Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə müxalifətinin seçki taktikası

Tarix: 06-04-2023 18:58     Baxış: 4189 A- / A+


Türkiyədə mayın 14-nə təyin edilmiş parlament və prezident seçkilərində əsas müxalif qüvvə Millət ittifaqıdır. Qurum prezidentliyə Cümhuriyyət Xalq Partiyasının lideri, parlamentin – Türkiyə Böyük Millət Məclisinin üzvü Kamal Kılıçdaroğlunu namizəd göstərib.
Manevr.az bildirir ki, aprelin 6-da yayılan məlumata görə, Millət ittifaqında yer alan partiyaların ikisi parlament seçkisində öz adı ilə yarışacaq: Cümhuriyyət Xalq Partiyası və Yaxşı Partiya.
Səadət, Gələcək, Demokratiya və Sıçrayış, Demokrat partiyalarının namizədlərinin seçkiyə Cümhuriyyət Xalq Partiyasının siyahısı ilə qoşulacağı bəyan olunub.
Yaxşı Partiyanın başında Türkiyə Böyük Millət Məclisinin üzvü Maral Akşener dayanır.
Səadət Partiyasına Təməl Qaramollaoğlu, Gələcək Partiyasına Əhməd Davudoğlu (xarici işlər naziri, baş nazir postlarını tutub), Demokratiya və Sıçrayış Partiyasına Əli Babacan (iqtisadiyyata məsul dövlət naziri, xarici işlər naziri, baş nazirin müavini olub), Demokrat Partiyasına Gültəkin Uysal (parlamentin üzvü) liderlik edir.
600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.
Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.
Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.
Parlament seçkisində daha üç ittifaq var.
Xalq ittifaqında Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat, Böyük Birlik, Yenidən Rifah partiyaları yer alır. Hür Dava Partiyası da bu ittifaqdadır, namizədlərini Ədalət və İnkişaf Partiyasının siyahısına saldırıb.
Əmək və Azadlıq ittifaqında Yaşıl Sol Partiya, Türkiyə Fəhlə və Əmək partiyaları cəm olub. Bu ittifaqdakı Xalqların Demokratik Partiyasının namizədləri Yaşıl Sol Partiyanın siyahısında gedir.
Ata ittifaqında Zəfər və Ədalət partiyaları bir araya gəlib.
Partiyaların seçkiyə öz adı ilə qatıla bilməsi üçün 81 vilayətin ən azı 41-dən namizəd göstərməsi tələb olunur.
Ali Seçki Qurumu prezidentliyə Kamal Kılıçdaroğlu ilə yanaşı bu şəxslərin də namizədliyini qeydə alıb: prezident, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan, Məmləkət Partiyasının lideri Məhərrəm İncə, müstəqil siyasətçi Sinan Oğan.
İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.novator.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar