Xəbər lenti
"Prezidentin diplomatik məharəti Ermənistanı beynəlxalq dəstəklərdən məhrum etdi” - Aqil Məmmədov
“Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş plenar iclasda çıxışı ilə Ermənistanın kapituliyasıyasının beynəlxalq səviyyədə təsdiqi idi. Azərbaycan Prezidentinin diplomatik məharəti Ermənistanı ümid etdiyi bütün beynəlxalq dəstəklərdən məhrum etdi”.
Milli Məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin konfransdakı çıxışı da Azərbaycan diplomatiyasının uğurlarından biridir: “Prezident 3 Qafqaz ölkəsinin liderlərinin bir araya gəlməsini tarixi görüş adlandırdı. Azərbaycan bir neçə dəfə 3 Qafqaz ölkəsi arasında birgə müzakirələr və gələcəkdə əməkdaşılq ideyasını səsləndirib. Ancaq, Ermənistan tərəfi bu formatdan uzaq dayanmağa çalışır. Amma, bu dəfə dünyanın gözü qarşısında bu formatdan qaça bilmədi. Əslində, Paşiynanın Prezident İlham Əliyevlə hansısa toplantıda üz-üzə gəlmək istəməməsini də anlamaq olar. Necə ki, bu konfransda Prezident Əliyevn Paşinyanın məhz kaputilyasiya aktına imza atdığını bütün dünyanın gözü qarşısında onun üzünə söylədi, Paşinyan isə bu faktı təkzib edə bilmədi”.
Millət vəkilinin sözlərinə görə Azərbaycan həm də Avropa ilə Asiya arasında təbii-tarixi geosiyasi körpü rolunu bir qədər də dərinləşdirərək onu yeni nəqliyyat və enerji infrastrukturu ilə zənginləşdirməyi bacarıb: “Yəni, təkcə geoiqtisadi baxımdan deyil, hərbi-strateji baxımdan da bu gün təhlükəsizliyi təmin edən əsas ölkəyə çevrilib. Eyni zamanda bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq gündəmi formalaşdırır. Ona görə də həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri və bu yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi. Prezident həmçinin diqqətə çatdırdı ki, vaxtında işğalçılıq siyasəti dəstəklənməsəydi, yəni ilk növbədə ötən əsrin 90-cı illərindən başlayan Ermənistanın Azərbaycana təcavüzü qınansaydı, işğalçı ölkəyə sanksiyalar tətbiq edilsəydi, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsəydi, ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirsəydi, 2020-ci ildə baş verən müharibə də olmazdı. Yaxud daha sonra işğalçılığın dəstəklənməsinin motivasiya etdiyi Moldova , Gürcüstan hadisələri, hətta hazırkı Rusiya-Ukrayna müharibəsi üçün də tamamilə fərqli şərtlər ola bilərdi. Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlərin ümumi məğzi ondan ibarət idi ki, daha təhlükəsiz dünya qurmaq istəyiriksə, bizi bugünkü təhlükələrə gətirən xətalara bir də yol verməməliyik. Ancaq real mənzərə ondan ibarətdir ki, gələcəkdə yeni müharibə ocağı yaratmaq üçün yeni səylər hələ də davam edir”.
A.Məmmədov qeyd edir ki, Azərbaycan Prezidenti Cənubi Qafqazda təhlükəsizlik panelində də, üçtərəfli ABŞ-Azərbaycan-Ermənistan görüşündə də Ermənistan-Azərbaycan sərhədində nəzarət-keçid məntəqələrinin yaradılması təklifini irəli sürməklə bir daha dövlətlərin öz ərazilərində suveren hüquqları və beynəlxalq hüququn tələblərini yada saldı: “Azərbaycanın bu cür mövqeyi Avropa və ABŞ tərəfindən başadüşülən hesab edilərək dəstəkləndi. Bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğuru kimi yadda qaldı”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar