Xəbər lenti
"Fransanın utancverici keçmişi ilə üzləşmək vaxtıdır" - Aqil Məmmədov
“Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etməkdədir. Azərbaycanın bu beynəlxalq qurumdakı effektiv fəaliyyəti pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsünü məhz bu hərəkat adından irəli sürməsi olub. Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı”.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Azərbaycan çox mühüm tədbirə, Qoşulmama Hərəkatının “COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”nə ev sahibliyi etdi: “Tədbirdə Qoşulmama Hərəkatının Sədri hörmətli Prezidentimiz cənab İlham Əliyev sözün əsl mənasında məzlumaların sözünü deməyi, haqlarını qorumağı bacaran əsl dünya lideri kimi çıxış etdi, indiyə kimi deyilməyən bir sıra problemləri çox açıq və cəsarətli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Cənab Prezident Fransaya çağırış edərək bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə qapatmağa və həmin xalqlardan üzr istəməyə çağırdı. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Millət vəkilinin sözlərinə görə, Fransanın utancverici keçmişi ilə üzləşmək vaxtıdır: Təəssüf ki, dünya liderləri arasında bu həqiqəti heç də hamının ifadə etməyə cəsarəti çatmır. Cənab İlham Əliyevin Fransanı sərt tənqid etməsi, bu ölkəni hazırda və keçmişdə törətdiyi cinayətləri etiraf etməyə və həmin xalqlardan üzr istəməyə çağırması çox cəsarətli addımdır. Qoşulmama Hərakatının sədri kimi qlobal problemlərin üzərinə getməyə və onların həlli ilə bağlı cəsarətli və məntiqi təkliflər verməyə qadirdir. Bu faktın özü əvvəlki yazıda qeyd etdiyim kimi Azərbaycanın dünyadakı yeni rolundan xəbər verir.Eyni zamanda, “BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır” fikri beynəlxalq birlikm tərəfindən dəstəklənməli ideyadır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar