Xəbər lenti
Əsgərlərimiz azaraq erməni tərəfə keçdi: nə etmək olar? – Polkovnikdən təklif
Artıq neçənci faktdır ki, əsgər yolunu itirib Ermənistan tərəfə keçir. Əlverişsiz hava şəraitində əsgərlərin hərəkəti komandir heyəti tərəfindən nəzarətdə saxlanılırmı? Sözügedən arzuolunmaz halların qarşısını necə almaq olar?
Manevr.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov bu halların digər dövlətlərin ordularında da yaşandığını bildirib və bunun səbəblərinə aydınlıq gətirib:
“Dağlıq ərazilərdə hava şəraiti çətin olur. Ona görə də dünyada belə hallar bənzər şəraitdə xidmət edən demək olar ki, bütün ordularda yaşanır. Yəni ordudan bir şəxsin yolunu azaraq yaxın dövlətin ərazisinə keçməsi tez-tez rastgəlinən haldır. Amma digər dövlətlərdə həmin şəxslərə qarşı qonşuluq münasibəti tam fərqlidir. Onlar normal şəkildə öz ölkələrinə qaytarılırlar. Hərbi hissələrdə buna nəzarət edilməsə bu hallar daha çox yaşanar. Çünki bizim ermənilərlə istər Naxçıvanda və işğaldan azad olunmuş rayonlarda, istərsə də Daşkəsən, Gədəbəy, Tovuz, Qazax kimi rayonlarımızda sərhəd bölgəsi dağlıq, meşəlik ərazilərdən keçir. Ona görə də bu kimi hadisələrin yaşanması istisna edilmir. Əgər nəzarət olmasaydı, 800 kilometrdən çox olan sərhəddə biz buna daha çox rast gələrdik.
İtkin düşən iki əsgərimizdə bağlı məsələ isə müvafiq qurumların nəzarətindədir, müvafiq araşdırma aparılır. Onların necə çıxmaları, hara kimi getməli olduqları, onlar tapşırıqlamı göndəriliblər, yoxsa özlərimi müəyyən məqsədlə xidməti yerdən bir az uzaqlaşıblar, bütün bu məqamlar hələ ki, dəqiq bilinmir. Məsələn, çox olur ki, əsgər xidməti yerdən sadəcə bir neçə metr uzaqlaşır və güclü duman səbəbilə geri qayıtmaqda çətinlik çəkir, yolu tapa bilmir”.
Ekspert bu kimi halların qarşısının alınması üçün müəyyən texniki sistemlərdən istifadə edilə biləcəyini qeyd edib:
“Düşünürəm ki, bunun həlli yolu kimi həmin ərazilərdə GPS sisteminin tətbiqi nəzərdə tutula bilər. Nəticədə yolu azan əsgər bu sistem vaistəsilə yerinə qayıda bilsin. Məsələn, təcrübədə belə hallar olub ki, bir məntəqədən digərinə getmək üçün çıxan əsgər hava şəraitinin görünməni məhdudlaşdırması səbəbilə yolu itirir. Yəni burada hər bir fakt ayrı-ayrılıqda təhlil edilir və nəticələrə uyğun olaraq lazımı addımlar atılır. 30 ildən çoxdur ki, biz Naxçıvan tərəfdən ermənilərlə təmasdayıq. Bu halların sayı 30 illik bir müddət və oradakı sərhəd məsafəsi üçün o qədər də çox deyil. Yəni nəzarət həyata keçirilir, amma təbii ki, mexanizmin gücləndirilməsi, məhdud görmə şəraitində məkandan uzaqlaşma ehtiyacı varsa, müəyyən texniki təminatla bunun qarşısını almaq olar. Əgər orada texniki vasitədən istifadə üçün şərait varsa, peyk vasitəsilə əlaqə mümkündürsə bundan istifadə edilə bilər. Belə hallar əvvəllər də yaşanıb, Ermənistandan da bizə keçənlər olub. Hətta onlarda bizim ərazimizə keçənləri daha çox görmüşük”.
Qeyd edək ki, Azərbaycan ordusunun iki əsgəri əlverişsiz hava şəraitinin görünmənin məhdudlaşması səbəbilə yolu itirib və Ermənistan tərəfinə keçərək əsir düşüblər. Əsgərlərdən birinin döyülməsi ilə bağlı Ermənistan mediasında və sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar