Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tarixi ədalətin bərpası: 31 Martdan Xocalıya uzanan soyqırım siyasəti və bəşəri məsuliyyət

Tarix: 30-03-2026 21:25     Baxış: 2317 A- / A+
Tural Akif oğlu Vəlizadə
MMU tabeliyində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı


Tarixin bəzi məqamları var ki, onlar sadəcə təqvim vərəqi deyil, bir millətin varlıq mübarizəsinin və məruz qaldığı amansızlığın rəmzinə çevrilir. Martın 31-i Azərbaycan xalqı üçün belə bir gündür. 108 il əvvəl başlayan və aylar boyu davam edən qanlı hadisələr sadəcə lokal bir münaqişə deyil, erməni millətçiliyinin (daşnak-bolşevik alyansı simasında) sistemli şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin ən pik nöqtələrindən biri idi. Lakin bu faciəyə baxış bucağımız sadəcə kədər deyil, həm də beynəlxalq hüquq və bəşəri ədalət müstəvisində bir tələb olmalıdır: Cəzasız qalan cinayət təkrarlanmağa məhkumdur.
 
1918-ci il: bəşəriyyətin sükutu və böyük dövlətlərin maraqları.
1918-ci ilin mart-sentyabr aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan və Lənkəranda törədilən vəhşiliklər zamanı 50 mindən çox soydaşımız qətlə yetirildi. Lakin həmin günlərdə ölənlər təkcə qadınlar, uşaqlar və körpələr deyil, həm də dünya güclərinin vicdanı və insanlıq dəyərləri idi.
Dünyanın bölüşdürülməsi uğrunda mübarizə aparan “böyük dövlətlər” Cənubi Qafqazda baş verən bu insanlıq dramına seyrçi qaldılar. Beş ay boyunca davam edən bu qırğınlara yalnız Nuru Paşanın rəhbərliyi altındakı Qafqaz İslam Ordusunun gəlişi son qoya bildi. Bu fakt bir daha sübut edir ki, xalqın xilası onun milli birliyində və qardaş dəstəyindədir.
Fövqəladə Təhqiqat Komissiyası: Soyqırımın ilk hüquqi-sənədli ifşası.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulduqdan dərhal sonra qarşıda duran ən mühüm vəzifələrdən biri 1918-ci ilin mart hadisələrinə hüquqi qiymət vermək və bu cinayətləri törədənləri müəyyən etmək idi. Bu məqsədlə 1918-ci il iyulun 15-də AXC hökumətinin qərarı ilə Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradıldı. Bu komissiyanın fəaliyyəti Azərbaycanın hüquq tarixində ilk dəfə olaraq soyqırım aktının sistemli şəkildə araşdırılması təcrübəsidir.
Təhqiqatın obyektivliyini təmin etmək üçün komissiyanın tərkibinə müxtəlif millətlərin nümayəndələri – azərbaycanlılarla yanaşı, ruslar, polyaklar, yəhudilər və digər xalqların hüquqşünasları daxil edilmişdi. Ələkbər bəy Xasməmmədovun rəhbərlik etdiyi bu heyət, erməni-bolşevik dəstələrinin törətdiyi vəhşilikləri ən xırda detallarına qədər sənədləşdirməyə başladı.
Komissiya qısa müddət ərzində Bakı, Şamaxı, Quba, Göyçay və digər bölgələrdə intensiv araşdırmalar apardı. FTK-nın fəaliyyətinin nəticəsi olaraq 36 cildlik (3500 səhifəlik) nəhəng bir istintaq materialı toplandı. Bu sənədlər arasında:
  • · Yüzlərlə şahid ifadəsi (zərərçəkmişlərin və şahidlərin dindirilmə protokolları);
  • · Dağıdılmış məscidlərin, məktəblərin və tarixi abidələrin fotoşəkilləri;
  • · Meyitlərin ekspertiza rəyləri;
  • · Cinayəti törədən konkret şəxslərin adlarının qeyd olunduğu siyahılar yer alırdı.
Komissiyanın topladığı materiallar əsasında 194 nəfər barəsində cinayət işi açıldı. Onların arasında erməni millətçilərinin liderləri və Bakı sovetinin silahlı dəstələrinə rəhbərlik edən şəxslər var idi. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi bu hüquqi prosesi yarımçıq qoydu. FTK-nın topladığı sübutlar onilliklər boyu arxivlərdə gizlədildi.
Məhz bu hüquqi boşluq və cəzasızlıq mühiti, 1918-ci ildə cinayət törədənlərin varislərində “etnik təmizləməni davam etdirmək” üçün cəsarət yaratdı. Əsl sülhün yolu bu arxivlərdəki həqiqətlərin dünya tərəfindən tanınmasından keçir.
FTK-nın fəaliyyəti nəticəsində toplanmış həmin 36 cildlik material bu gün də Azərbaycanın ən güclü hüquqi silahıdır. Bu sənədlər sadəcə “təbliğat” deyil, dövrün peşəkar hüquqşünasları tərəfindən hazırlanmış qanuni istintaq sənədləridir. Bu gün 31 Mart soyqırımını dünyaya tanıdarkən FTK-nın bu fədakar fəaliyyətinə istinad etmək, iddialarımızı duyğusal səviyyədən çıxarıb beynəlxalq hüquqi fakt müstəvisinə qaldırır.
Fövqəladə Təhqiqat Komissiyasının işini yarımçıq qoyan XI Qırmızı Ordu, əslində cinayətkarların qaçmasına və soyqırım siyasətinin sonrakı illərdə gizli və aşkar formada davam etməsinə şərait yaratdı. Ədalətin 108 illik gecikməsi məhz bu sənədlərin dünya tribunalarında hələ də layiq olduğu hüquqi çəkini almamasıdır.
Genosid “memarlığı: Mədəniyyətin və tarixin məhvi.
Erməni faşizmi təkcə insanları deyil, həm də Azərbaycanın tarixi kimliyini hədəf almışdı. 1918-ci il hadisələri zamanı memarlıq abidələrinin, məscidlərin, məktəblərin və mətbəələrin (məsələn, “İsmailiyyə” binası) dağıdılması göstərirdi ki, məqsəd bir xalqı fiziki məhv etməklə yanaşı, onun tarixi yaddaşını da silməkdir. Bu, BMT-nin 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının bütün bəndlərinə uyğun gələn klassik soyqırım nümunəsidir.

Tarixi davamlılıq: 1918-ci ildən Xocalıya.
Erməni millətçiliyinin istila siyasəti fasilələrlə, lakin sistemli şəkildə davam etdirildi:
  • · 1948-1953-cü illər: Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası.
  • · 1992-ci il: Xocalı soyqırımı.
Əgər 1918-ci ildə Bakıda, Qubada törədilən cinayətlərə dünya birliyi tərəfindən adekvat hüquqi qiymət verilsəydi və cinayətkarlar cəzalandırılsaydı, bəlkə də XX əsrin sonunda Xocalı faciəsi yaşanmazdı. Bu iki hadisə arasındakı qanlı bağ, cəzasızlığın doğurduğu amansızlığın bariz sübutudur.
 Heydər Əliyev və siyasi qiymətin hüquqi müstəviyə keçidi.
Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarına ilk dəfə dövlət səviyyəsində sistemli yanaşma və siyasi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 26 mart 1998-ci il tarixli Fərman sadəcə bir sənəd deyil, xalqımızın milli yaddaşının bərpası üçün strateji bir yol xəritəsi idi. Bu sənədlə ilk dəfə olaraq Cənubi Qafqazda azərbaycanlılara qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri elmi və siyasi əsaslarla dünyaya bəyan edildi.
Ədalət olmadan sülh mümkündürmü?
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Lakin 31 Mart və Xocalı soyqırımına görə məsuliyyətin olmadığı bir dünyada sülh olmayacaq. Həqiqi sülh cinayətkarların beynəlxalq tribunallar qarşısında cavab verməsi və erməni faşizminin ideoloji olaraq məğlub edilməsi ilə mümkündür.
İnsanlıq Hitleri dayandırdığı kimi, erməni faşizmini də dayandırmalı və mühakimə etməlidir. Çünki bu soyqırım aktları təkcə Azərbaycanı deyil, bəşəriyyətin ortaq dəyərlərini hədəf alır. Bizim borcumuz bu həqiqətləri unutmamaq və dünyanı bu şərəfli, ədalətli mövqeyə səsləməyə davam etməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar