Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İntiqam Qasımzadənin Mircəlal Paşayevə qarşı aqressiyası, yaxud “İntiqam” nağılının son fəsli - Əli bəy Azəri yazır

Tarix: 13-02-2023 10:57     Baxış: 3838 A- / A+
               Əli bəy Azəri,  İntiqam Qasımzadə  
 
VI YAZI
 
Nəhayət, gəlib çatdıq “İntiqam” nağılının sonuna... bunu mən belə adlandırmamışam, onun iqamətgahında işləyənlər deyirlər. Hər dəfə tədbirdə iştirak etmək üçün AYB-yə gedəndə qulağıma pıçıldayırlar: “İntiqam nağılının sonu necə olacaq?” Hər nağılın sonu necə olur, o da elə... Yəni, göydən üç alma düşür, onu da kim tez görüb götürərsə, ona çatar. 
Maraqlar anlaşılandı. İnsanlar uzun-uzadı qış nağıllarını dinləməyə meylli deyillər. Heç mənim də onun bəd əməllərindən sonsuzluğa qədər yazmaq marağım yoxdur. Ortada olanları, yəni onda birini ictimaiyyətə çatdırdıq, yetər. Onsuz da Ayaz İmranoğlu yazıb ki, İntiqam Qasımzadəni indiyə kimi heç kim bu qədər məşhurlaşdırmamışdı. Məncə, 80 yaşlı qocanı bundan artıq məşhurlaşdırmağa gərək də yoxdur. 
Hamı elə zənn edir ki, İntiqam Qasımzadə ADA universitetinin rektoru Hafiz Paşayevin himayəsindədir. Yalan danışa bilmərəm, odur ki, nə təsdiq, nə təkzib edirəm. Mənim nəyimə lazımdır; kim kimin himayəsindədir? Ancaq “od olmasa, tüstü çıxmaz”, deyiblər. Görünür, elə Hafiz Paşayevin xətrinə başda Anar olmaqla AYB-də heç kim İntiqam Qasımzadəyə güldən ağır söz demir. Yoxsa sadaladığım bu nöqsanlardan onqat artığını bilən AYB katibləri, Mədəniyyət və Maliyyə nazirlikləri çoxdan onu divara dirəmişdilər. Bəyəm onlar bilmir ki, zay məhsullara qonarar adı ilə nə qədər pul silinir? Redaksiyada 3-4 nəfər çalışdığı halda neçə nəfər maaş alır? Jurnalın tirajını demirəm... 
Doğrusu, eşidəndə ki, İntiqam Qasımzadə Hafiz Paşayevin uşaqlıq dostudur, isti münasibət saxlayırlar, sevindim. Bu mövzuda “dil” tapacağımı düşündüm. Mircəlal Paşayevə həsr etdiyim, onun əziz xatirəsinə yazdığım “Timsah dərili ayaqqabı” hekayəsini götürüb AYB-yə gəldim. Əvvəlcə sədrin birinci müavini Rəşad Məcidlə görüşdüm, fikrimi ona bildirdim. İnsafən, Rəşad Məcid məsələyə hörmətlə yanaşdı. “Madam ki, Mircəlal müəllimdən yazmısan, ver oxuyum. Bu işə məsuliyyətlə yanaşmaq lazımdır”, dedi. Hekayəni ona təqdim edib çıxdım. Üç gündən sonra yenidən görüşdük. Rəşad Məcid hekayəni diqqətlə oxumuşdu, hətta bir-iki yerdə düzəliş də etmişdi. Əlavə bir tövsiyə də verdi. Ağlabatandı, deyə onu da əlavə etdim. Rəşad Məcid də İntiqam Qasımzadənin yaradıcılığıma qarşı allergiyalı olduğundan xəbərdardı. Dedik, bəlkə ədibin xoş xatirəsinə həsr olunmuş bu gözəl hekayə səksən yaşlı qocanı keçmişlərə boylanmağa, bu yaşda yeniyetmə yaşlarındakı kimi kinli-küdurətli davranışlarına son qoymağa düşündürə...
Bir sözlə, hekayəni daha da təkmilləşdirdikdən sonra İntiqam Qasımzadəyə təqdim etdim. 
“Çeynənmiş mövzudur. Bəlkə qırx dəfə yazılıb. Müsabiqəyə də göndərmişdin. Qarşıma çıxan kimi götürüb qırağa qoydum. Get, başqa hekayə gətir...” və burda yazmağı özümə rəva bilmədiyim sözlərlə məni geriyə qaytardı. Anladım ki, İntiqam Qasımzadənin təkcə mənə deyil, hətta ona əl tutan, dayaq duran, himayə edən adamlara qarşı da allergiyası, aqressiyası var. Sadəcə, özündən aşağı saydıqlarının üstünə vulkan kimi püskürə bilir, yuxarı hesab etdiklərinə isə gülümsəyib keçir. Aramızda olan söhbəti qeybət hesab edirəm və açıqlamıram. 
Bəli, İntiqam Qasımzadə Hafiz Paşayevin inandığı, etibar etdiyi adamlardan biridir. Elə ona görə də Mircəlal Paşayev adına elan olunmuş hekayə müsabiqəsinin iki mərhələsində söz sahibliyini ona həvalə edib. Qalib vəsiqəsi qazandırılmış hekayələrin heç birində Mircəlal müəllimin nə müəllim, nə yazıçı, nə ədib kimi obrazı yaradılmayıb. Hətta deyərdim ki, həmin hekayələrin içində loru dildə desək “mırta yazılmış” bir mətn də var, bunu İntiqam Qasımzadə özü yaxşı bilir. Adam ona qarşı xeyirxah əməllərlə yadda qalmış bir insana necə kin bəsləyə bilər? Mənə çatan məsələ deyil, özü bilər, Allahı bilər.
Bu günlərdə ədibin adına III hekayə müsabiqəsinə qəbul başa çatıb. Maraqlanmasam da eşitdiyimə görə, yenə də söz sahibi İntiqam Qasımzadədir. “Məhəbbətin gözü kor olur”, deyib babalarımız. Hafiz Paşayev saf və ülvi hisslərlə uşaqlıq dostu İntiqam Qasımzadəyə o qədər ürəkdən bağlanıb ki, dostunu ona qarşı hər hansı bir uyğunsuz hərəkətə yol verməsini ağlına gətirmir. Fakt isə faklığında qalır. İstənilən adam ədibin adına müsabiqədə qalib vəsiqəsi almış həmin hekayələri götürüb maraqlana bilər. Hekayələr “Azərbaycan” jurnalında çap etdirilmişdir.
“Adam da ilan kimidir, qabığını dəyişər, xarakterini dəyişməz” deyib ulu babalarımız. Kin, küdurət, qəzəb, aqressiya ilə dolu insanlar heç vaxt həyat tərzini dəyişməzlər. Özləri bundan utanıb, xəcalət çəkib bezib, dəyişmək istəsələr belə dəyişə bilməzlər. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar