Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mavi balina"dan daha təhlükəli - "Müvafiq qurumlar hərəkətə keçməlidir"

Tarix: 27-12-2022 18:20     Baxış: 4451 A- / A+

Son zamanlar ortaya çıxan “Yandere simulator” oyunu bütün dünyada həyəcana səbəb olub. Adının mənası “xəstə ruhlu aşiq” olan oyunda sevdiyi şəxsə yaxınlaşan qızları öldürüb qətlin bütün dəlillərini məhv bir personajdan bəhs edilir. Oyunda “öldürmək” rejimi seçilməzsə, oyunçuya qızları dinləmək, gizli şəkildə fotolarını çəkib yaymaq kimi üsullarla onları aradan qaldırmaq hədəfi qoyulur.İki il əvvəl gəncləri intihara sövq etməsi səbəbiylə müzakirələr yaradan “Mavi balina” oyununun bənzəri olan “Yandere simulator” da yeniyetmələr və məktəblilər üçün potensial təhlükədir. Uşaqların fan səhifələri yaratması, oyunu təbliğ etməsi təhlükənin miqyasını açıq şəkildə ortaya qoyur. Bəs, bu cür oyunların yayılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Manevr.az bildirir ki, məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov bakupost.az-a açıqlama verib.

O bildirib ki, virtual aləmin real həyata təsirlərinin azaldılması ilə bağlı müvafiq qurumlar fəaliyyətə keçməlidir:

“Bunun qarşısının alınması ilə məşğul olan qurumlar var. Məsələn, Amerikada TikTok ləğv edilib. Bu cür oyunlar şübhəsiz ki, uşaqların təhsilinə də təsirsiz ötüşmür. Bu gün təhsildə tərbiyə işinin arxa plana keçməsi, müəllim-şagird, məktəb-valideyn münasibətlərindəki xoşagəlməz hallar virtual aləmin təhsil sektoruna nüfuz etməsi ilə bağlıdır. Bu gün biz bullinqlərlə, intihar halları ilə qarşılaşırıq. Bunların hamısı virtual şəbəkənin cəmiyyətdə daha çox yeniyetmə və gənclərə təsir etməsi ilə bağlıdır. Bir ara məktəblərin ətrafında internet klublar var idi. Uşaqlar dərsdən qaçıb oyun oynamağa gedirdilər. Sonra bu məsələ Milli Məclis tərəfindən qaldırıldı. Ölçü götürüldü. Bu gün əsas vəzifəmiz yeniyetmələri, məktəblilləri virtuallıqdan azad emək, onlarla imkan daxilində canlı ünsiyyətə keçməkdir. Amma biz görürük ki, hansısa universitetdə tiktokçularla görüş keçirilib, hansısa nazirlik və ya idarə bloqerlər müsabiqəsi keçirib. Bunların hamısı Qərbin təsiridir. Qərbə inteqrasiya etmək lazımdır. Amma bu, o demək deyil ki, biz orada olan nə varsa, onu tətbiq etməliyik. Müvafiq qurumlar, Elm və Təhsil Nazirliyi bu məsələyə müdaxilə etməlidir. Məktəblərdə nə qədər intihar halları baş verir. Bir vaxtlar bullinq nə idi, bilmirdik. İndi isə əksər məktəblilər aqressiya ilə rastlaşır. Bunlardan xilas olmaq üçün əsaslı addımlar atılmalıdır. Bu kimi halların genişlənməsi, məktəblərə yol açması yolveerilməzdir”.


Ekspert məktəblərdə tərbiyə işi bağlı fikirlərini də qeyd edib:

“Hazırda qəbul etmək istəsək də, istəməsək də, məktəblərimizdə tərbiyə işi son dərəcədə ən aşağı səviyyədədir. Ancaq hazırlıq müəllimləri, repetitor tutmaqla məşğuluq. Ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik tədbirində dedi ki, tərbiyə işi ideolji məsələdir. Bunu yeni müstəviyə qaldırmaq lazımdır. Bu, cəmiyyətə yeni mesaj idi. Tərbiyə işi ilə məşğul olmaq təhsil idarəetmə orqanlarının işidir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar