Xəbər lenti
Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşır: Qanunvericilik bazasının təşviqedici rolu – Millət vəkili

Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra çox böyük inkişaf yolu keçib: “Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı ölkəyə çevrilib. Ərazi bütövlüyümüz bərpa edilib. Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan torpaqları işğaldan azad edilib. 44 günlük Vətən Müharibəsində Azərbaycan döyüş meydanında Ermənistanın işğalçılıq siyasətinə son qoyub. Düşmən məğlub edilib və kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün “Qarabağ münaqişəsi” deyilən bir termin leksikonumuzda mövcud deyil. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Azərbaycan 30 ilə yaxın erməni barbarlığının təcavüzünə məruz qalmış ərazilərində böyük quruculuq bərpa işlərini icra edir. Erməni vandallarının basdırdığı minaların təmizlənməsi ilə paralel tarixi torpaqlarımızda böyük bərpa-quruculuq işləri icra olunur. Artıq Böyük qayıdışın ilkin mərhələsinə start verilib. Zəngilan rayonunun Ağalı kəndində müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulan “ağıllı kənd” layihəsinin icrası başa çatıb və buranın əzəli sakinləri öz yurd-yuvalarına qayıdıb. Digər azad edilmiş ərazilərmizdə da geniş vüsət almış işlər ardıcıllıqla davam edir. Bu isə çox qısa zamanda həmin torpaqların da sakinlərinin öz evlərinə qayıdışına təminat yaradır. Bununla yanaşı ölkəmizin digər bölgələrində də inkişaf istiqamətlərinə uyğun işlər uğurla davam edir. Bütün bunlar isə ölkəmizin yeni dövrün çağırışlarına uyğun inkişafını təşviq edir ki, bu mənada siyasi mühitin də aparılan islahatlara adekvat olması zəruru hal kimi ortaya çıxıb. Ona görə də, mövcud vəziyyətə adekvat olaraq siyasi sahədə də islahatların aparılması yeni konfiqurasiyanın formalaşması fonunda qanunvericilik bazasının təkmilləşdirilməsi zəruri idi”.

Aqil Məmmədova görə, Azərbaycanda hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir: “Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Eyni zamanda dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Bununla yanaşı Azərbaycan dövləti siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Bütün bunların fonunda isə siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməsi təşviq olunur. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi ilə yanaşı qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Sözsüz ki, ölkə Konstitusiyasını və qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə isə apellyasiya məhkəməsi tərəfindən baxılır. Məhz bütün bu mütərəqqi amilləri nəzərə alaraq “Siyasin partiyalar haqqında” yeni qanunun ölkəmizdə formalaşmaqda olan siyasi konfiqurasiyaya adekvat olacağı şübhəsizidir. Bu amillər Azərbaycanda mövcud olan demokratik mühitin daha da dərinləçşməsinə siyasi partiuayaların vətəndaş cvəcmiyyətində rolunun daha da artmasına xidmət edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar