Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu tarixdən uşaqlar təhsilə erkən başlaya bilər - AÇIQLAMA

Tarix: 04-10-2021 12:45     Baxış: 4199 A- / A+
Azərbaycanda bu tarixdən uşaqlar təhsilə erkən başlaya bilər - AÇIQLAMA

Ötən həftə Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı məktəb yaşının aşağı endirilməsindən danışıb. Nazir bildirib ki, uşaqların mümkün qədər erkən yaşlarında öyrənməyə başlaması üçün məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq.


E.Əmrullayevin bu çıxışı valideynlər tərəfindən birmənalı qarşılanmadı. Nazirin çıxışını dəstəkləyənlər olsa da, uşaqların erkən yaşdan məktəbə göndərilməsinin onların yüklənməsinə səbəb olacağını düşünənlər də az deyil.

Manevr.az
-ın xəbərinə görə, mövzu ilə bağlı ölkə.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsil naziri çıxışında hər hansı bir yaş həddində məktəbə başlamaq yox, öyrənmənin və öyrədilmənin yaşının aşağı salınması nəzərdə tutulur:

“Bu da normaldır. Hazırda ölkənin 90 min şagirdi 5 yaşdan etibarən məktəbəhazırlıq qruplarına gedir. Bu da dünyada qəbul edilmiş bir standartdır. Biz 20-ci əsrdə görürdük ki, uşaqlar 7-8 yaşdan məktəbə gedirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə 6 yaşdan məktəbə getməyə başladılar.

Amma bu yaş daha aşağı endirilə bilər. Təcrübədə görürük ki, bu gün ölkədə əksər valideynlər övladlarını uşaq bağçalarına, körpələr evinə, məktəbəqədər hazırlıq qruplarına göndərirlər. Şagirdər artıq 3-4 yaşdan etibarən yazmağı, oxumağı, şeir əzbərləməyi öyrənir, digər bilik və bacarıqlara yiyələnirlər. Burada heç kim düşünməsin ki, məktəbə cəlbin erkən yaşlara endirilməsi şagirdlərin yüksək biliklər əldə etməsi anlamına gəlir.

Bu gün hər birimiz ibtidai siniflərdə tədris yükünün ağırlığından narahatıq. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına görə Azərbaycan 12 illik təhsilə keçməlidir. 12 illik təhsil heç də yuxarıda bir pillənin artırılması yox, aşağıdan bir pillənin əlavə edilməsi fonunda həyata keçirilməlidir. Yəni uşaqlar yenə də 17 yaşda orta məktəbi bitirməlidir. Bunun üçün isə Azərbaycanda hazırda icbari təhsil 6 yaşdan başlayır. Yəni fiziki sağlamlığı məktəbə getməyə icazə verən şəxslər 6 yaşdan məktəbə gedirlə. Amma bu icbari təhsil daha erkən yaşlarda başlaya bilər”.

Ekspertin sözlərinə görə, şagirdlərin icabri təhsil yaşının enidirlməsi həm də ölkənin iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək:

“Bu gün məktəbəhazırlığa 90 min şagird gedir. Amma daha çox insan getmək istəyir. Bu, valideynlərə imkan verəcək ki, daha çox işgüzar fəaliyyətlə məşğul olsunlar. Bütün bu prosesin həyata keçirilməsi üçün erkən yaşda təhsilə cəlb olunmanın hər hansı narahatlıq doğuracaq məqamı yoxdur. Bu fikri dəstəkləyirəm. Ona görə ki, artıq valideynlər bağça, məktəbəqədər hazırlıq axtarışında olmayacaqlar”.

K.Əsədov deyib ki, təhsilə cəlb olunma Azərbaycanda 5 yaş olaraq tətbiq edilsə də, bunun icbari xarakter alması gözlənilir:

“Mənim gözləntimə görə, 2023-cü ildən etibarən Azərbaycanda uşaqların daha erkən təhsilə cəlb edilməsinə gedilə bilər.

Övladı 3-4 yaşda olan hər kəs uşaqlarını bu və ya digər formada təhsilə cəlb etməkdə maraqlı olur. Ona görə də biz ibtidai sinfin tədris yükünü azaltmaq üçün bunun parçalayacağıq. Bu da kifayət qədər yaxşıdır. Yəni biz 5 yaşlı uşaqlara 0-cı sinfdə yazmağı, oxumağı, erkən bilik və bacarıqları öyrədəcəyik. Birinci sinifdə isə normal sürətli oxunu keçəcəyik, yəni dünyanın heç bir ölkəsində birinci sinifdə uşağa oxumağı, hesablamağı həm də sürətli oxunu eyni vaxtda öyrətmirlər. Hesab edirəm ki, tədris yükünün azaldılması üçün bu yaşın aşağıya doğru çəkilməsində heç bir problem yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar