Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sinifdə 30-40 şagird varsa, hansı keyfiyyətdən danışmaq OLAR?

Tarix: 23-12-2022 11:16     Baxış: 4398 A- / A+


Sinifdə 30-40 şagird varsa, hansı keyfiyyətdən danışmaq OLAR?
Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin siniflərdə şagird sayının çox və ya az olmasının təhsilin keyfiyyətinə təsir etməməsilə bağlı fikirləri sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevirilib.
Valideynlər və müəllimlər əksini iddia edirlər. Valideynlər say çoxluğu səbəbindən uşaqlarından mütəmadi dərs soruşulmadığını, müəllimlər isə buna vaxt qalmadığını deyirlər. Onlar bildirirlər ki, şagird çox olan sinifdə sadəcə proqram yerinə yetirilir, keyfiyyətli bilik aşılamaq mümkün deyil.
 
Manevr.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nazirin bəzi fikirləri ilə razılaşmalıyıq:
 
“Hər şeydən əvvəl onu deyim ki, Emin Əmrullayevin açıqlaması heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Baxmayaraq ki, nazirin bu məsələ ilə bağlı öz arqumentləri var. Bununla belə istəsək də, istəməsək də, nazirlə bir məsələdə razılaşmalıyıq ki, əgər müəllim keçdiyi dərsi bilmirsə, istər 10, istərsə də 30 şagirdə dərs desin, nəticə olmayacaq. Bunları nəzərə almaq lazımdır. Sinqapur, Cənubi Koreya kimi ölkələri bir kənara qoysaq, bu məsələdə bizdə olan fərqlilik göz önündədir. Heç də əbəs yerə deyil ki, təhsil qanunvericiliyimizdə siniflərin 20 şagirddən ibarət komplektləşdirilməsi nəzərdə tutulub. Hələ ayrı-ayrı fənlər üzrə siniflərin iki yarım qrupa bölünməsi bir yana. Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarının 5-ci maddəsində deyilir: "Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.
 

 
Ekspert özəl məktəb və liseylərdə şagird sıxlığından da danışıb. Onun fikrincə, özəl məktəb və liseylərdə şagirdlərin sayı daha azdır:
 
“Qanunvericiliyi bir kənara qoysaq, belə bir sual ortaya çıxa bilər ki, əgər, sıxlığın təhsilin keyfiyyətinə  təsiri yoxdursa, onda nəyə görə əsasən də özəl lisey və gimnaziyalarda təhsilin keyfiyyəti daha yüksəkdir. Çünki, onlarda siniflər dövlət məktəblərindən fərqli olaraq 30-40 şagirddən deyil, ən çoxu 12-15 şagirddən komplektləşdirilir. Yaxud nə üçün valideynlərin böyük əksəriyyəti maddi vəziyyətindən asılı olmayaraq, boğazından kəsib, övladlarını repetitor yanına, müxtəlif hazırlıq kurslarına göndərirlər? Çünki, repetitorlar və kurslarda hazırlıq keçənlər uşaqlarla böyük qrup halında deyil, fərdi qaydada məşğul olurlar. Əlbəttə, bütün bunlar maliyyə ilə əlaqədar, bizə məlum olan və məlum olmayan digər səbəblərlə bağlı məsələlərdir. Sıxlıq bütün respublika üçün xarakterik olmasa da, Bakı və digər böyük şəhərlərin məktəbləri üçün hələ ki, problem olaraq qalır. Bu isə valideynlərə məktəb seçməkdə bir sıra problemlər yaradır, baxmayaraq ki, son illər xeyli sayda yeni məktəblər tikilib, əlavə tədris korpusları istifadəyə verilib. Problem hələ də qalamqdadır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar