keyfiyyət gətirəcək: “Azərbaycanda elektron hökumət qurulur və bu proses çərçivəsində Azərbaycanda elektron səhiyyə qurulur. Elektron səhiyyənin də əsas motivi ondan ibarətdir ki, səhiyyə xidməti əhali üçün daha əlçatan olsun. Bundan əlavə, təcili və təxirəsalınmaz yardımın təşkili ilə əlaqədar müasir texnologiyanın tətbiqi mütləq lazımdır. Birinci növbədə vətəndaşlara səhiyyə xidmətləri şəffaf olacaq, ikincisi, həkimin çağırışa qədər, yəni xəstənin evinə çatana qədər xəstə haqqında məlumat almaq imkanı olacaq. Digər tərəfdən, hər bir poliklinikada xəstənin xəstəlik tarixçəsi, haqqındakı məlumatlar elektron formaya salınır, daha sonra çiplər vasitəsilə şəxsiyyət vəsiqəsinə və ya sağlamlıq kartına yerləşdirilir. Hansı ünvandan çağırış olursa, həmin kodla o ünvan və xəstə haqqında məlumat almaq mümkün olur. Həkim evə çatana qədər artıq xəstə haqqında məlumatlardan yararlanır və əlavə vaxt itkisi olmur. Yəqin ki, yaxın vaxtlarda bütün ölkədə səhiyyə sistemi qurulacaq və səhiyyədə də bu işlər görüləcək. Bu müsbət haldır. Belə bir sistemin qurulması icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Həmçinin artıq səhiyyə sistemində vətəndaşlar haqqında güclü bir informasiya bazası formalaşacaq”.

Təcili tibbi yardım xidmətinin pullu olacağı ilə bağlı məlumatlara gəlincə, M. Quliyev bildirdi ki, bu mümkün deyil: “Bizim nə qanunlarımız, nə də konstitusiyamız buna imkan verir. Azərbaycan sosial dövlətdir və dövlət xəstə Azərbaycan vətəndaşının sağlamlığının qarantıdır. Özəl sektor da var. Kim istəyirsə ki, tibb bacısı gəlib gün ərzində onun xidmətində olsun, pulunu ödəməklə onu edə bilər. Lakin xəstəyə ilkin tibbi yardımı bu gün də, sabah da dövlət pulsuz olaraq göstərəcək. Rauf Nağıyevin təcili tibbi yardımın pullu olacağını söyləmək səlahiyyəti yoxdur. Bunu səhiyyə naziri demiş olsaydı, biz ona reaksiya verərdik. Ancaq R. Nağıyevin bunu müəyyən etmək səlahiyyəti yoxdur”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar