Xəbər lenti
“Yəni, sistemi qəlizləşdirmək, əlavə stress yaratmaq bu qədərmi vacibdir..?”
“Bəlkə, mentaliteti bir kənara qoyub, yeniyetmə və gənclər arasında peşə təhsilinə marağı artıraq”
Nadir İsrafilov,
təhsil eksperti
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Valideynlər stress keçirir, belə sistem olar” başlıqlı yazısı diqqətimi çəkdi. Istər-istəməz professorla razılaşmalı olursan ki, valideynlər və uşaqlar il boyu stress içində olur. Sovet dövründə avqustun 1-də imtahanlar başlayar, 20-də bitər, 24-də isə artıq hamı hansı universitetə qəbul olub-olunmadığını bilərdi. 20 günə bu məsələ başlayıb bitirdi. İndi bütün il boyu imtahan götürülür. Belə sistem olar? .
Həqiqətən də, “bu gün universitetlər öz aktuallığını itirib. Nisbətən istedadlı, bacarıqlı, imkanı olan uşaqlar xaricdə təhsilə üz tuturlar. Yerdə qalanlar ölkədə təhsil alır, məzun olduqdan sonra ya marketdə kassir, ya da ofsiant işləyirlər. Belə halda diplom onların nəyinə lazımdır?” Hələ, onu da əlavə etsək ki, əmək bazarında iş tapmaq problemə çevrilib, işəgötürənin tələblərini ödəmək üçün ali təhsil diplomundan savayı, əlavə kurs bitirməlisən, müvafiq təlimlərə cəlb olunmalısan, hardasa lazımi təçrübə qazanmalısan, onda bu, vəziyyəti bir qədər də kəskinləşdirir. Heç də əbəs yerə deyil ki, son zamanlar ümumiyyətlə diplomun ləğv edilməsi barədə ciddi fikirlər səsləndirilir.
Doğurdanmı günümüzdə adi karton parçası qədər dəyərsizləşdirilən bir diplom üçün sistemi bu dərəcədə qəlizləşdirməyə, məzun və onların valideynləri üçün bu qədər əlavə poblem və ən başlıcası isə həyacan və strss yaratmaq vacibdir...? Axı, bir vaxtlar sadə peşə adamları ali təhsilli diplomlulardan daha artıq hörmət və nüfuz sahibi idilər. Onların şərəfinə şerlər yazılardı, mahnılar qoşulardı. Elə indinin özündə də Fransa, Almaniya, Yaponiya kimi ölkələr məhz peşə təhsil hesabına dünyanın inkişaf edən ölkələrinə çevriliblər. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Peşə təhsili təhsilin əsas pillələrindən biridir. Bizim peşə adamlarına böyük ehtiyacımız var.
Bəlkə, mentaliteti bir kənara qoyub, yeniyetmə və gənclər arasında peşə təhsilinə marağı artıraq. Onların əksəriyyəti ali təhsil almağa can atsa da, günümüzdə xeyli vacib olan, həm də kifayət qədər qazanclı sayılan peşələri öyrənmək istəyənlərin sayını artıraq. Valideynlər də onları düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmasınlar. Övladının seçiminə müdaxilənin ağır nəticələrindən sonralar əziyyət çəkən valideyn az görməmişik ki...
Bu gün, dünyada sosial, mədəni, iqtisadi, ekoloji və texnoloji dəyişikliklər baş verir. İqtisadiyyatın inkişafı ilə əlaqədar əmək bazarlarında tələbatlar ildən-ilə artır, işçilər arasında artan bacarıq boşluqları müşahidə edilir. IV sənaye inqilabının dünyanı tarixdə heç olmadığı sürətlə dəyişdiyi bir dövrdəyik. Bu inqilab bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar planlaşdırıb tətbiq etməyi tələb edir.Texnologiya sahəsində baş verən irəliləyişlər özləri ilə bərabər yeni peşələr gətirir və yeni iş imkanları yaradır.Yeni peşələr, qismən və ya tamamilə köhnə peşələrin yerini almaqdadır. Həm köhnə, həm də yeni peşələrdə lazım olan bacarıqlar bir çox iş sahələrini də dəyişir, insanları necə və harada işləyəcəyi zərurəti qarşısında qoyur. Bütün bunlara rəğmən bu gün yeni peşələri təyin edib, bu peşələrə görə də yeni təhsil proqramları hazırlayıb və tətbiq etmək zərurəti yaranır.
Peşə təhsili sisteminin quruluşuna edilən dəyişikliyə əsasən peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, həm də tam orta təhsil almaq hüququ verilir. Əlavə olaraq, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Sözügedən dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müəyyən edilmiş qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. Yəni, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. Bundan əlavə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Digər vacib məsələ subbakalavr peşə-ixtisas dərəcəsi yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi olaraq təsbit edildiyindən, bu səviyyə üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
Ən başlıcası isə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur. Belə bir dərəcənin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir.
Ümumiyyətlə götürdükdə isə bütün bu dəyişikliklər bir sıra amillərlə şərtlənir və bunların reallaşması ilk növbədə peşə təhsilinin zamanın tələbinə çevrilməsi ilə əlaqədar olub, daha çox stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir. Yalnız, bu yolla həm təcrübə qazanar, həm də təhsildə fasiləsizliyi və ardıçılığı təmin edə bilərik.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar