Xəbər lenti
Ukraynadan təxliyə olunan tələbələrin taleyi necə olacaq?
Nadir İsrafilov
Artıq 3 həftəyə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Ukraynadan minlərlə azərbaycanlı təxliyə edilib. Müharibə bütün sahələrə zərər verdiyi kimi, təhsil müəssisələrinə, təhsilə də zərər verir. Bu gün narahatedici məqamlardan biri də Ukraynda təhsil alan tələbələrin də taleyi ilə bağlıdır. Onları nə gözləyir? Bu tələbələrin köçürülməsi hansı formada həyata keçirilə bilər?
Manevr.az bildirir ki, təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bizimyol.info xəbər portalına müsahibəsində qeyd edib ki, bu gün Ukraynada cərəyan edən prosesləri qabaqcadan proqnozlaşdırmaq çətindir. Çox şey müharibənin nə vaxt başa çatacağından və baş verənlərin nə ilə nəticələnəcəyindən asılıdır: “Əgər, müharibə qısamüddətli olsaydı, təxliyə olunanların geri qayıtması, o cümlədən də tələbələrin öz oxuduqları təhsil müəssilərinə qayıtması və bərpa olunması barədə nəsə bir şey fikirləşmək olardı. Problemin çətinliyi və mürəkkəbliyi ondan ibarətdir ki, bu ölkədə təhsil alan soydaşlarımızın sayı 5-10 nəfər deyil, hardasa təxminən 20 min civarındadır”.Ekspert qeyd eidb ki, nə qədər problemli olsa belə, istənilən halda Ukraynada təhsil alan tələbələr bizim öz həmvətənlərimizdir və onların gələcək taleyinə biganə qalmamaq bizim hər birimizin arzusu olmaqla yanaşı, həm də vətəndaşlıq borcumuzdur.
“Reallıq isə ondan ibarətdir ki, təxliyyə olunan tələbələrin hamısının ali məktəblərimizə transfer edilməsi və ixtisasları üzrə yerləşdirilməsi bir sıra müəyyən, hətta mümkünsüz çətinliklər yaradır. Çünki, Ukraynada təhsil alan tələbələr arasında dövlət xətti ilə, yəni dövlətlərarası tələbə mübadilə proqramı ilə gedənlər əsasən azlıq təşkil edirlər. Tələbələrin böyük əksəriyyəti öz hesablarına, yaxud da ayrı-ayrı təhsil şirkətlərinin xətti ilə gedənlər, müəyyən qismi isə attestatla qəbul olunanlardır ki, onların da sənədləri bizdə dövlət nümunəli sayıla bilməz. Bir də ki, hadisələrin nə müddətə və hansı istiqamətdə davam edəcəyi hələ ki, məlum deyil. Hesab edirəm ki, məsələ müəyyən şərtlər müqabilində hökumətlərarası razılaşmalar əsasında tənzimlənə bilər” - deyə N. İsrafilov bildirib.
Ekspertin sözlərinə görə, istənilən halda geniş müzakirələr aparılmalı, hökumətlər arası razılaşdırılmalar əsasında məsələnin ən optimal variantı tapılmalıdır. Yəqin ki, təxliyyə olunanlar arasında şagirdlərimiz də az sayda da olsa olmamış deyil və onların məktəblərimizdə yerləşdirilməsi üzrə işlər gedir:
“Hər halda və çox güman ki, soydaşlarımızın təhsillərinin yarımçıq qalmaması üçün bütün mümkün imkanlardan istifadə ediləcəkdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar