Xəbər lenti
50 Yaşın işığında...
(Vahid Aslanın 50 illik ömür yoluna həsr edilib)
Vahid Aslan - çağdaş dünyamızın ədəbi irmağı... Vahid Aslan – poetik duyğuların sirli kəhkəşanı... Vahid Aslan – insani dəyərləri özündə birləşdirən keyfiyyət göstəricisi... Vahid Aslan – duyğu və düşüncələrin mükəmməl söz yuvası...
Ədəbi aləmin naxışı, təfəkkürün lirikası, kəlmənin dəyəri, təbiətin ahəngi, sözün sadəliyi, sadəliyin ta kəndisidir Vahid Aslan.Dumanın səssizliyinə, çənin pıçıltısına, çiçəyin ətrinə, dağın təravətinə büründüyü üçün laylası da mərhəm oldu. Ruhuna hopdu, varlığını sardı, könlünü ovsunladı. Hikmət nuru doldu qəlbinə. O nur Vahidfitrətindən ətrafa çiləndi. Misralanan duyğularda, sözlənən kəlmələrdə, nağıllaşan, kitablaşan səhifələrdə işıq oldu qələmin süzgəcindən keçənlər. İllər bir-birini qovduqca Vahid ucalığı da mərtəbələndi. 50 yaşın ucalığından geri boylanan sənətkarın bu enişli-yoxuşlu, kələkötür, bəzən də hamar, rahat yolları necə keçdiyindən xəbərsizliyi baxışlarından aydın sezildi. Ömrünü kitab, dəftər, qələm, yaxud da kitabxanalarda keçirən düşüncə sahibi köhnəliyin ətrini içinə çəkərək sabaha yol aldı. Həm də o köhnəlik onun soykökünün sütunu, dirəyi, özülüdür. Özülü möhkəm olanı zəlzələlər, tufanlar, qasırğalar aşıra bilməz.Günəş yüksəyə qalxdıqca ətrafa daha çox işıq salar, insan ucaldıqca ziyası
qəlblərə düşər. İşıqlı qəlbdə nifrət, kin, küdurət, həsəd, paxıllıq olmaz. Bəzən yaşı yüzü haqlamış saf, təmiz qəlbli pirani haqqında deyiblər: “lap uşaq qəlblidir”. Axı uşaqların qəlbi paklığın, təmizliyin məkanıdır. Bir də uşaq işıq deməkdir axı. Şair lap yerində deyib:
Hələ xatirələr uşaq kimidi
Baxıram hardasa ömür qocalıb.
Burada “ömür qocalıb” kəlməsi, əslində, ömrün ən çiçəkli çağına
yetişdiyinə işarədir. Vahid ucalığı da elə söz içində sözün gizlənişindən bəllidir.
Bilirsənmi,
Külək nə zaman
Sevilir oğlum!
Bir yay günü
Şəhər istidən qovrulanda;
Bilirsənmi,
Ürək nə zaman
sevilir oğlum!
Kiminsə
Qaranlıq taleyinə
İşıq olanda.
Tez-tez işıqdan söz salmağımız əbəs yerə deyil, çünki V.Aslan poeziyası həzin bir layla olmaqla yanaşı, hər misrasında bir ümid, bir işıq var. O işıqdan qaranlıq talelərə pay düşəcəyini, zülmətin bağrını yarıb aləmləri aydınladacağını, yalanın içərisində zərrə boyda da olsa bir hikmət işığının
parlayacağını düşünən söz sahibi ümidsizlik içində də ümidlə baxır sabaha. Ümid özü də bir işıqdır. Kölgəli düşüncələrə, yorğun fikirlərə, durğun
dünyagörüşə ilham verir. Şairin hər misrasında, hər kəlməsində qəlbinin döyüntüsü duyulduğu kimi, kəlmənin dəyərində, sambalında da onun əzəmətini görmək olur. Misralar oxucunun dilində sözləndikcə müəllifin varlığı göz önündə cizgilənir. Bir sözlə,
şair sözlə vücudunun deyil, duyğularının rəsmini çəkir.
Unudulan iz ki var
Yorğun düşən diz ki var
Çırpınan dəniz ki var
Mənim qəlbim kimidir.
Təpədən-dırnağadək əsl vətəndaş olan şairin əqidəsi də, əməli də Vətənə xidmətlə keçir. Yazdığı hər cümlə, hər bənd ovsun olub tilsimləyir əsl oxucunu. İçindəki eşqi, sevgini, həsrəti, acını sözün hökmü ilə diktə etdiyi kimi, duyğulanan ilahi misralar dildən-dilə keçərək örnəkləşir. Örnək olan misralar isə zamanın süzgəcindən keçənlərdir. Qələminin mürəkkəbi qanından qidalanan şair “Torpağın mübarək, Vətən!”- deyə hayqırır, özü də pıçıltı ilə - səssizliyin hönkürtüsü kimi...
Təqvimin qızarır, yanır
Qara günlər qaralanır
Qələbələr sıralanır
Varlığın mübarək, Vətən!
Oğulların coşan dəniz
Eşqi ümman, qəlbi təmiz
Hər qarışı candan əziz
Torpağın mübarək, Vətən!
Ayrılığın həsrəti, həsrətin illəti, illətin zilləti yaman ağrıdır şairi. Çünki zaman-zaman yağmalanan torpaqlarımızın parçalanaraq, şaqqalanaraq yad
əllərdə qalması, əcdadlarımızın ismini özündə daşıyan yer-yurd adlarının əvəzlənməsi, soydaşlarımızın həmin ərazilərdən məcburi köçürülməsi və həmin ərazilərdə qeyri etniklərin məskunlaşdırılması həm tariximizi, həm də yaddaşımızı alt-üst edir. Ulu Azərbaycanın baş kəndi olan Təbriz, eləcə də Miyanə, Sulduz, Qəzvin, Ərdəbil, bütün Ermənistan ərazisi, Borçalı mahalı, ta ki Dəmir Qapı Dərbəndə qədər olan torpaqlar yadellilərin əlində olduğu halda qələm sahibinin kövrək qəlbi tab gətirə bilərmi bu həsrətə?! Təbrizin itirlməsi ilə bütün şöhrətini itirən istedad sahibi ümidini itirməsə də, bir möcüzənin olacağına hələ də inanır və inanır ki, bir gün itən şöhrəti onu tanıyacaq.
Mənimki yatmaqdı... möcüzə görsəm
Paytaxtım köçübdü Təbrizə görsəm
Görsəm, qəfildən üz-üzə gəlsəm
Məni tanıyarmı itən şöhrətim!
Haqq, ədalət, düzlük, nizam, tərəzi və insanlıq zamanın ölçü vahidi olsa da, tərəzi əyilib, insanlıq itib, nizam pozulub. İnsanlar bir-birinə ikrah hissi ilə, yaxud da bir cani kimi baxır. Yalan doğrunu o qədər üstələyib ki, doğru doğruluğunu sübut eləyincə, az qala yalanın ovcundan bir neçə kərə su içməli olur. Ədalətsizlik xalqları, millətləri, dövlətləri üz-üzə qoyur, nəticədə insan da öldürülür, insanlıq da... Ona görə də hər zaman haqsızlığa qarşı çıxır duyğu pərvanəsi.
Olmuşuq zəli, yağı
Sözümüz zəhər, ağı
Nə deyim... insanlığı
Hazırıq öldürməyə.
Bu kimi haqsızlıq, ədalətsizlik, biganəlik, vəhşilik içərisində ədalət naminə çarpışan söz adamları yaşamaq və yaşatmaq həvəsi ilə dünyanı birliyə,
bərabərliyə səsləyir, insanları irqi, dini ayrıseçkilikdən uzaq durmağa çağırırlar. Ədalət prinsipini üstün tutan söz sərrafları hətta dünyanı bir bayraq altında birləşməyə səsləyirlər. V.Aslanın şeirindəki kimi:
İstəmirəm bu qədər sərhəd
Bu qədər dövlət
Bu qədər tikanlı məftil olsun!
İstəyirəm
Ayrıseçkiliklər yox olsun,
Nə insanlığa qurulan hiylə
Nə də dünyanı yeyəcək tamah olsun!
Vahid Aslanın şeriləri həzin bir layladı demişdim az öncə. Bulaqların zümzüməsi, şəlalənin şırıltısı, quşların pıçıltısı, xəzəlin xışıltısı, dəlisov atların
kişnərtisi var həmin laylada. Kəkliyin qaqqıltısı, turacın pırıltısı, bənövşənin, nərgizin ətri, hətta küləyin vıyıltısı, çayların qıjıltısı var kövrək duyğuların təranəsində. Onun şeriləri sarı simdir, birbaşa ruha toxunur, iliyə işləyir, damara axır. Çünki dağ havalı, qartal qıylı, meşə nəfəsli ninnilərdə böyüyüb. Gördükləri, duyduqları taleyinə həkk olunub. Ona görə da misraları su kimi saf, təmiz və meşə nəfəslidir, hətta hayqırtısı da bir pıçıltıdır...
Birdən oxuyanda qışqırarsınız...
Mənim şeirlərim bir pıçıltıdı.
Bulaq nəğməsidir, yağış səsidi
Külək yırğalayan yarpaq kimidi
O kövrək duyğular təranəsidi
O, sevən ürəyin sarı simidi.
O, bir nəqqaşdır; sözün dəyərini, kədərin rəsmini, sevincin hissini, günəşin hərarətini, yağışın hıçqırtısını çəkməyi bacarır. O, bir müəllimdir;
gözünün yağını tələbələri üçün əridib zülmətdən sübhə yol çəkir ki, büdrəməsinlər. O, bir yazıçıdır; fikir-düşüncələrini nəsrin süzgəcindən keçirib
dolğunlaşdırır ki, fərqinə varanlar əliboş geri dönməsinlər. O, bir jurnalistdir; torpaqlarımızın birliyi, bütövlüyü uğrunda canını fəda edənigidlərimizin döyüş tarixini araşdıraraq, qələmə alıb ki, şanlı hərb tariximiz daha da zənginləşsin. O, bir alimdir; riyazi hesablamalarla poeziyanın düsturunu yarada bilib – şeirin dili ilə... O, bir qəzetçi – naşirdir; qüdrətli söz sahiblərinin, ziyası haqdan gələn ziyalıların və hər əməli bir ixtira olan alimlərin elmə verdiyi töhfəni “Müəllim sözü”ndə işıqlandırmaqla sabahımıza işıq tutub. O, bir şairdir; sözün rəsmini çəkməklə duyğularını qafiyələndirir, fikirlərini yığcam halda oxucuya ötürür ki, tavtalogiyadan uzaq olsunlar. Özü demişkən, sadaladıqlarım olmasaydı, bəlkə də şair olmayacaqdı...
Kədərin rəsmini
Sözlərlə çəkməsəydim
Tənhalığımla
Hər gün görüşməsəydim,
Küləyin hıçqırtısını
Yarpaqların pıçıltısını
Sükutun səsini
Bulaqların nəğməsini
Dinləməsəydim
Şair olmazdım.
Heç şeir də yazmazdım...
Və dünyanı
ən gözəl qız sanıb
aldanmasaydım.
Vahid Aslan şeirinin leytmotivini Vətənə, torpağa, yurda, elə, obaya bağlılıq, insani sevgi, haqq, ədalət və bir də uca Yaradana məhəbbət tutur.
Türkə, türkçülüyə də geniş yer verən şairin söz qılıncı nə qədər kəsərli olsa da, Turan uğrunda ömrünü fəda verməyə də hazırdır.
Güman sənədi yenə
Qoyma ümidlər sönə
Ulu Türk qüdrətinə
Sarıl, Turan ordusu!
İnan, bir gün gün gələcək
Yerlər, göylər güləcək
Göy Tanrı söyləyəcək
Var ol, Turan ordusu!
Urəyi SÖZ YUVASI olan Vahid Aslanın qələmə aldığı şerilər metafora və epitetlərdən doyunca su içdiyi üçün zənginləşib. Bu kimi bədii təsvir vasitələri sözün rübəndini açmadan misraya sambal və dəyər verdiyinə görə vəzndə ağır gəlir. Bu ağırlıq isə beyni yüngülləşdirir, ürəyi amorf düşüncələrdən qoruyur. Bu məqamda küləyin qəmli nəğmələrini nəinki dinləmək, hətta payızın yarpaqlar üzərinə çökmüş rəngindən də oxumaq olur.
Gördüyüm qızılı, gümüşü yarpaqlar
Payızın ən gözəl rəsmidi
Payız küləyi yer üzünün
Ən qəmli müğənnisidi.
...50 yaşın işığında 150 il yol gedəsən “ÜRƏYİM SÖZ YUVASIDI” deyən qardaşım. Kamillik adlanan mərtəbənin 10-cu pilləsindən aşağı boylanmaq,tarixin toz basmış səhifələrini vərəqləmək kimidir. O vərəqlərdə acılı-şirinli, qayğılı və bəxtəvər günlərin illüstrasiyası həkk olunub. Ovucdakı xətlər, alındakı qırışlar, saçdakı bəyazlıq və həyat eşqi həmin illüstrasiyanın möhürüdür. 50 yaşın mübarək olsun, dəyərli söz sahibi, dəyərli qaraşım, dəyərli Vahid Aslan!
Ötərxan ELTAC

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar