Xəbər lenti
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi - “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda və Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır. Qanun layihələri barədə məlumatı təqdim edən Bəxtiyar Əliyev dəyişikliklərin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə bağlı olduğunu diqqətə çatdırıb. Belə ki, fərmanda AMEA-nın strukturunda dəyişikliklər edilib, Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə olunub. Həm bu fərmandan irəli gələrək, eyni zamanda, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və digər sənədlərdə qarşıya qoyulan hədəflərə uyğun olaraq elm və təhsil sahəsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib. Dəyişikliklərin əsasən “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) ehtiva olunduğunu deyən komitə sədri artıq Azərbaycanda təhsilverənlərin (müəllimlərin) sertifikatlaşdırmadan keçirildiyini və onların maaşlarının artırıldığını qeyd edib. Layihəyə əsasən, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulub və işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddəti 5 ildən 3 ilə endirilib. Təklif olunan dəyişikliklərin mütərəqqiliyindən danışan komitə sədri yaşı 60 və daha çox olan təhsilverənlərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi qaydasını ayrıca vurğulayıb. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev dəyişikliklərdə təklif olunan elmi-tədqiqat işlərinə diqqətin artırılması, ali və orta ixtisas təhsili müəssisələrinə tədris planlarının hazırlanması hüququnun verilməsi, təhsil sahəsində dövlətin vəzifələrinin artırılması kimi məsələləri şərh edib. Bəxtiyar Əliyev uyğunlaşdırma xarakteri daşıyan digər üç qanun layihəsində də oxşar dəyişikliklərin təklif olunmasından danışıb.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar