Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…?

Tarix: 14-12-2022 19:48     Baxış: 4391 A- / A+
Yazılı və elektron mediada yayılan məlumatlara əsasən dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək. Dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Digər mənbəədə “Milli Məclisdə müəllimlərin sertifikasiyası ilə bağlı dinləmə keçiriləcək.” Yəni, “Sertifikasiya”, “sertifikatlaşma”, “sertifikatlaşdırma”, “sertifikatlaşdırılma”- Bunlardan hansı biri…? Bu vaxta qədər “attestasiyası”, “diaqnostikası”, “akkreditasiyası”, “nostrifikasiyası” demişiksə, elə “sertifikasiyası” deməklə davam etməyimiz daha düzgün olmazdımı...?

Manevr.az
xəbər verir ki, bu fikirləri tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşıb və sual edir ki, niyə digər qaydalarda əcnəbi terminlər orjinalda olduğu kimi saxlanılır, sertifikasiya “milliləşdirilərək sertifikatlaşdırılır...?” Elə isə, “İkili ixtisası olan müəllimlərin sertifikasiyasının hansı formada aparılacağına aydınlıq gətirilib”, “Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur” və s. bu kimi ifadələrin işlədilməsi nə deməkdir?

Bir də ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə”, «Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları»,  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" olduğu halda, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” – “sertifikatlaşdırma qaydası” niyə olmalıdır ki..?

Yeri gəlmişkən, kütləvi mənbələrə əsasən  attestasiya (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq) Başqa sözlə, bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir. Sertifikasiya isə  (lat. certum – doğru + lat. Facere – etmək) sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər.

Nəsə, biz nisbətən mürəkkəb attestasiyanı deyil, daha rahat ukraynanın sertifikasiya modelini seçdik. Sözüm onda deyil. Deməyim odur ki, dekabrın 15-də Milli Məclisdə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə  “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçiriləcək ictimai dinləmədə yəqin ki, “sertifikatlaşdırılma” məsələsinə də müəyyən aydılıq gətirilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar