Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin tarixi abidələrini qorumalıyıq!

Tarix: 22-01-2024 20:54     Baxış: 4251 A- / A+
Ramiz Nəcəfli

Bu gün işğaldan azad olunmuş tarixi torpaqlarımızda şəhər və kəndlərimizin yenidən qurulması uca tanrının xalqımıza bəxş etdiyi ən böyük mərhəmətidir. 

Erməni barbarlarının məhv etdiyi şəhər və kəndlərin xarabalıqları üzərində yenidən həyatın canlanacağı üçün öncə Allaha, şəhidlərimizə, qazilərimizə, dövlətimizə və ali baş komandanımıza borcluyuq... Quruculuq işlərinin aparılması təbii ki dövlətimizin üzərinə düşür. Amma vətəndaş olaraq bizlərin də boynumuza düşən borc vardır ki, hansısa bir əhəmiyyət daşıyan məsələ olar ki, onun qaldırılmasında, həllində dövlətimizin yanında olmalıyıq... Həlli vacib məsələlərdən biri tarixi abidələrimizin qorunmasıdır. Belə ki, söküntü və tikinti işlərini icra edən inşaatçıların gözündən yayınan və əhəmiyyətini bəlkə də dəyərləndirə bilməmədiyi yerləri, sahələri və ən kiçik nöqtələri bizlər-bu abidələri tanıyan, bilənlər göstərməli və onları qorumalıyıq. Başdan-başa tarixi abidələrlə zəngin olan Kəlbəcərlə bağlı zəruri məqamları diqqətə çatdırmaq istərdik. Müasir Zar kəndinin ərazisi qədim insan düşərgəsi olmaqla yanaşı, həm də qədim şəhər mədəniyyətini özündə əks etdirən bir məkandır. Burada hələ XX əsrin 60-80-ci illərində təsərrüfat işləri və tikinti işləri üçün aparılan qazıntılar nəticəsində üç-dörd təbəqəli qəbirlər aşkarlanmışdır. Qəbirlərdən tapılan tuncdan, bürüncdən ibarət qadın zinət əşyaları, dulusçuluq məmulatları və s. materiallar Kəlbəcər Tarix- Diyarşünaslıq Muzeyinə verilmişdi. Şəhri-Zar kimi tanınan bu tarixi ərazi sözün əsl mənasında qədim şəhər mədəniyyətinə məxsus nümunələrlə zəngindir. Buradakı "Daş dirəkli dam" həmin mədəniyyətin sanki şah əsəridir. Kəlbacər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən digər tarixi abidələrimiz kimi "Daş dirəkli dam" da barbarcasına talan edilmiş və sonda dağıdılmışdır. Amma Kəlbəcər işğaldan azad edildikdən sonra torpağın altından daş dirəkləri aşkarladıq. Onların öz yerində qorunmasını zəruri hesab edirik.

Zar ərazisində şəhər mədəniyyətini ifadə edən  kirəmit qırıntıları və ortası deşik olan daş sütun altlığı da tədqiq etdiyimiz tarixi materiallardandır. Alban-qıpçaq abidələri nümunəsində hazırlanmış bu tapıntı da hazırda Zar ərazisindədir... Kəlbəcər şəhərinin yerləşdiyi "Qayanın başı" deyilən yerdə də üst-üstə üç-dörd qat müxtəlif tipli qəbirlərdən aşkarlanmış muncuqlardan və tuncdan ibarət qadın zinət əşyaları da çox dəyərli tarixi materiallardır. Hopurlu suyunun Zəylik çayına qovuşduğu ərazidə erkən orta əsrlərə məxsus qəbirlər vardır. Görünür bura böyük bir qəbristanlıq olmuşdur... Qədim şəhər mədəniyyətini özündə əks etdirən Keştək, Tirkeşəvənd, Tərətər çayı boyu qalalar və onun ətrafındakı kəndlər tarixin müxtəlif dönəmlərindən bugünədək ulularımızın keçdikləri həyat yoluna işıq saçan sanki bir mayakdır. 

Başlıbel, Qalaboynu, Qamışlı, Lev, Çovdar-Şahkərəm, İsti-su, Milli, Məmmədsəfi, Şurtan və onlarla kəndlərdə xristian və islam mədəniyyətini təcəssüm etdirən nişanələr qalmaqdadır. Quruculuq işləri apararkən bu və digər ərazilərdəki tarixi nişanələri qorumaq boynumuzun yüküdür. Bu, bizim tariximizdir!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar