Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı

Tarix: 19-11-2026 20:28     Baxış: 428 A- / A+



"Məleykə xanımı ciddi mövqeyi, tələbkarlığı, işə münasibəti və prinsipiallığı ilə seçilən insandır.
Manevr.az xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin universitetə rektor təyin olunması ilə bağlı Modern.az-a fikirlərini bölüşüb.
O, qeyd edib ki, Məleykə Abbaszadə təhsildə öz dəsti-xətti, öz mövqeyi olan insandır:
"Prezident qərar verib, sərəncam imzalanıb. Bu, müzakirə mövzusu deyil. Mən bu təyinatı təhsilin içindən gələn insan kimi təqdir edirəm".
"O, elmin, təhsilin dəyərini, bu sahədə məsuliyyətin nə demək olduğunu yaxşı bilir. Dövlət İmtahan Mərkəzində uzun illər fəaliyyəti, ali məktəblərə qəbul prosesində yaratdığı sistem, gördüyü işlər bütövlükdə cəmiyyət tərəfindən qəbul olunub və ona ciddi etimad qazandırıb" - deyə A. Məhərrəmov bildirib.
Sabiq rektor yeni rektorla birlikdə çalışdığını və onu yaxından tanıdığını bildirib:
"Tale elə gətirib ki, Məleykə xanımla uzun müddət birgə əməkdaşlıq etmişik. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, ciddi mövqeyi, tələbkarlığı, işə münasibəti və prinsipiallığı ilə seçilən insandır. O, hər zaman işini bilənləri, işinə sevgi ilə yanaşanları, zəhməti və peşəkarlığı müsbət qiymətləndirib".
"Əminəm ki, Məleykə xanım Bakı Dövlət Universitetində də öz iş prinsipini davam etdirəcək. Universitet kollektivinin sevgisini və etimadını qazanacaq. Müəllimlərin, tələbələrin onun fəaliyyətindən razı qalacağına inanıram" - sonda Abel Məhərrəmov bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar