Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Yazılan tarix oxunulmasa unudular”

Tarix: 08-11-2022 14:29     Baxış: 3256 A- / A+
“Bu 44 günün hər günü bizim şanlı tariximizdir… Bu zəfər tarixi zəfərdir. “

 İlham Əliyev
 
8 noyabr tarixi təqvimə zəfər bayramı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi düşdü. Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı.
 
Ölkə başçısının cəsarəti və qətiyyəti, xalqın Silahlı Qüvvələrin Ali Baş Komandanına inamı və güvəni, vahid amal ətrafında sıx birləşməsi, Azərbaycan diplomatiyasının uğuru, güclü, iradəli ordumuzun əzmi, qüdrəti sayəsində tariximizə yazılan şanlı səhifələr nəticəsində əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyuldu. Dövlət başçımızın xüsusi olaraq vurğuladığı kimi “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıqböyük iş aparılmışdır və bu işin səmərəsi oldu
 
Bəli, bu gün haqq-ədalət zəfər çaldı, "çox istəyən azdan da olar” Azərbaycan atalar sözü öz yerini tutdu. Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi, beynəlxalq diplomatiyada öz sözünü dedi. General Həzi Aslanovu Polad Həşimov əvəz etdi. Böyük Vətən müharibəsi qəhrəmanları əfsanəvi Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yerinə müstəqil dövlətimizin apardığı Vətən müharibəsinin onlarla Mübariz oğulları gəldi. 
 
Qələbəmizin bir mənbəyi də bütün dünyaya örnək ola biləcək multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, cəmiyyətimizin həyat tərzinə çevrilməsi, xalqımızın beynəlmiləlçilik ənənələrinə sədaqətinin təzahürü idi. Dövlət başçımızın dediyi kimi, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
 
Əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız birlik və həmrəylik nümayişi, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış oldu.
İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması, paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.
Bəli, sözün bütün mənalarında tarixi qələbəmizin əldə edilməsində məktəblərimizin dəstəyi, müəllimlərimizin əməyi də az olmayıb. O ağır və ağrılı günlərdə müəllimlərimiz üç cəbhədə mübarizə aparıb,  həm vətənpərvər gənclər yetişdirmək, həm koronavirusla əsgər kimi döyüşmək, həm də vətənin müdafiəsində iştirak etmək missiyasını yerinə yetirib.Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsinin ilk illərində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşmuşlar, 700-dək təhsil işçisi böyük qəhrəmanlıq nümunəsi göstərib. 20 nəfər təhsil işçimiz şəhid olub.
 
Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir.
Müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bu gün Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır. Elm və Təhsil nazirinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulub və keçirilməkdədir..
Tam əminliklə deyə bilərik ki, yenilənəcək "Azərbaycan tarixi” dərsliklərində ölkəmizin əzəli torpaqları uğrunda aparılan xilaskarlıq savaşında şanlı qələbəmizin bütün istiqamətverici və təkanverici mənbələri daha geniş şəkildə öz əksini tapacaq, "Ortaq türk tarixi”nin ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən Türkiyə-Azərbaycan birliyi və həmrəyliyinə yeni səhifələr əlavə olunacaq. Başqa cür də ola bilməz. Çünki, yazılan tarix oxunulmasa unudular.
 
Bu gün ölkənin hər bir vətəndaşı kimi, hər bir təhsil işçisinin də vəzifəsi, imkanı daxilində "Qarabağ Azərbaycandır!” möhtəşəm zəfər çağırışına öz töhvəsini verməkdir. Artıq, Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb: "Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır.”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar