Xəbər lenti
Nadir İsrafilov: ”Ən yadda qalan günlərim – məktəb illəri ilə bağlıdır...”
Nadir İsrafilov
Biz məktəbə məktəb keçmək üçün gedirdik, instituta girmək üçün yox...
Biz məktəbə məktəb keçmək üçün gedirdik, instituta girmək üçün yox... Valideynlərimiz də bizi məkəbə yollayarkən, qarşımıza hər hansı bir məqsədli tələb qoymazdı. Məktəbə hazırlığımız o zamanlar əksəriyyət üçün əlçatan olan uşaq bağçalarında aldığımız ətraf mühit barədə olan ilkin anlayışlar və dərs ilinin başlanmasına bir neçə ay qalmış valideynlərimiz tərəfindən alınan dərsliklər olardı. Uşaqlıq illərimizin ən mənalı illərini keçirdiyimiz bağça dövrünün başa çatması ərəfəsində böyük səbirsizliklə məktəbə qədəm qoyacağımız ilk günü gözləyərdik. Həsrətimizi sovuşdurmaq üçün gündə ən az iki, üç dəfə həmin dərslikləri açıb vərəqləyər, orda olan əlvan şəkillərin altındakı yazıları hecalayardıq. Bəzən, anamızın dəfələrlə “gəl çörəyini ye, sonra baxarsan” qışqırtısını belə eşitməz olardıq.
Ali məktəb ideyası yalnız orta məktəb təhsilinin son siniflərində başımıza girərdi. Bunun üçün isə ən çox sevdiyimiz fənn və bu fənn üzrə ən dərindən mənimsədiyimiz bilikləri təkrarlamaq bizə kifayət edərdi. Sevdiyimiz fənni sevməyimizi, bizə bizim ən çox sevdiyimiz müəllim sevdirərdi. Bizim “repetitorumuz” isə sevdiyimiz fənn üzrə təşkil olunan, fakultativ adlandırılan əlavə dərs məşğələləri olardı. Həmin məşğələlərə dərsdən də artıq önəm verərdik. Bir çox məzunların ali məktəbə daxil olmasında bu məşğələlər əslində hazırki hazırlıq kurslarının bir növ əvəzedicisi rolunu oynayırdı.
Bizim buraxılış imtahanlarımızın bələdçisi isə mart ayından satışa buraxılan 3 qəpiklik imtahan biletləri və 30 qəpiyə satılan ali məktəbə qəbul məcmuəsi idi. Həmin biletlər üzrə hazırlaşarkən artıq qabaqcadan bilirdik ki, nəyi bilirik nəyi bilmirik. Hətta biletlərə əsasən hazırlıq səviyyəmizdən asılı olaraq hansı fəndən neçə qiymət ala biləcəyimizi də proqnozlaşdırırdıq. Proqnozlarımız təsadüfi hallarda özünü doğrultmaya bilərdi. Çinki, orta məktəbdə bizə nə öyrədilirdisə, ali məktəbə qəbulda da o tələb olunurdu. Öyrəndiklərimizi yaddaşımızda saxlamaq üçün biletlər üzrə konkret fakt və rəqəmləri teziz şəklind çib dəftərində konspektləşdirirdik. Gəzinti və digər asudə vaxtlarımızda bloknot adlandırılan kiçik çib dəftərini çıxarıb, hafizəmizi təzələyirdik.
Dərslik etalon sayılırdı. Çox vaxt mübahisəli məsələlərdən söhbət düşəndə dərhal dərsliklərə istinad edərdik. Dərsliklərə düşməyən yeniliklərlə bağlı materialları qazet və jurnallardan oxuyar, radio və televiziya verilişlərindən öyrənərdik. Bir də ki, “dərsin müasir həyatla əlaqələndirilməsi” deyilən metoda müəllimlər son dərəcə ciddi yanaşırdılar. Ayrı-ayrı fənlər üzrə dərslərdə tədris proqramı ilə nəzərdə tutulan hələki dərsliklərə yol tapmayan istənilən faktlar, hadisə və təzahürlər ilk növbədə müasir həyatla əlaqələndirilirdi və əsaslandırılırdı.
O vaxtlar ali məktəbə qəbul olunmamaq indiki kimi problem sayılmazdı. Hər kəs öz bilik səviyyəsinə uyğun seçim edərdi. Lazımi biliyə güvəni olmayanlar, texniki-peşə məktəblərinə və texnikum adlanan orta-ixtisas təhsili müəssisələrinə üz tutub, təhsillərini davam etdirərdilər. Ali məktəbə qəbul olmaq arzusuna qovuşmayanlara isə valideyn təsəllisi ondan ibarət olardı ki, “dünya dağılmadı ki, bu il qəbul olunmamısan, gələn il qəbul olarsan, sənin tayların arasında hələ heç məktəbi bitürməyənlər var.” O vaxtlar təkrar sinifdə qalan “iki illiklər” və “üçilliklər” də az deyildi. Təsəllidən ümidlənən uğursuz nəticə göstərənlər ikinci, üçüncü cəhddən sonra ali məktəblərə qəbul olunurdular. İstehsalata gedənlər üçün isə istehsalatdan ayrılmadan ali təhsil almaq imkanlarını reallaşdırmaq üçün geniş axşam və qiyabi təhsil şəbəkəsi mövcud idi.
Biz stress, bullinq, aqressiya, depressiya, özünəqapanma və digər bu kimi emosional hisslərinin nə olduğunu bilməzdik. Ən böyük qayğımız böyük tənəffüsdə məktəb bufetindən bulka və ya limonad almaq üçün valideynlərimizin bizə verdiyi 20-30 qəpiyə necə qənaət edib, onu kitab almağa sərf etmək və valideyn iclaslarında bizim barədə nə deyiləcəyinə dözümlülük göstərmək idi. Məktəb vaxtı dərnək məşğələlərində, yay tətili vaxtı isə pioner düşərgəsi adlanan istirahət mərkəzlərində bütün qayğılardan azad olardıq. Kimi özfəaliyytdə, kimi dramda, kimi bədii qiraətdə özünü sınayardı. Məktəb bizə təkcə bilik baçarıq və vərdişlər aşılamadı, həm də asudə vaxtımızın səmərəli təşkilinin təminatçısına, sağlamlığımızın qarantına çevrildi.
Çünki, təhsilin hər pilləsinin öz çərçivəsi var idi. Ardıcılıq və varislik prinsipi gözlənilirdi. Heç bir pillə digərini əvəzləmir və onu qabaqlamırdı. “Əxlaq kodeksi” və “Davranış qaydaları” məktəbin əsas atributları sayılır və məktəbin foyesinin hər iki sütununa bərkidilirdi. Əxlaqdan yarımillik qiymət verilməsi hər kəsin məsuliyyətini birə - beş artırırdı. Biz belə böyüdük, ərsəyə yetdik, müəyyən peşə və nüfuz sahibi olduq. Düz etdik, səhv etdik, hər halda nəsə etdik. Bir mahnıda xatırlandığı kimi, “Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sevimli günləri.”
Bu illər ərzində itirdiklərimiz və qazandıqlarımız nədir? Sualın cavabının məğzi də elə məhz budur!

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar