Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Universitetlərdə imtahan sessiyaları ləğv edilə bilər?

Tarix: 02-02-2023 11:39     Baxış: 3332 A- / A+
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı universitetlərdə imtahan sessiyasının ləğvi barədə danışıb.

"Əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir. Belə bir təcrübə xaricdə var. Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək”, – deyə o bildirib.

Bəs, univeristetlərdə imtahanların ləğvi nə dərəcədə realdır və imtahanlar hansı üsullarla əvəzlənə bilər?

Manevr.az
-ın məlumatına görə, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hazırda ali təhsil müəssisələrində həyata keçirilən semestr imtahanları sovet dönəmindən qalan üsullarla həyata keçirilir.

"Baxmayaraq ki, biz 2005-ci ildən etibarən Boloniya sisteminə qoşulmuşuq. Bu sistemə görə ali təhsil müəssisələrində semestr qiymətləndirməsi tamamilə fərqli ölçmə və yoxlama alətləri ilə həyata keçirilməlidir. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqdə olmamasının əsas səbəblərindən biri tədrisin aşağı səviyyədə təşkili ilə bağlıdır. Çox az universitet müasir dövrün tələblərinə uyğun semestr imtahanlarını təşkil edə bilir. İqtisad universitetin yeni təklifi tamamilə fərqli bir yanaşma deyil. Bu, bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilən bir qaydadır. Semestr imtahanlarının məqsədi tələbələrə semestr boyunca verilən biliklərin yoxlanılmasıdır.

Heç də bütün fənlərin hər birindən layihə yazdıraraq biliyin qiymətləndirilməsi mümkün deyil. Ən vacib məqam ali təhsil müəssisələrinin əmək bazarına və müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirməkdir.

Biliyin qiymətləndirilməsinin yeni mexanizmə ehtiyacı var. Təbii ki, mövcud semestr imtahanlarına da tələbələr testləri əzbərləyərək, yaxud sual biletlərinə hazırlaşırlar. Bu, əzbərçilikdən başqa bir şey deyil. Qiymtələndirmənin ən vacib tərəfi onun çevik, sürətli, ədalətli və şəffaf olmasıdır”, - deyə o əlavə edib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Trend-ə açıqlamasında qeyd edib ki, yenilikdən, müasirlikdən danışırıqsa, mütləq şəkildə dünyada bu sahədə gedən proseslərdən geri qalmamalıyıq.

"Bu proseslərdən biri də univeristetlərdə semestr imtahanlarının mərhələli şəkildə dəyişdirilməsi və gələcəkdə daha müasir formada tətbiqindən gedir. Dünyada bu cür təcrübələr var. Biz universitetdə tələbələrə düşünməyi öyrətməliyik, nəyisə əzbərlətməli deyilik. İstiqamət verməli və yönləndirməliyik.

Tələbə oxumalı, çalışmalıdır, lakin bizdəki imtahan sistemi ilə biz onları yorur və stress altında saxlayırıq. Amma mütəmadi olaraq semestr boyunca müxtəlif üsullurla onların biliklərini yoxlaya bilərik.

Universitet müəllimi başa düşməlidir ki, tələbə yoxdursa, o da yoxdur. Müəllim tələbə ilə mümkün qədər humanist davranmaldır. Bizim universitetlərdə həqiqətən tələbəyə yuxarıdan aşağı baxılır. Tələbənin imthanda göstərəcəyi nəticə müəlliminin marağında olmalıdır”, – deyə İ.Orucov bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar