Xəbər lenti
Şahlar Əsgərov: "Gələcəyimizi düz yaşamaq üçün “mən” yox, “biz” düşüncəsinə malik olmağa çalışmalıyıq"
Əməkdar elm xadimi
"Savadlı olmayan xalqın sonu yoxdur. O ya
işğal olunacaq, ya içdən parçalanacaq.
Cəmiyyəti savad ayaqüstə saxlayar.
Həsən bəy Zərdabi
Cəmiyyətdə baş verən sosial hadisələrin təhlili göstərir ki, mənfi hadisələrin baş verməsinin əsas səbəbi insanların şəxsi mənafedən aşırı istifadəsi ilə bağlıdır. İnsan oğlu iki mənafe daşıyıcısıdır: şəxsi və ictimai. Şəxsi mənafe anadangəlmədir. İctimai mənafe törəmədir, sonradan tərbiyə və təhsil vasitəsi ilə yaranır.
Araşdırmalar göstərir ki, bu mənafelərin nisbi cəmi hər kəs üçün vahidə bərabərdir .O toplumlarda ki, ictimai mənafe qorunur, onlar inkişaf etmiş dövlətlər qura bilmişlər. O toplumlarda ki, şəxsi mənafe, yəni “mən” düşüncəsi üstündür, orada qohumbazlıq, dostbazlıq, yerliçilik, rüşvət və digər mənfi fəaliyyətlər mövcuddur.
Deməli, gələcəyimizi düz yaşamaq üçün “mən” yox, “biz” düşüncəsinə malik olmağa çalışmalıyıq. Xoşbəxt gələcəyə gedən yolun açarı sehrli “biz” düşüncəsindədir.
İnsanlar dünyaya tək-tək gəlsələr də həyatda ailə halında (cüt-cüt) yaşayırlar. Hələ 3 min il öncə Pifaqor demişdi ki, ”xoşbəxtlik tək adam işi deyil”. Yəni “biz” düşüncəsi həm zəruri, həm də təbii istəkdir. Bu keyfiyyəti uşaqlarımıza təlim və tərbiyə vasitəsi ilə öyrətməliyik. Bu potensial təhsildə və tərbiyədə var.
Təhsilin bütün pillələri (məktəbəqədər, ibtidai, orta və ali təhsil) üçün doğru olan əsas fəlsəfi müddanı postulat şəklində belə ifadə etmək olar:“şəxsi mənafe ilə doğulmuş uşağı təhsil və tərbiyyə vasitəsi ilə ictimai mənafe daşıyıcısına çevirmək lazımdır”.
Təhsilin fəlsəfənin bu əsas müddası dəyişməz qalsa da, bütün pillələrində təhsilin məzmunu, şübhəsiz fərqli olmalıdır. Təhsilin məzmunu öyrəncilərin zamanla dəyişən düşüncəsinə, dünyagörüşünə, arzusuna, psixologiyasına adekvat dəyişməlidir.
Cəmiyyətin xoş gələcəyi təhsil sisteminin “fəlsəfə-məzmun” probleminin düzgün həllindən asılıdır. Təhsil prosesinin başlanğıc və vacib pilləsi 2-10 yaşı əhatə edən məktəbəqədər və ibtidai təhsil pilləsidir. Uşağın milli kimliyi bu dövrdə formalaşır. Burada diqqət edilməli vacib məqam təhsil ilə tərbiyə arasındakı incə fərqdir. Belə ki, təhsil milli - bəşəri hadisədir, buna görə təhsilin milli kimliyə təsiri çox azdır. Ancaq təhsildən fərqli olaraq, tərbiyə sırf milli fenomendir. Buna görə də tərbiyənin milli kimliyə təsiri düşündüyümüzdən də çoxdur. Bizi “biz”, yaponu “yapon” edən əsasmilli tərbiyədir.
Məktəbəqədər və ibtidai təhsil pilləsində uşaq həm düşünmə, həm öyrənmə, həm də yaddşa yeyələnir. Böyüdükcə uşağın şəxsi arusu, istəyi (şəxsi mənafesi) təbii olaraq artdığı kimi, ona ictimai mənafenin elementləri də öyrədilməlidir. Bu işdə tərbiyəyə alternatv heç nə yoxdur. Təhsilin məzmunu elə dəyişməlidir ki, şagird on yaşa çatanda, o, həm şəxsi, həm də ictimai sevinc daşıyıcı olsun, təkcə özünü yox, həm də ətrafı da görəbilsin. Tərbiyəsiz təhsil “tarzanlığa”gedən yolun başlanğıcıdır.
Məlumdur ki, uşaqlar oynamağı çox sevirlər. Fərdi sevinc yarada bilən əyləncə və idman növləri çoxdur. Tapmacalar, rəqs etmək, rəsm çəkmək onlara fərdi sevinc yaşadır. Belə sevinc yaşadan digər əyləncə və oyunlarıda yəqin ki, var. Məktəbəqədər təhsildə bol fərdi sevinc yaşadan hər şey (oyunlar, əyləncələr) məqbuldur.
Aydındır ki, məktəbəqədər təhsildən fərqli olaraq, ibtidai siniflərdə təhsilin məzmunu fərqli olmalıdır. Bu pillədə elementar biliklərlə bərabər, komanda sevinci yaşada bilən əyləncə və idman növlərindən də istifadə edilməlidir. Həmfərdi, həm kollektiv sevinc yaşada bilən dərslərin həcmi daha çox olmalıdır. Şahmat kimi fərdi sevinc yaradan oyunlarla bərabər, futbol kimi ictimai sevinc yaşada bilən idman növlərin tədrisinə geniş yer verilməlidir. Komanda oyunları ictimai sevinc yaşatmaqla bərabər, həm də sevinci paylaşmanı da öyrədir. Fərdi sevinci yaşamaqla bərabər, həm də sevinci bölüşə bilmək (ictimailəşdirmək) qabiliyyəti də məqsədyönlü şəkildə tədris edilməlidir.
Nələrin və nə qədər tədris edilməsi məsələsi “fəlsəfə- məzmun”-nun əsas məsələsidir. Bu problem fəlsəfi yox, pedoqoji məsələdir. Bu məsələnin elmi həllini pedaqoqlar və psixoloqların köməyi ilə həll etmək mümkündür. Bu yaş dövründə əsas tərbiyəvi müddalar (bu müddalarəsasən milli- mənəvi dəyərlər əsasında formalaşır) bərk yaddaşa yazılmalıdır. Misal üçün “əsla yalan danışma” kimi uzun 15-20 dəyərli müddalar da pedaqoq və psixoloqlar tərəfindən hazırlanmalıdır ki, uzun müddət üçün davamlı ola bilsin. Belə olanda gələcəkdə cəmiyyətdaha rahat yaşaya bilər.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, məktəbəqədər və ibtidai təhsilin fəlsəfəsinə uyğun olaraq tədris materialını pedaqoq və psixoloqlar tərəfindən elə tərtib edilməlidir ki, uşaqlarda həmfərdi, həm də ictimai sevinci yaşada bilsin.
Orta məktəbdə təhsilin məzmunu ictimai və şəxsi mənafe baxımından tərtib edilməlidir.Gənclər orta məktəbdə ictimai sevincin fərdi sevincdən daha üstün olmasını dərk etməlidirlər. Yuxarı siniflərdə vətənpərvərlik, insanpərvərlik kimi mövzuları daha geniş tədris olunmalıdır. Bu niyyətlə ictimai mənafenin üstünlükləri vəsf edən əsərlər, mövzularla daha çox tədris olunmalıdır. İctimai mənafe daşıyıcıları (milli dəyərlər, qəhrəmanlar, alim və zəki insanlar, dahi insanlar və b.k.) orta məktəbin sonuncu sinfinə qədərməqsədyönlü şəkildə tədris edilməlidir.
İdmanda “boks”-dan daha çox “futbol”-a, musiqidə “mahnı”-dan daha çox “xor” oxumağa, rəqsdə “tərəkəmə”-dən daha çox ”yallıya” üstünlük verilməlidir.
Milli inkişaf naminə şəxsi mənafenin inkişafını məhdutlaşdırılmalı, icştimai mənafenin inkişafı isə əksinə, tədricən yüksəldilməlidir. Orta məktəbdə son sinfinə qədər ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti yüksələn xətlə artması təmin olunmalıdır. Ancaq bu insana xas olan maraqlar arasında balans da qorunmalıdır. Orta məktəbi qurtaran şagirdlərin təqribən 80 %-i ictimai mənafe daşıyıcısı olarsa, onda orta məktəbi bitirən 100 min şagirdən 80 mini “mən fəxr edirəm ki, azərbaycanlıyan” - deyə bilər. Bu artıq milli birliyin təminatı deməkdir. Böyük yaradanın şəxsi mənafesinin olmamasını da yadda saxlamağın faydası vardır.
Şübhəsiz, təhsilin fəlsəfəsinin əsas müddası ali təhsildə də dəyişməz qalmalıdır. Dünyada gedən qlobal proseslərin ictimai və şəxsi mənafe baxımından təhlilinə ehtiyac var. Ali təhsilin fəlsəfəsi sosial həyatımızı dərindən dərk edilməsində bizə düzgün yol göstərməlidir. Bu səviyyədə də “fəlsəfə-məzmun” münasibətində dövrün səciyyəvi cəhətləri nəzərə alınmalıdır. Müşahidələr göstərir ki, o ölkələr inkişaf edirlər ki, orada şəxsi mənafe ilə ictimai mənafe arasındabalans mövcuddur və bu maraqlar vəhdətdə yaşayır.
Beləliklə, təhsilin bütün pillələrində fəlsəfə sabit, ancaq təhsilin məzmunu isəhər pillə üçün fərqli olmalıdır. Belə ki, məktəbəqədər və ibtidai təhsildə məzmun şəxsi mənafenin inkişafını təmin edilməlidir. Ancaq orta təhsildə ictimai mənafe şəxsi mənafeyə olan nisbəti ilbəil artmalıdır. Ali təhsildə isə ictimai mənafe ilə şəxsi mənafenin balansı, vəhtədi və mübarizəsi qorunmalı və öyrənilməlidir. Belə olanda “mən”-dən “bizə” düşüncəsinə keçidi təmin olunar .
Məqaləni Həsən bəy Zərdabinin fikri ilə başladım. Onu Avraam Linkolnin sözləri ilə yekunlaşdırmaq istəyirəm:“Əgər bir millət məhv olursa, xaricdən deyil, daxildən məhv olur”. Bu fikirlər ruhən bir birinə çox yaxındır. Odur ki, gəlin təhsilin fəlsəfəsinə və məzmununa diqqətimizi daha da artıraq. Onda həm şərqli Həsən bəy Zərdabinin, həm də qərbli Avraam Linkolnin ruhları şad olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar