Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlkin Qəmbər və komandası: erməni tarixi haqda film çəkən heyətdə daha kimlər var?

Tarix: 27-04-2023 20:42     Baxış: 4264 A- / A+

Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşımı ölkədə ciddi narazılıq və sərt tənqidlərlə qarşılandı. Daha sonra onun Kanadada yaşayan bir neçə azərbaycanlı ilə birlikdə Yutub platformasında “Ermənistan Krallığı: Roma və Parfiya arasında” adlı sənədli film ərsəyə gətirdiyi məlum oldu. Bu isə təniqdləri daha da gücləndirdi.
İlkin Qəmbərin ssenari müəlliflərindən biri olduğu filmdə Ermənistanın “qədim torpaq” , ermənilərin isə məskunlaşdıqları ərazinin ilk sakinləri olmaları kimi “məqamlar” vurğulanır. Azərbaycanın adı isə çəkilmir.
Hazırda Kanadada yaşayan İlkin İsa oğlu Qəmbər 1987-ci ildə Bakıda anadan olub. Ali təhsillidir. 2011-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Bir neçə həftə xidməti yerinə yetirsə də, qısa müddət sonra səhhətində ciddi problemin olduğu, ümumiyyətlə, orduya qatılmasının doğru olmadığı müəyyən edilib. Ön xətdə xidmət etdiyi bildirilən İ.Qəmbər bir müddət hospitalda qaldıqdan sonra daha ciddi müalicəyə ehtiyacı olduğu üçün ordudan tərxis edilib. O, 2013-cü ildə NİDA hərəkatının üzvlərindən olan Püstə Məmmədova ilə ailə həyatı qurub. Həmin müddətdə minval.az saytının redaktoru olaraq çalışıb. 2015-ci ilin yayında Kanadaya köçüb. 8 ilə yaxındır orada yaşayır.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, əvvəldə sözügedən sənədli animasiya filminin yayımlandığı “Kings and Generals” Yutub kanalı 3 milyon abunəçiyə sahibdir. Filmin ərsəyə gəlməsində İlkin Qəmbərlə yanaşı, bir neçə azərbaycanlı, türk və xaricilər də iştirak ediblər.
Bu Yutub kanalı 2016-cı ildə “Nurik and Phoenix” adı ilə açılıb. İlkin Qəmbər Kanadada yaşayan başqa bir azərbaycanlı Nurlan Kərimovla (Nolan Karimov) birlikdə kanalı yaradıb. Buna qədər hər iki gənc sözügedən platformada eyni anda fərqli oyun kanallarının idarəçisi olublar, daha sonra isə ortaq kanal yaratmaq qərarına gəliblər. Burada strategiya janrında müxtəlif oyunlar oynayıb, hansısa bir tarixi fiqur haqqında video hazırlayıb, onunla bağlı bilinməyən məqamları paylaşıblar.
2017-ci ildə isə formatı dəyişdirərək tarixi döyüşlər haqqında videolar hazırlamağa başlayıblar. İlk başlarda videoları əsasən Nurlan Kərimov səsləndirib. Daha sonra isə bunu İngiltərədən olan Devin adlı şəxs ödəniş müqabilində həyata keçirib. Səbəb isə ingilis dilində mətnlərin tələffüz baxımından daha aydın başa düşülməsidir. Komandanın tərkibi stabil deyil, videolara uyğun olaraq dəyişir. Tarixi mövzularda ərsəyə gətirilən animasiya videolarının araşdırmaçısı, dizayneri, redaktorları müxtəlif olur.
tarix
Nurlan Kərimov
2018-ci ildə kanalın fəaliyyəti ilə bağlı “Abzas.net” adlı sayta müsahibə verən Nurlan Kərimov kanalda niyə Azərbaycan tarixi ilə bağlı video olmaması ilə bağlı suala belə cavab verib:
“Azərbaycanın tarixi ilə bağlı videolarımız yoxdur
amma Osmanlı və həmin dövr ətrafında cərəyan edən hadisələrlə bağlı videolarda Azərbaycan daim görünür. Osmanlının tarixini işıqlandıranda, biz Osmanlı və Səfəvilər arasında baş vermiş Çaldıran döyüşünü hazırlayacağıq”.
Kanalın əsasını tarixi döyüşlər, hökmdarlar və generallar barədə animasiya şəklində videolar təşkil edir.
Təxminən iki ay əvvəl Ermənistan tarixi ilə bağlı film çəkməsi haqqında “BBC News Azərbaycan”a müsahibə verən N.Kərimov bu barədə araşdırmanı Oksford tarixçisi Krsitos Nikolau adlı şəxsin etdiyini bildirib. O, bunun üçün tərəfsiz mənbə seçməyə çalışdıqlarını, nəticənin onu da, digərlərini də qane etdiyini söyləyib. N.Kərimov onlar üçün hazırkı geopolitik vəziyyətin maraqlı olmadığını, Ermənistanla yanaşı Azərbaycan və Gürcüstan, həmçinin başqa ölkələrin də tarixi haqqında video hazırladıqlarını bildirib. O, ermənilərdən, hətta azərbaycanlılardan da pozitiv şərhlər aldıqlarını, tarixi reallığı təqdim etdiklərini deyib.
Videonun animasiya yaradıcısı Murad Can Yağbasandır. O, həm də layihənin redaktorlarındandır. Sərbəst şəkildə çalışır. Həmçinin Kamran Məhərrəmli adlı azərbaycanlı, Yağız Bozan adlı türk əsilli şəxs də Ermənistan tarixi haqda videonun ərsəyə gəlməsində iştirak edib. Baxmayaraq ki, videoda Azərbaycanla yanaşı tarixi Türkiyə torpaqları ilə bağlı da fərqli mənzərə yaradılıb.
Sənədli film Yutuba ötən ilin oktyabr ayında yerləşdirilib. İlkin Qəmbərin “erməni soyqrımı” ilə bağlı “anım” paylaşımı birbaşa bununla əlaqələndirilir. İ.Qəmbər paylaşım səbəbi ilə ciddi tənqidlərə məruz qaldıqdan sonra sosial şəbəkə hesablarını kilidləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar