Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənə bir az bahar lazımdır… Çox üşüdüm…”

Tarix: 05-12-2021 15:30     Baxış: 3249 A- / A+


“Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır.”  
Mən baharda doğulmuşam, aprelin 22-də.Tərslikdən proletariatın dahirəhbəri, Sovet dövlətinin qurucusu Vladimir İliçlə bir gündə. Uşaqlıqda çoxlu kitab oxuduğumdan qonum-qonşu məni “Bala Lenin” deyə çağırardılar. Məndən yaşda xeyli böyük olan bir başqa “Bala Lenin” də vadı. Rayonumuzda qəzet redaksiyasında işləyirdi. Sonralar, əgər səhv etmirəmsə Aran rayonlarından hansısa birinə I katib təyin olunmuşdu. Nə isə… Dil-ədəbiyyat müəllimimiz kitaba maraq oyatmaq üçün tez-tez bizə Leninin silahdaşı olmuş Maksim Qorkidən misal gətirərdi: Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.”
Odur ki, yorulmadan xeyli kitab oxuyardıq, ən çox da Maksim Qorkinin kitablarını. O vaxtkı dərsliklərdən də Qorkinin atasını 5 yaşında İtirməsi, 11 yaşında tamamilə yetim qalaraq, nənəsi və babasının himayəsinə keçməsi, 8 yaşından işləməyə başlaması, bir gəmidə qabyuyan işləyərkən kitab oxumağa marağının artması, çarəsizlikdən kitab oğurlaması, gecələr kitab oxuyarkən şamdan qənaətlə istifadə etmədiyinə görə, kirayə qaldığı ev sahibi tərəfindən cəzalandırılması və həyatının digər bu kimi acı və keşməkeşli illəri barədə  kifayət qədər təsəvvürümüz vardı.
 
Onun "Uşaqlıq”, "Özgə qapılarında”, "Mənim universitetlərim”, "Makar Çudra”,"Çelkaş”,"İzergil qarı”,"Şahin nəğməsi”, "Meşşanlar”,"Həyatın dibində”kimi povest, hekayə və pyeslərini maraqla oxuyurduq. Oxumağa marağı olmayanlar isə, sadəcə buna məcbur idilər. Bir də ki, o dövrlərdə belə hesab edilirdi ki, əgər, Qorki yalnız "Ana” romanını yazmış olsaydı belə, yenə də xarüqələr yaradan böyük rus sənətkarları ilə bir sırada dayanmağa haqq vardı. Çünki "Ana” Qorki nəsrinin şah əsəri, Qorki realizminin yüksək bir ifadəsi idi.
 
Sonralar öyrəndik ki, rus ədəbiyyatının görkəmli nümayəndələrindən, Lev Tolstoy, Fyodor Dostoyevski, dünya miqyaslı Ziqmund Freyd, Artur Şopenhauer, Fridrix Nitsşe, İmmanuel Kant, Fridrix Hegel, kimi onlarla tanınmışlarla bir sırada, "Tarixdə 100 ən çox  öyrənilmiş şəxsiyyətlər” siyahısında Maksim Qorkinin ( Aleksey Peşkov) də adı var.
 
Maksim Qorki nədən yadıma düşdü? Səhər çağlarında bir yoldaşla görüşmək üçün 5 dəqiqəlik aşağı düşmüşdüm. Soyuqluq hiss etdim. Bərk üşüdüm. İstər-istəməz yadıma Maksim Qorkinin “Mənə bir az bahar lazımdır… Çox üşüdüm…” sözləri yadıma düşdü və xatirmdə bir anlığa ali məktəbə necə qəbul olunduğum anlar canlandı.
 
Ali məktəbə sənəd vermişdim. O zaman 4 imtahan verməli idik. Bunlardan biri qeyri-profil sayıldığından keçid balına təsiri yox idi. İxtisas fənni olan tarixdən və ədəbiyyat şifahidən "5” qiymət almışdım. Növbəti imtahan ədəbiyyat fənnindən yazılı idi. Mənə inşa yazısı variantında "Maksim Qorkinin "Ana” romanında Pavel Vlasov və onun anası Pelageya Nilovnanın surətləri” mövzusu düşmüşdü. Əsərlə bağlı inşa yazıda Pelageya sadə, dindar, ruhən, mənən əzilmiş bir qadın kimi, Pavel isə əksinə, öz mənliyini uca tutan, mübariz, cəsarətli bir gənc olaraq səciyyələndirilməli idi.

Belə hesab olunurdu ki, dünyanın bir çox dillərinə tərcümə olunmuş bu məşhur əsər, sinfi mübarizə tarixinə misilsiz xidmət göstərmiş, yeni pafos, yeni ruh, yeni nəfəs gətirmişdir. Əlbəttə ki, bizi sinfi mübarizə ilə bağlı məqamlar o qədər də maraqlandırmasa belə, imtahandan aldığımız qiymət bizim üçün həlledici amil idi.
 
Nə isə… Ədəbiyyat inşadan yazılı imtahanın nəticələri elan edilərkən məlum oldu ki, mənə "5/4” qiymət yazıblar. Yazıdan "5/5” alacağıma heç bir şübhəm olmadığından apellyasiya barədə ərizə verdim. Həm də, risk etməyin yeri deyildi. Şikayətimə baxan komissiya üzvlərindən olan bir müəllim yazı işində 3 apostrof və 2 vergül səhfi olduğundan qiymətləndirmənin düzgün aparıldığını bildirərkən, digər müəllim, həmin il Vladimir İliç Leninin 100 illik yubileyinin qeyd edilməsi və Maksim Qorkinin proletariatın dahi rahbərinin ən yaxın silahdaşlarından biri olmasını nəzərə alaraq, bu kiçik orfoqrafik səhvlərin, elə də bir ciddi xəta sayılmadığını təkid etdi. Qiymətimi "5/5” etdilər. Maksim Qorkinin Leninlə dostluğu işimə yaradı. Yoxsa, az qala, yazıda istifadə olunan hərfüstü bir işarənin – apostrofun güdazına gedəcəkdim.

Xeyli sonralar öyrəndim ki, Apostrof (‘) – Yazıda istifadə olunan hərfüstü işarədir. Adətən, Azərbaycan dilində kirilcə yazıda iki məqsədlə işlədilirdi: 1. Apostrof saitdən sonra, samitdən əvvəl qoyulmaqla həmin saitin uzun tələffüz olunmasını göstərdi. 2. Ərəb mənşəli sözlərdə apostrof samitdən sonra və saitdən əvvəl qoyulmaqla samiti saitdən ayırır və saitin aydın tələffüz olunmasına imkan yaradırdı. Nəhayət, 2003-cü ilin sentyabr ayının 23-də Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə əsasən, apostrof işarəsi ləğv edildi. Ləğv edilməyinə edildi. Ancaq,  İngiltərəyə “İngil...tərə...” deyənlərin sayı çoxaldı...
 
Nadir Israfilov
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar