Xəbər lenti
Nadir İsrafilov: “Ali təhsilin pillələrinə yanaşma tərzimiz dəyişməlidir”
Nadir İsrafilov
Müəllim olmaq üçün bakalavriat kifayətdir, maqistrlər isə elmi - tədqiqat işləri üçün yetişməlidirlər.
Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində baza təhsili (bakalavr) müəllimlik ixtisası olan namizədlərin ərizəsinin qəbul olunması barədə fikirlər müzakirə obyektinə çevrilib, “Baza təhsili olmayan şəxslərin MİQ imtahanlarında iştirakı mümkün deyilsə, o zaman nə üçün magistratura pilləsinə bu şəxslərin sənədləri qəbul olunub kimi suallar ortalığa atılıb.
Təhsil eksperti Nadir israfilovun məsələyə münasibətini öyrəndik:
“Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.
Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.
Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
İndi gəlin görək, bəhs etdiyimiz Qanunun “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəsındakı qaydalar hansı səviyyədə dərəcədə müəyyən edilib, və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.
Hesab edirəm ki, əsas baza təhsili pedoqoji olmalıdır. Yəni, baza təhsili pedoqoji olmayanların MİQ imtahanlarına buraxılmamasında elə də bir qəbahət görmürəm. Yəni, kimsə magistratura pilləsində müəllimlik ixtisası üzrə təhsil alıb, lakin bakalavr pilləsində müəllimlik üzrə təhsil almayıbsa, müəllimlərin işə qəbulu prosesində onların MİQ imtahanına buraxılmaması kimdəsə təəccüb doğurmamalıdır. Əgər, həm baza təhsili, həm də maqistratura təhsili eynidirsə onda çox gözəl. Daha konkret desək, müəllim olmaq üçün bakalavriat kifayətdir, maqistrlər isə elmi - tədqiqat, elmi-pedaqoji işləri üçün yetişməlidirlər. Çıxış yolunu isə onda görürəm ki, maqistrlara iki il əlavə təhsilinə görə iş yerləri açılmalı, ya da formallığı aradan qaldırmaq üçün, ayrılan plan yerləri məhdudlaşdırılmalıdır.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar