Xəbər lenti
Valideynlər və uşaqlar stress keçirir, belə sistem olar?" - Ekspert

Bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
O bildirib ki, valideynlər və uşaqlar il boyu stress içində olur:
“Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və təhsil inkişaf edəcək. Əks təqdirə uçuruma doğru yuvarlanacağıq”.
Professor qeyd edib ki, vur-tut 90 min adam imtahana cəlb edilir. Dövlət bu gəncləri oxuda bilər:
“Əgər dövlətin təəssübünü çəkirlərsə, qəbul imtahanı yığışdırılmalıdır. Ali məktəbi bitirərkən xüsusi dövlət imtahanı keçirib saxta diplom verilməməlidir. Bu gün universitetlər öz aktuallığını itirib. Gənclər artıq ali təhsil almaq istəmirlər. Nisbətən istedadlı, bacarıqlı, imkanı olan uşaqlar xaricdə təhsilə üz tuturlar. Yerdə qalanlar ölkədə təhsil alır, məzun olduqdan sonra ya marketdə kassir, ya da ofsiant işləyirlər. Belə halda diplom onların nəyinə lazımdır?” bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar