Mövzu ilə bağlı politoloq Sülhəddin Əkbər bunları söyləyib:
“Nə yaxşı ki, dünyanın geopolitik inkişafı həlledici mərhələyə qədəm qoyub. Və metropoliya kimi Rusiyanın Ukraynada strateji bataqlığa saplanması bizə imkan verir ki, Qarabağdakı məsələləri köklü şəkildə, tam və qəti həll edək. Ancaq bundan ötrü Azərbaycan öz geopolitik seçimini düzgün etməli, geo-siyasi oyunçularla öz yerli, lokal oyunlarını düzgün uyğunlaşdırmalıdır”. 















2022-ci ilin dekabrında bədnam SSRİ adlı imperiyanın yaradılmasının 100 ili tamam oldu... Və nə yaxşı ki, Ukrayna xalqı və dövlətinin də Rusiya təcavüzünə var gücü ilə sinə gərməsi nəticəsində Vladimir Putin başda olmaqla Kremldə toplanmış imperiyapərəstlərin həmin imperiyanı yeni bir ad altında bərpa etmək planı baş tutmadı... 2023-cü ildə isə məhz Sovet imperiyasının bundan öncə çar Rusiyasının ərazimizə köçürtdüyü hayların hesabına qondardığı “Dağlıq Qarabağ Muxtar Vilayəti”(DQMV) adlı üzdəniraq qurumun – əslində Azərbaycanın içərisində gecpartlayan “mina”nın yaradılmasının 100 illiyi olacaq. Bəs görəsən, 35 il öncə partlamış və xalqımızın başına minbir faciə və fəlakət gətirmiş həmin “mina”nın 2020-ci ilin 44 günlük savaşında sonra da qalmış tör-töküntülərini, eləcə də qondarma “status” məsələsini birdəfəlik tarixin zibilliyində dəfn edə biləcəyikmi? Düzdür, bu hərbi qələbəmizdən sonra ölkə başçısı İlham Əliyev dəfələrlə “Qarabağdakı ermənilərin “statusu”nun gorbagor olduğunu” bildirib. Amma separatçı, işğalçı xislətli hayklar və beynəlxalq səviyyədə Rusiya, Fransa başda olmaqla bəzi qüvvələr hələ də “status” məsələsinin gündəmdən düşməməsinə çalışırlar...

















