Xəbər lenti
Laçın yolunda gömrük məntəqəsi də yaradılır?- “Ermənistan maşınlarından torpaqbasdı…”
Bu, daha çox Azərbaycan ərazisinə Ermənistandan daxil olan və əks istiqamətdə daşına biləcək qanunsuz yüklərin qarşısını almaq üçün vacib prosedurlardan biri hesab edilir. Doğrudur, Dövlət Sərhəd Xidməti nəzarət-buraxılış məntəqəsindən keçiriləcək bütün növ yüklərin yoxlanılmasını təmin edəcək. Lakin Azərbaycan dövlətinin həmin ərazidə sərhəd-buraxılış məntəqəsi kimi gömrük-keçid fəaliyyətini də həyata keçirmək hüququ var. Qeyd edək ki, ötən ilin dekabrında Ermənistan mediası Laçın dəhlizində mini gömrük məntəqəsinin yaradılacağına dair Azərbaycan və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə razılaşma əldə olunduğuna dair məlumat yaymışdı. Məlumata görə, sərhəddə skaner-rentgen avadanlığı quraşdırılmalı və Azərbaycan yüklərin, nəqliyyat vasitələrinin və insanların keçidinə Rusiya hərbi kontingenti ilə birlikdə nəzarət etməli idi. Ancaq bir müddət sonra sülhməramlı qüvvələrin komandanı Andrey Volkov Azərbaycanın mini gömrükdən keçən yükləri onlayn qaydada, yəni kənar məsafədən müşahidıə edəcəyini bildirdi.
Təbii ki, Rusiyanın bu şərti Azərbaycan üçün məqbul deyildi. Bu il martın 1-də isə Ermənistan mətbuatı Laçın-Xankəndi yolunda “X-ray” skaner cihazlarının quraşdırlacağı barədə açıqlama yaysa da, bu məlumat təsdiqini tapmadı. Azərbaycan ilkin olaraq sərhəd-buraxılış məntəqəsinin təşkilinə və əraziyə özü nəzarət etməyə üstünlük verdi. Gömrük-keçid məntəqəsi ilə bağlı məsələ isə qeyri-müəyyən olaraq qalır.
Lakin rəsmi Bakı bu variantdan imtina olunması ilə bağlı açıqlama da verməyib.
Manevr.az-ın xəbərinə görə, vergi və gömrük məsələləri üzrə ekspert Vəli Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, sərhəd-buraxılış məntəqəsi qanunsuz və təhlükəli yüklərin hər iki istiqamətdə daşınmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri təmin edəcək. Ona görə də gömrük-keçid məntəqəsinin quraşdırılmasına ehtiyac yoxdur:
“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi yoxdur. Belə olan halda gömrük-keçid məntəqəsinə nə ehtiyac var? Skaner-rentgen qurğusunun yerləşdirilməsi də təhlükəsizlik məqsədi daşıya bilər. Amma orada gömrük-keçid məntəqəsinin yaradılmasını mənasız hesab edirəm. Gömrük hər bir ölkənin idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi deməkdir. Bu da sırf ticarət dövriyyəsinə bağlıdır. Azərbaycanla Ermənistan arasında heç bir ticarət dövriyyəsi olmadığına görə gömrük prosedurunun rəsmiləşdirilməsindən danışmaq mümkün deyil. Sadəcə olaraq, ola bilsin ki, Ermənistan maşınlarından torpaqbasdı tutula bilər ki, bu da qəpik-quruşdur, yəni əhəmiyyətli məbləğ deyil. Azərbaycan sərhəd-buraxılış məntəqəsi quraşdırıb və öz sərhədinə nəzarət edir. Amma gömrük haqqında danışmaq hələ tezdir. Yüklərin yoxlanılmasını Dövlət Sərhəd Xidməti də həyata keçirə bilər. Bunun üçün orada mütləq gömrük fəaliyyətinin yaradılması vacib deyil. Ticarət yoxdursa, gömrük də yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar