Xəbər lenti
Prezidentin Qırğızıstan səfəri: Tarixi ənənələrə söykənən münasibətlər yeni müstəvidə

Manevr.az bildirir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatda səslənən fikirlər əlaqələrin bundan sonrakı inkişafında bir yol xəritəsi kimi səciyyələndirilə bilər:
“İki ölkə arasında nəticələrə hədəflənmiş əməkdaşlıq artıq prioritet xarakterə malikdir. Bu mənada Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyət kəsb edir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək”.

Aqil Məmmədovun fikrincə, Azərbaycan-Qırğızıstan əlaqələrində effektiv əməkdaşlıq amili beynəlxalq təşkilatlar çərçivəsində birgə addım atmaq və səmimi qarşılıqlı dəstəyə əsaslanır: “Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevrilib. Bu gün Bişkekdə ən böyük məktəblərdən biri ulu öndər Heydər Əliyevin, digəri isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, eyni zamanda mədəniyyət paytaxtımz Şuşanın Qırğızıstan şəhərləri ilə qardaşlaşması münasibətlərin yeni mərhələyə yüksəlməsini ehtiva edir”.

Milli Məclisin deputatı Sevinc Hüseynova da Prezident İlham Əliyevin Qırğızıstana səfərinin əhəmiyyətindən bəhs edib:
“Sözsüz ki, bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir və münasibətlərin yeni müstəvidə inkişafına çalışır. Bu mənada ölkələrin inkişafında humanitar amilin strateji statusuna xüsusi önəm verilir. Azərbaycan müstəqillik və milli köklərə bağlı siyasət yürüdür. Tarixi ənənələrimiz, əcdadlarımızdan bizə miras qalan dəyərlərə söykənərək xalqlarımızın nadir mədəniyyəti nümunələrini qoruyub saxlaması başlıca amil hesab edilir”.
Deputat bildirib ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaş ölkə kimi əldə edilən Bəyannamənin müddəalarını uğurla həyata keçirir: “O da birmənalıdır ki, bu Bəyannamə daha konkret məzmunla zənginləşəcək. Məhz Azərbaycanla Qırğızıstan arasında Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biri hesab edilir. Sözsüz ki, qarşılıqlı maraqlara xidmət edən investisiyalar yeni imkanlar yaradır. Eyni zamanda ölkəmiz münasibətlər Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırır. Bu da qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və dinamizmə xidmət edir”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb:
“İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. Xəzər dənizinin Avropa istehlakçılarına qədər dəmir, avtomobil, hava yolu ilə potensialı nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bununla da Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaq. Hazırda Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar yaranıb.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar