Xəbər lenti
Rusiyanı lərzəyə salan xanım jurnalist saxlanıldı
Rusiya hüquq-mühafizə orqanları jurnalist Marina Ovsyannikovanı Moskva vilayətində saxlayıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Birinci kanal”ın keçmiş redaktorunun Moskva vilayətində yaşadığı ünvana gəliblər. Hazırda saxlanılma səbəbi açıqlanmır.
İyulun 4-də məlum olub ki, “Birinci kanal”ın keçmiş redaktoru Marina Ovsyannikova 11 yaşlı qızının taleyi ilə bağlı məhkəmə prosesi üçün Rusiyaya qayıdıb.
Marina Ovsyannikova martın 14-də “Zaman” ("Vremya") verilişinin axşam efirində Ukrayna ərazisindəki hərbi əməliyyatlar və yalan təbliğatlara etiraz olaraq plakat açandan sonra bütün dünyada məşhurlaşmışdı. Onu studiyada həbs etsələr də, 30 min rubl cərimə edildikdən sonra azad edilmişdi. Jurnalist demişdi ki, saxlanılanda bütün gecə və ertəsi gün ondan hansı xüsusi xidmət orqanları ilə əlaqəli olduğu barədə soruşublar:
“Onlar sona qədər inana bilmirdilər ki, mənim heç bir şərikim yoxdur, Qərb xüsusi xidmətlərində işləməmişəm, həmkarlarımla heç bir münaqişəm olmayıb, Ukraynadan olan qohumlar mənə heç nə yazmayıblar. İnanmaq istəmirdilər ki, “Birinci kanal”ın sıravi işçisiyəm, Mİ6, FTB və ya MOSSAD-la əlaqəm yoxdur”.
Həmin vaxt o, etdiyi hərəkətə görə özünü qəhrəman kimi deyil, tükənmiş və yorğun hesab etdiyini demişdi.
“Narazılıq məndə çoxdan yetişmişdi. Müharibə başlayanda isə elə bir emosional sarsıntı keçirdim ki, həqiqətən də bir neçə gün nə yeyə, nə içə, nə də yata bildim. İşdə isə o günlər sadəcə, dəhşətli ab-hava var idi: xəbərlər, təbliğat dayanmadan gedirdi. Əslində baş verənlərlə “Birinci kanal”da göstərilənlər arasındakı uyğunsuzluq o qədər güclü idi ki, mən dəlicəsinə bunu dayandırmaq istəyirdim. İş həftəsi bitəndə anladım ki, daha bu kanala gəlməyəcəyəm. Müharibə əleyhinə küçəyə çıxanları isə dərhal polis bölməsinə aparırdılar. O zaman düşündüm ki, daha təsirli etiraz aksiyası təşkil edim. Yaxınlıqdakı dəftərxana ləvazimatları mağazasına getdim, vatman kağızı, flomaster aldım. Bazar günü şüarı hazırladım və bazar ertəsi işə gəldim. Plakat bir müddət maşında qaldı, sonra pencəyimin qoluna qoyaraq gətirdim. Heç kim orada nə olduğunu bilmirdi. Əlimdə pencək, redaksiyaya girdim, tez posteri qolumdan çıxarıb onunla birbaşa studiyaya girdim. Polis məndən şübhələnmədi, çünki “Zaman” verilişinin mövcud olduğu 50 il ərzində heç vaxt belə hal olmayıb. Mən 90% faiz əmin idim ki, bunu edə bilməyəcəm. Ya dizlərim titrəyəcək, ya da rejissor kameranı çox tez efirdən çəkəcək və heç kim məni görməyəcək. İngilis dilində olan mətn Qərb ictimaiyyətinə rusların müharibə əleyhinə olduğunu göstərmək üçün, rus dilində olan mətn isə Rusiya ictimaiyyəti üçün idi - onları təbliğata getməməyə çağırırdım”, - deyə o bildirmişdi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar