Xəbər lenti
Şirindil Alışanlıya açıq məktub
Şirindil Alışanlı
Azərbaycan elminin flaqmanlarından biri,
filologiyamızın və ədəbiyyatşünaslıq elmimizin
layiqli təmsilçisi, aşılmaz ziyalılıq zirvəsində
duran qartal baxışlı, ümidləri yaşadan ər kişi,
kamil insan, əziz qardaşım professor Şirindil
Alışanlıya!
Salam, eloğlu salam, salam mənim əziz qardaşım. Eloğlu deyirəm mən mərdlərə, ərənlərə! Salam, hər vaxtın xeyir olsun!
İzn verin Sizi, əziz qardaşımı anadan olmağınızın 30+40 ilinin tamam olması münasibətilə ürəkdən təbrik edim, Sizə Ulu tanrımızdan möhkəm can sağlığı, uzun, sağlam ömür və ailə səadəti arzulayım! Ulu tanrımızdan arzum budur ki, o, Sizin ömrünüzə heç olmasa ən azı 30 il sağlam ömür müjdə etsin ki, Siz ömrünüzün müdriklik çağlarında ailəlikcə gedib Şiş ucları buludlarla döyüşən Laçın dağlarını, gül-çiçəyə bürünmüş yaylaqlarımızı, şır-şır axan çaylarımızı, durna gözlü bulaqlarımızı, bağlı-bağçalı, meyvəli meşələrimizi doyunca seyr edə biləsiniz! İnşaAllah!!!
Əziz qardaşım, diqqətinizə çatdırmaq istəyirəm ki, mən filoloq, ədəbiyyatşünas olmasam da, əsərlərinizin hamısını oxumaq imkanım olmasa da,
həmkarlarınızın, tələbələrinizin, dost-tanışlarınızın və müəllimlərinizin şəxsiyyətiniz və əsərləriniz haqqında yazdıqları və müxtəlif mətbuat orqanlarında çap etdirdikləri saysız-hesabsız məqalələri oxumaqla, özümün tanış ola bildiyim fundamental tədqiqat əsərləriniz-monoqrafiya və kitablarınızla (onların sayı 6-dır), sanballı elmi məqalələrinizlə (onların sayı 200-dən çoxdur), redaktoru olduğunuz kitablarınızla (onların sayı 50-dən çoxdur), rəhbərliyiniz və redaktorluğunuzla çap edilmiş məcmuə və antologiyalarla (onların sayı 15-ə yaxındır), elmi rəhbərlıiyinizlə müdafiə olunmuş dissertasiya işlərinin (onların sayı 10-dan çoxdur) adları ilə ətraflı tanış olan, həm də uzun illərdən bəri Sizinlə yaxından ünsiyyətdə olan, 60 ildən artıq elm sahəsində çalışan böyük elmi yaradıcılıq təcrübəsi olan elm xadimi kimi mən Sizin məşğul olduğunuz elm sahəsində və
ümumiyyətlə elm aləmində tutduğunuz yeri, bütünlükdə Azərbaycan elminə, o cümlədən ədəbiyyatşünaslıq elminə verdiyiniz töhfələri və elmi mövqeyinizi müəyyən etməkdə çətinlik çəkmədim. Bütün bunların əsasında belə bir qənaətə gəldim ki, filologiya elmləri doktoru, professor, Rusiya Estetika və Azad Sənətlər Akademiyasının üzvü Şirindil Alışanlı sözün böyük mənasında Azərbaycan elminin flaqmanlarından biri, Azərbaycanın humanitar elmləri sahəsində, xüsusilə də filologiya və ədəbiyyatşünaslıq sahəsində öz sözü, öz elmi mövqeyi, fenomenal və ensiklopedik biliyə, yaddaşa malik olan sözün əsl mənasında böyük vətəndaş- alim və şəxsiyyət və bu elm sahəsinin uzaqvuran ağır artilleriyasıdır.
Əziz qardaşım Şirindil! Sizin yazdığınız fundamental tədqiqat əsərləriniz arasında diqqətimi ən çox çəkənlərin sırasında: “Sözün estetik yaddaşı” (Bakı, “Elm”, 1994, 12,0 ç.v.), “Romantizm: münasibətlər, həqiqətlər” (Bakı, “Elm”, 2000, 11,3 ç.v.), “Ədəbi-bədii fikrin tarixliyi və müasirliyi” (Bakı, “Elm”, 2012, 25,5 ç.v.), “Sözün yaşamaq haqqı” (Bakı, 2022); Məqalələrin arasında isə: “Mənəvi sabahın sorağında” (1977), “Tənqid tarixi və müasirlik” (1984), “Milli tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət konsepsiyası” (1987), “Milliliyin və beynəlmiləlliyin dialektikası” (1984), “Sözün poetik çalarları” (1986), “Poeziya vərdiş deyil” (1986), “Zamanın tələbi və oxucu inadı” (1987), “Millilik amili” (1989), “Nəzəri fikrin yaşamaq haqqı” (2009), “Poetik sözün məntiqi” (2009) və neçə-neçə başqaları məni daha çox ovsunlaya bildi.
Əziz qardaşım! Sizin yaradıcılığınızda diqqətimi çəkən ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Siz çox böyük ürək sahibi olaraq öz müəllimlərinizə, həmkarlarınıza, şagird və tələbələrinizə çox həssaslıqla yanaşır; onların elmi yaradıcılıqlarına, əməklərinə, şəxsiyyətlərinə yüksək qiymət verir; dünyasını dəyişənləri, aramızda olmayanları unutmur və onları öz əsərlərinizdə yaşadırsınız. Bütün bunlar çoxlarından fərqli olaraq Sizdə paxıllığın, özünüsevərliyin olmadığını göstərir. Diqqətəlayiq və alqışlanmalı haldır ki, Siz Azərbaycanın böyük yazarlarının əsərlərinə, onların şəxsiyyətinə yüksək qiymət verir və bunu böyük şövqlə öz əsərlərinizdə əks etdirirsiniz. Bütün bunlar qədirbilən insanlar arasında Sizə olan sevgini daha da artırır. Sizin Səməd Vurğunun, Hüseyn Cavidin, Mir Cəlalın, Məmməd Cəfərin, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nəbi Xəzrinin və başqa görkəmli şəxsiyyətlərimizin yaradıcılıqları haqqında zaman-zaman yazdığınız sanballı əsərləriniz, məqalələriniz həm bu yaradıcı insanların əsərlərini sevərək oxuyan milyonlarla həmvətənlilərimizin, həm də onların bu gün sağ qalıb yaşayan yaxınlarının, nəvə-nəticələrinin ruhunu oxşayır, onların ümidlərini yaşadır. Sizin qələminizin məhsulu olan “N.Xəzrinin lirikasında peyzaj” (1976), “Görkəmli ədəbiyyatşünas-tənqidçi (Y.Qarayev haqqında)” (2006), “Səməd Vurğunun bədii metod konsepsiyası”. 1-ci və 2-ci məqalələr (2007), “Hüseyn Cavid sənəti və Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji inkişaf mərhələləri” (2005), “Səməd Vurğunun estetik görüşləri” (2006), “Səməd Vurğunun nəzəri, irsi və humanitar elmlərin metedeoloji məsələləri” (2006), “Mir Cəlalın nəzəri-estetik görüşləri” (2007 və 2009), “Akademik M.Cəfərin ədəbi-nəzəri görüşləri” (2009), “Yaşar Qarayev fenomeni” (2011) və sair qeyd etdiyim ümidləri yaşadan əsərlərinizdəndir. Bu yuxarıda adları çəkilən və adları çəkilməyən əsərlərinizin hər biri ayrı-ayrılıqda götürüldükdə çox mühüm elmi-nəzəri, elmi-metodoloji və elmi- mütaliə əhəmiyyəti olan fundamental tədqiqat əsərləri olub, Azərbaycan elminin tarixində əbədi qalacaqdır. Bütün bunlar çətin, gərgin və səmərəli elmi yaradıcılığınızın məhsulu olub, bütövlükdə Azərbaycan elminə, xüsusilə də Azərbaycanın filologiya və ədəbiyyatşünaslıq elminə verdiyiniz böyük və əvəzsiz töhfələrdir. Siz çox xoşbəxt elm adamısınız ki, elmi yaradıcılığınız elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və qəbul edilir. Ancaq çox təəssüflər olsun ki, uzun illərdən bəri çalışdığımız Elmlər Akademiyasının və Sizin təmsil olunduğunuz Yazıçılar Birliyinin yuxarı “mərtəbələrində” çalışan Vətən deyəndə - öz kəndlərini, Millət deyəndə isə öz qohum-əqrəbalarını, yaxın dostlarını başa düşən bəzi məmurlar Sizin əməyinizi lazımınca qiymətləndirməkdən çəkinmişlər. Onlar qorxurlar ki, Şirindil Alışanlı kimi alimlərin önə çıxması onları kölgədə qoya bilər. Ancaq onlar başa düşmək istəmirlər ki, Şirindil Alışanlı kimi ziyalıları cəmiyyətdən, onu sevən milyonlarla insanlardan gizlətmək mümkünsüzdür. Həmin məmurlar anlamaq istəmirlər ki, bu hərəkətləri ilə onlar yalnız özlərini hörmətdən salırlar. Onlar anlamaq istəmirlər ki, onların əldə etdikləri yüksək rütbələr və vəzifələr cəmiyyətin gözündə çoxdan heçə yenmişdir. Onlar yalnız özlərinə və azuqə apardıqları ailə üzvlərinə gərəklidirlər, cəmiyyətə yox!
Ulu öndərimiz Heydər Əliyev elm adamlarına, ziyalılarımıza çox həssaslıqla yanaşırdı. Çünki onun özü çox ədalətli, yüksək elmi səviyyəsi olan böyük mütəfəkkir idi. O, deyirdi ki: “Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam... Ona görə ki, elm adamları müstəsna adamlardır. Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdırlar... Bu insanlar ən yüksək hörmətə layiqdirlər... Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qadir adamlar gəlsinlər”. Atalarımız da yaxşı demişdir ki: Zər qədrini zərgər bilər! Çox təəssüflər olsun ki, uzun illərdən bəridir ki, bir çox hallarda Azərbaycan Milli Elmlər Akademiyasında bunun əksini görürük. Ayrı-ayrı illərdə ölkəmizin elm məbədgahı sayılan Elmlər Akademiyamıza rəhbərlik etmiş bəzi elmdən çox məmurluqla məşğul olmuş “alimlərin” təqsiri üzündən bu elm ocağının nüfuzu və imici xeyli azalmışdır. Həmin məmur-alimlər Akademiyada ayrı-ayrı vəzifələrə təyinatlar və Akademiyanın müxbir və həqiqi üzvlərinin (akademiklərinin) seçkiləri vaxtı bir çox hallarda kadrlara onların elmi səviyyəsi və elmi xidmətləri baxımından deyil, onları “özümüzkülərə” və “özgələrə” bölməklə yanaşmağa üstünlük vermişlər. Belə olmasaydı, AMEA-nın 2014 və 2017-ci illərdə keçirilmiş seçkilər vaxtı AMEA-nın bir çox müxbir və həqiqi üzvləri çox asan yollarla yüksək vəzifələrdə və AMEA-nın rəhbərliyində işləyən yaxın qohumlarının, yerlilərinin köməkliyi ilə kifayət qədər elmi əsərləri və hazırladıqları elmi kadrları olmadığı halda (bəziləri isə bircə nəfər belə elmi kadr hazırlamadan) AMEA-nın Nizamnaməsində müxbir və həqiqi üzvlərə qoyulan tələblərə zidd olaraq layiq oldu-olmadı 2014-cü ildə müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü (akademik) “seçilməz”, hətta, İnstitut direktorları, akademik-katib və vitse-prezident vəzifələrinə seçilməzdilər. Yaxşı yadımdadır, 1983-cü ildə bir nəfər akademik seçilərkən Akademiya şəhərciyində bağban vəzifəsində çalışan Nəsir Babayev adlı vətəndaşımız belə bir şeir də yazmışdı: “Savadsızlar akademik seçilir, elmin evi bax beləcə sökülür”. Bu şeiri o vaxtlar bilməyən yox idi. Bütün bunları bildiyi halda görəsən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, qardaşımız Baba Babayev nədən həyəcan təbili çalaraq 525-ci qəzetin 15 sentyabr 2022-ci il tarixli nömrəsində “Şirindil Alışanlı fenomeni: tənqidçi, nəzəriyyəçi, tədqiqatçı” adlı məqaləsində yazır ki: “Çox təəssüflər olsun ki, professor Şirindil Alışanlı bu gün ona Ana südü kimi halal olan Akademiyanın həqiqi üzvlüyünə layiq görülməyib. Allah rızasına bu onun halal haqqıdır”?! Görünən odur ki, həmkarımız Baba müəllim bilmir ki, prof. Şirindil Alışanlı 2017-ci ildə AMEA-na keçirilən seçkilərdə müxbir-üzvü seçkisinə qatılmış, ancaq onu müxbir üzvü seçməyiblər, ondan qat-qat aşağı səviyyədə olan bəzi arxalı “alimlər” 2014-cü ildə müxbir üzv, 2017-ci ildə isə həqiqi üzv “akademik” “seçildilər”. Bu “alimlərin” fəaliyyətsizlikləri üzündən AMEA-nın, onun həqiqi üzvləri (akademikləri) və müxbir üzvlərinin imici hazırda o qədər aşağı düşmüşdür ki, əsil elm adamları həmin akademiklərin və müxbir üzvlərinin bir çoxlarına nifrətlə baxırlar. Bizim fikrimizcə, “Arıq” elmlər doktorları, akademik, müxbir üzvü olmaqdansa, “kök” elmlər namizədi olmaq daha yaxşıdır. İndi hamı bir-birlərini yaxşı tanıyır. Saxta yollarla “akademik” və “müxbir üzvü” seçilmişləri və onlara bu şəraiti yaradanları xalqımız, elmi ictimaiyyətimiz yaxşı tanıyırlar və onlara nifrət edirlər. Prof. Şirindil Alışanlı kimi həqiqi alimlərimizin başı el içində, əsl elm adamları arasında ucadır və hamı onların əməyini yüksək qiymətləndirir. Mən fəxr edirəm ki, bu gün ölkəmizdə prof. Şirindil Alışanlı kimi böyük alimlərimiz, söz, sənət ustadlarımız var. Prof. Şirindilin böyüklüyü odur ki, onun tələbələri onu özlərinin “ustadı” adlandırırlar, onun haqqında “Şirindil Alışanlı fenomeni” adı altında məqalələr yazıb çap etdirirlər. Baxın görün prof. Şirindil Alışanovun elmi rəhbəri dünya miqyasında XX-XXI əsrin ən görkəmli alimlərindən biri sayılan məşhur estetik, ədəbiyyat və incəsənət tarixi nəzəriyyəçisi, semiotik və germenevtik, poetika, ritorika və aksiologiya ilə məşğul olan, 50 fundamental monoqrafiyanın, 600-dən çox elmi məqalənin müəllifi Yuri Borev tələbəsi Şirindil haqqında nə demişdir: “Əziz Şirindil, həyatda ömrün elə anları gəlib çatır ki, insan bir vaxtlar nəyisə öyrəndiyi tələbəsindən özü öyrənməyə başlayır. Sən indi o məqamda olan tələbələrdənsən və mən səninlə qürur duyuram”. Əhsən! Baxın görün görkəmli xalq yazıçımız Elçin Şirindil Alışanlı haqqında nə deyir: “Şirindil ədəbi prosesə şeiri duyan, onun ideya-estetik tutumunu, emosional qatlarını ümumiləşdirməyi bacaran, sosioloji təhlildən hər vəchlə yan keçməyə çalışan bir tədqiqatçı kimi gəlmişdir... Şirindili həm bir şəxsiyyət, həm də alim-tədqiqatçı kimi səciyyələndirən (və bu gün çoxlarına nümunə ola biləcək!) bir cəhətini də vurğulamaq istəyirəm: onda həm insani, həm də elmi mənada qədirbilənlik var, o, unutmur və unutdurmamaq üçün də çalışır... O, son 30 ildə çap edilmiş bir çox sanballı nəşrlərin icrası ilə məşğul olmuş professional naşirdir. Səriştəli redaktordur. İstedad, axtarış və yaradıcılıq, enerji isə həmişə Şirindillədir”. Xalq yazıçısı Anar isə deyir ki: “70-ci illərdə ədəbiyyata gələn ədəbiyyatşünaslardan ən parlağı Şirindil Alışanlıdır”. Filologiya elmləri doktoru, mərhum tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu yazırdı: “Azərbaycan filoloji fikrinin görkəmli nümayəndələrindən biri olan Şirindil Alışanlı müasir nəzəriyyəyə dərindən bələd olan və bu sahədə ən son uğurları müntəzəm şəkildə mütaliə edən və araşdırmalara tətbiq edən dəyərli ədəbiyyatşünas alimdir. O, ənənəvi filologiya ilə filologiyanın son uğurlarını əlaqələndirmək missiyasının daşıyıcılarındandır”. Müxbir üzvü, Kamran Əliyev yazırdı: “Şirindil Alışanlı gördüyü işləri şişirtməyi, qabartmağı xoşlamır. Şirindilin ən böyük nailiyyəti onun sadəliyi, saflığıdır”. Professor Məhərrəm Qasımlı deyir ki: “Şirindil Alışanlı ədəbi, elmi fəaliyyətində müstəsna xidmətləri olan alimdir. Gənclərin yerləşdirilməsində əvəzsiz xidmətləri olmuş Şirindil müəllimin xeyirxahlığı mənim elmi həyatımda çox böyük rol oynayıb. Ədəbiyyatımız, folklor, aşıq ədəbiyyatı ilə bağlı polemik söhbətlərində mən onu özümə müəllim hesab edirəm. Şirindil Alışanlının “Sözün estetik yaddaşı” kitabı onun xarakteri, həyat tərzi, ədəbi həyatı ilə yaxından səsləşir. O, konseptual düşünən alimdir. O, ədəbiyyata konseptual dəyərləndirmə baxımından yanaşır. Şirindil Alışanlı Azərbaycan filoloji fikrində örnək olan alimlərdəndir”. Filologiya elmlər namizədi, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazır ki: “Şirindil Alışanlı dünya ədəbiyyatı miqyasında Azərbaycan ədəbiyyatını tanıdan, müasir ədəbiyyatşünaslıqda, ədəbi-bədii tənqiddə fərqlənən, orijinal, özünü təsdiq etmiş, tanınmış tənqidçi-ədəbiyyatşünas alimdir”. Müxbir üzvü Tehran Əlişanoğlu deyir ki: “Şirindil Alışanlının ədəbiyyatşünas mövqeyi on illərdir ki, elmi-ədəbi mühitə məlumdur, milli ədəbiyyatşünaslığın pozitiv ənənələrinin tədricən unudulmasına qarşı həssas münasibəti də mətbuat çıxışlarından bəllidir. Onun qələmindən çıxmış sistemli tədqiqat əsərləri ədəbiyyatşünaslıq elmimizin sabahına böyük inam doğurur”. Filologiya elmlər namizədi, tədqiqatçı-ədəbiyyatşünas, tanınmış jurnalist İlham Məmmədli – “İllər öncə titullaşmış imza” (Şirindil Alışanlı – 70) adlı məqaləsində yazır ki: “Mənim fəxr elədiyim müəllimim, ustadım professor Şirindil Alışanlı elmi-ədəbi aləmdə qazandığı uğurlara, ictimai həyatdakı fəallığı, nüfuzuna və yaşadığı ömür yoluna görə böyük Azərbaycan ziyalısıdır. Şirindil Alışanlı yüksək erudisiyalı ziyalı, dərin elmi təhlil təfəkkürünə malik alim, vətəninin uğurlarını öz uğurları sayan, ağrılarını öz ağrısı hesab edən vətəndaşdır”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə “21” oktyabr 2022-ci il tarixdə “Azərbaycan” qəzetində “Elm xadimləri” rublikası altında “Nəzəriyyə ilə ədəbi tənqidin qovşağında” adlı məqaləsində yazır: “Şirindil Alışanlının əsas elmi istiqaməti ədəbiyyat nəzəriyyəsidir. O, Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmində bədii metod, o cümlədən yaradıcılıq metodunun tipologiyası, poetika, dövrləşdirmə və sair kimi problemlərin araşdırılması və nəzəri həllinə sanballı töhfələr vermişdir... Şirindil Alışanlının “Bədii metod konsepsiyasının təşəkkülü və inkişaf mərhələləri” adlanan tədqiqatı alimin Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmindəki möhürüdür. Şirindil Alışanlı “Varlığın obrazlı dərkinin ümumi prinsiplərini
müəyyən edən” bədii metodun nəzəri şərhini onun Azərbaycan ədəbiyyatındakı təşəkkülü və inkişaf mərhələləri ilə üzvi əlaqədə araşdırıb... milli məzmununu meydana qoyur və əsaslandırır... Şirindil Alışanlı ədəbiyyat nəzəriyyəsi ilə ədəbi tənqidin qovşağında olan ədəbiyyatşünasdır”.
Bütün bunlar prof. Şirindil Alışanlının elmi yaradıcılığı haqqında deyilənlərin və yazılanların çox cuzi bir qismidir. Bu deyilənləri yekunlaşdıraraq
bu qərara gəlirəm ki, mənə elə gəlir ki, üzümüzə gələn AMEA-na keçiriləcək seçkilər vaxtı 2001-ci ildə keçirilmiş seçkilərin təcrübəsindən istifadə edilməklə və prof. Şirindil Alışanlının birbaşa AMEA-nın həqiqi-üzvü (akademik) seçilməsi daha ədalətli qərar olardı. Axı, niyə də olmasın! Prof. Şirindil Alışanlı həmin ildə birbaşa akademik seçilənlərin əksəriyyətindən yüksəkdə duran alimdir, həm də əsil vətəndaş-alimdir!
Əziz qardaşım, bir daha doğum günün münasibəti ilə Sizi ürəkdən təbrik edir və Sizə möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları rzulayıram!
Dahi florensiyalı Dantenin “İlahi” komediyasında yazdığı və dahi iqtisadçı K.Marksın özünün şah əsəri “Kapital”-da istinad etdiyi Cəhənnəmin darvazasında” yazıldığı kimi elmin də darvazasında yazılmışdır ki: “Burada gərəkdir qəlbdə mətanət, Burada qorxudan alma məsləhət” və dahi Nizaminin dediyi kimi: “Qüvvət elmdədir başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.
Nəhayət: Ululardan biri dediyi kimi “Sən öz yolunla get, qoy kim nə deyir, desin”!
Böyük hörmət və ehtiramla,
Sizin ŞAHBAZ MURADOV
AMEA-nın müxbir üzvü, Əməkdar elm
xadimi, İqtisad elmləri doktoru, professor
26 noyabr 2022
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar