Xəbər lenti
Məktəb yaşının aşağı endirilməsi nə üçün vacibdir? - Ekspert
"Uşaqların 2-3 yaşdan erkən bilik və bacarıqlara yiyələndiyini nəzərə alsaq, 2023-cü ildən etibarən 5 yaşından tədrisə başlamaq lazımdır”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin məktəb yaşının aşağı endirilməsinin vacibliyindən danışarkən, bu yaşın azaldılmasına tərəfdar olması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Ekspert qeyd edir ki, 12 illik təhsilə keçid üçün məktəbə getmə üzrə yaş həddinin azaldılması mütləqdir:
"Azərbaycanda onsuz da uşaqlar 5 yaşından məktəbəhazırlıq kurslarına cəlb edilir. 90 mindən artıq uşaq olmaqla 2500-ə yaxın orta məktəbdə məktəbəhazırlıq qrupları təşkil edilir. 2013-cü ildə qəbul edilən təhsilin inkişafı üzrə dövlət strategiyasına görə, 12 illik təhsil pilləsinə keçməli idik. Amma bu, hələ də baş verməyib. Məktəbə hazırlıq qrupunun 1-ci sinif olaraq götürülməsi nəzərdə tutulur. Yaponiya, Çin, Cənubi Koreya, Sinqapur və Avropada uşaqlar 5 yaşından ibtidai sinfə gedir”.
K. Əsədovun fikrincə, 5 yaşından tədrisə başlamaqla ibtidai siniflərin tədris yükünü azalda bilərik:
"Erkən yaşdan məktəbə cəlb edilmə valideynlərin məşğulluq sahəsində də keyfiyyəti artıracaq. İndiki halda ibtidai siniflərin dərs yükü çoxdur. 5 yaşdan təhsilə başlasaq, ibtidai siniflərin tədris yükü də azalacaq”.
Həmsöhbətimiz düşünür ki, Azərbaycan ən yaxşı halda 2023-cü ilin sentyabrından uşaqların 5 yaşdan başlayaraq məktəbə cəlb edilməsinə keçid edə bilər:
"Son illər yuxarı siniflərdə kəskin şagird azalmasını müşahidə edirik. Son il 1-ci sinifə gedənlərin sayı 165 min olsa da, məzun olanların sayı 90 minə düşüb. Bunun da əsas səbəbi tədris yükünün çoxluğudur. Ona görə də 1 sinif artırmaqla proqramların sadələşdirilməsinə nail olacağıq. Uşaqların 2-3 yaşdan etibarən erkən bilik və bacarıqlara yiyələndiyini nəzərə alsaq, 2023-cü ildən etibarən 5 yaşından tədrisə başlamaq lazımdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar