
“Koronavirusa yoluxma ilə bağlı statistik rəqəmlər təhlükəli həddədir. Hazırda ölkədə 9 məktəb və 299 sinif yoluxma halları müşahidə edildiyinə görə distant təhsilə keçib. Amma ölkədə fəaliyyət göstərən bütün təhsil ocaqlarının distant təhsilə keçməsi gözlənilmir. Buna ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, hazırda ölkədə 11 milyondan çox insan vaksin olunub. Onun 6 milyondan çoxu ikinci dozadır. Hazırda bizim 4432 orta ümumtəhsil məktəbimizdə 150 min müəllimin 80 faizi üçüncü doza vaksini də vurdurub”.