Xəbər lenti
Nadir İsrafilov: “Hələ də, yaddaşımdan silinməyən bir xatirə…”
Nadir İsrafilov
Bu ölkədə valideynlərin iş yerinə, hansı sosial statusa malik olduğuna dair hər hansı bir anket sorğusu aparmaq qəti qadağandır.
Finlandiya təhsili haqqında nələr deyilməyib, nələr yazılmayıb. Bir sözlə, dünyanın ən yaxşı təhsil sistemi dedikdə ağıla ilk olaraq Finlandiya təhsili gəlir. Yəni, təhsildə bərabərlik və mükəmməlliyi təmin etmək üçün şagirdlərə yüksək imkanlar yaradan bu ölkədə təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Finlandiya ən az cinayət hadisəsi baş verən ölkə olduğundan, valideynlər uşaqlarını rahatlıqla tək başına məktəbə yola salırlar. Finlandiya məktəblərində dərs o qədər mükəmməl tədris olunur ki, hər hansı hazırlıq kursları və ya repititorlara ehtiyac qalmır. Burada təhsilə biznes gözü ilə baxılmadığından, müəllimlərin maaşları da yüksək olur. Onlarda ev tapşırığı anlayışı yoxdur. Əgər tapşırıq varsa, o, məktəbdə həll olunmalıdır. Evdə isə uşaqlar vaxtlarını valideynləri ilə gəzərək, oynayaraq keçirirlər. Bundan başqa, Fin təhsilində şagirdlər əlavə sınaqlara gedib, imtahan stressi yaşamırlar. Sadəcə olaraq, 16 yaşına çatdıqda ölkə üzrə bütün şagirdlər vahid bir imtahana girirlər və s. və i.a.
Bu, o qədər də böyük olmayan şimal ölkəsinin təhsili ilə maraqlanarkən belə bir məlumat da diqqətimi cəlb etdi ki, Finlandiyada məktəblərdə təbəqələşmə anlayışı yoxdur. Sən demə bu ölkənin məktəblərində uşağın valideynlərinin hansı peşə sahibi, hansı sosial statusa malik olduğunu müəllim ən sonda, yalnız buna ciddi zərurət yarandığı halda bilir. Valideynlərin iş yerinə dair hər hansı bir anket sorğusu aparmaq qəti qadağandır. İstər-istəməz, hələ də yaddaşımdan silinməyən təxminən 35 illik keçmişin bir hadisəsi sanki, xatirəmdə yenidən canlandı…
Gənc olmağıma baxmayaraq, mənə etimad göstərərək, Bakının mərkəzi rayonlarının birində Təhsil şöbəsinin müdiri vəzifəsini etibar etmişdilər. Günorta vaxtlarına yaxın, katibə məni telefon vasitəsi ilə rayonumuzun ərazisində yerləşən nüfuzlu ali məktəblərin birinin rektoru ilə calaşdırdı. Salam-kəlam və kef-əhvaldan sonra, mənimlə görüşmək istədiyini və onu nə vaxt qəbul edə biləcəyimi soruşdu. İstədiyi vaxt görüşə biləcəyimizi, ancaq buna elə də bir zəruri ehtiyac olmadığını bildirdim. Deyəsən, cavabımdan bərk incidi və sözümü ağzımda yarımçıq qoyub, mənə “otboy” verdi. Onun bu hərəkətini tam təfərrüatı ilə anlamasam da, bir çox vəzifə sahiblərimizin aldıqları cavabın onları qane etməyəcəyi halda belə reaksiya verməsinə artıq alışmışdım.
Bir müddət keçdikdən sonra “Raykom”un büro iclasına toplaşan rayon aktivi ilə zalın foyesində tədbirin başlanmasını gözləyərkən, həmin rektor bizə yaxınlaşıb, hamı ilə mehribancasına görüşərkən, mənə jest olaraq əl belə uzatmadı. Onun bu hərəkəti, bu zaman yanımda duran Polis rəisinin diqqətindən qaçmadı. Rəisin “Nadir müəllimlə niyə görüşmədin” sualına rektorun cavabı isə bu oldu ki, “Siz necə, sizi qəbul etməyi belə “çestinə” sığışdırmayan bir adamla görüşərdiniz? Hamı təəccüb içərisındə duruxub üzümə baxırdı… Rektorun məndən iciməsinin səbəbini təxmin edərək, yadıma bir müddət əvvəl aramızda olan telefon söhbəti düşdü.
Məcburiyyət qarşısında qalıb, digərləri də mənim cavabımı və onun mövqeyin düz başa düşsün deyə izah etməyə çalışdım ki, mən ona hörmət əlaməti olaraq əlavə zəhmət çəkib, qəbula gəlməsini özümə rəva bilməmişəm. O isə israr edirdi ki, “Siz mənim nə üçün gəldiyimi hardan bilə bilərdiniz?” Mən isə ona “əlbəttə övladına qızıl medal verilməsini xahiş etməyə gəlirdiniz” deyəndə, rektor bir az tutuldu. “Mənim övladım olduğunu nədən bildıniz” sualına isə cavabım o oldu ki, “bütün medalçıların valideynlərinin iş yerlərinə və sosial statuslarına qədər bütün sorğu məlumatlarını əks etdirən anketləri bizdə var”. Rektor sanki, peşmançılığını biruzə verməmək və bəlkə də üzürxahlıq əlaməti olaraq məni qucaqladı…
Deməyim odur ki, indiki Finlandiyadan fərqli olaraq, məktəblərimizdə oxuyan hər bir şagirdin ünvanı, valideynlərinin harda işlədiy və hətta hansı peşə sahibi olduqları barədə bizdə məlumatlar olurdu, daha doğrusu buny yuxarılar bizdən tələb edirdi. Bununla belə, yüksək sosial statusa malik olan valideynlərin uşaqlarının təhsil göstəricilərinə, daha diqqətlə yanaşılırdı. Çünki, vəzifəli şəxslərin övladlarının təhsil nailiyyətlərinin şişirdilməsi kimi hallar ciddi nəzarətdə idi və bu məsuliyyətin altına girməyə heç də hər kəs risk etmirdi. Həmin rektorun övladının bütün göstəriciləri isə, digərləri kimi müvafiq komissiya tərəfindən ciddi yoxlanıldıqdan sonra, qızıl medala təqdim edilmək üçün Nazirliyə göndərilmişdi. Lakin, bunu mənim kimi pioner, komsomol məktəbi keçmiş, “Pavlik Morozov əqidəli” hər kəsə şamil etmək olmazdı. Təəssf ki, görüm-baxım eləmək ənənəsindən hələ ki, qurtula bilməmişik...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar