Xəbər lenti
Laçın yolunda nə baş verir? – “Anadolu” əsassız ittihamı ifşa etdi
Türkiyənin “Anadolu” agentliyi azərbaycanlı ekofəalların Laçın yolunda davam edən etiraz aksiyasından yazıb.
Manevr.az xəbər verir ki, agentlik Ermənistan və Xankəndidəki separatçıların əsassız iddialarının əksinə olaraq, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bildirib.
Etirazlar niyə başladı?
“Anadolu” bu gün də davam edən aksiyanın azərbaycanlı mütəxəssislərin haqlı tələblərinə məhəl qoyulmamasından sonra başladığını qeyd edib:
“Azərbaycan ermənilərin məskunlaşdığı və Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində mədənlərin qanunsuz istismarı və bunun nəticəsində ekologiyaya dəymiş ziyanı araşdırmaq və nəzarət etmək üçün 2022-ci il dekabrın 10-da bölgəyə ekspert qrupları göndərib. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə əldə olunan razılaşma nəticəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin mütəxəssisləri "Qızılbulaq" qızıl və "Dəmirli" mis mədənlərinə gedib, amma bölgədəki ermənilər monitorinq qrupunun mədənlərə girməsinə mane olublar.
Bu vəziyyətlə əlaqədar Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatlarının üzvləri və fəalları 2022-ci il dekabrın 12-də Laçın dəhlizinin Şuşa şəhəri yaxınlığından keçən hissəsində, Rusiya qüvvələrinin nəzarət-buraxılış məntəqəsinin önündə mədənlərin qanunsuz istismarının qarşısının alınması tələbi ilə aksiyaya başlayıblar.
Bir aydan artıqdır ki, şüar və pankartlarla ekoloji terrora son qoymaq tələblərini dilə gətirən etirazçılar tələbləri reallaşana qədər aksiyalarını davam etdirməkdə qərarlı görünürlər.
Laçın dəhlizi tamamilə bağlıdır?
İstər Ermənistan rəhbərliyi, istərsə də özlərini “Qarabağ ermənilərinin başçıları” kimi qələmə verən şəxslər Laçın dəhlizinin bağlı olduğunu, mülki şəxslərin keçməsinə icazə verilmədiyini, buna görə də ermənilərin yaşadıqları bölgədə “humanitar böhran”ın olduğunu iddia edirlər.
Azərbaycan rəsmiləri isə ermənilərin iddialarını qəti şəkildə rədd edirlər. Rusiya qüvvələrinin barrikadaları səbəbindən yolun bağlı olduğunu qeyd edən Azərbaycan rəsmiləri mülki keçidlərə heç bir maneənin olmadığını bildirirlər.
Fəaliyyət zonasından çəkilmiş görüntülər də dəhlizin mülki şəxslər üçün açıq olduğunu təsdiqləyir. Rusiya qüvvələrinə aid humanitar yardım aparan maşınlar və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin avtomobilləri heç bir maneəyə rast gəlmədən yoldan istifadə edirlər”
Azərbaycan, Ermənistan və Rusiya etirazları necə şərh edir?
Məqalədə qeyd olunur:
“Azərbaycan Prezidenti İlham Əliyev QHT-lərin Laçın dəhlizindəki etirazını haqlı aksiya kimi qiymətləndirib.
Əliyev açıqlamalarında sözügedən mədənlərin Azərbaycan ərazisində yerləşdiyini və bölgənin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığını xatırladıb.
Əliyev bildirib ki, bir ölkənin təbii sərvətlərinin qanunsuz istismar edilərək, başqa ölkəyə daşınması istənilən beynəlxalq hüquq prinsipinə görə cinayət təsbit edilir: “Haqlı tələbimiz budur ki, dövlət qurumlarımızın nümayəndələri mədənlərdə yoxlama aparsınlar. Nə baş verdiyini görməlidirlər və bu qanunsuz fəaliyyət dayandırılmalıdır. Bu, bizim haqlı tələbimizdir”.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı regionda “humanitar böhrana səbəb olmaqda”, Rusiyanı isə “Laçın dəhlizini açmamaqda” ittiham edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, rəsmi Moskva Laçın dəhlizinin tam açılması üçün çalışır.
“Bütün tərəflər üçün məqbul həll yolu tapmaq vacibdir. Hazırda Laçın yolundan humanitar yardım konvoyları keçir”, - Zaxarova Rusiyaya qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini deyib”.teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar