Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Təhsil bir sistem olaraq oturuşmalıdır...”

Tarix: 10-11-2022 16:48     Baxış: 3503 A- / A+
Nadir İsrafilov



“Bəlkə də təhsilimizin daha sürətli,  davamlı və dayanıqlı inkişafana mane olan əsas səbəblərdən biri elə təhsilimizlə bağlı qayda və qanunları tez-tez dəyişməklə təhsil  sistemimizi oturuşmağa qoymamağımızdır.”
 
 
Hər şeydən əvvəl onu qeyd edim ki, təhsillə bağlı gündəmə gətirilən elə bir məsələ yoxdur ki, hamı tərəfindən birmənalı qarşılansın, müzakirə,  mübahisə predmetinə çevrilməsin, polemikalara səbəb olmasın, özünə müəyyən sayda tərəfdar və əleyhdar tapmasın. Bu da təbiidir. Çünki, qaldırılan istənilən konkret məsələdə maraqlı tərəflərin hər birinin öz fərdi düşüncəsi, şəxsi maraq dairəsi və özünə məxsus yanaşma tərzi var. Bu mənada tənəffüslərin vaxtının artırılması ilə bağlı məsələdə də tənəffüs müddətinin azlığından giley-güzar edənlərin, bununla bağlı dünya təcrübəsinə istinad edənlərin olacağı istisna olunmur.
 
O ki, qaldı mənim subyektiv mövqeyimə, ilk növbədə özümüzə sual verməliyik ki, bu əlavə iki və ya 5 dəqiqələrdən yığılan əlavə 10-15 dəqiqələr bizə nə verəcək?  Yox, əgər tənəffüs vaxtlarının müddətini  məktəb direktorları müəyyən edəcəksə, onda ümumi təhsilin yuxarı ali idarəetmə orqanının təlimatları, qaydaları tövsiyələri nəyə xidmət edir?  Bir yandan növbəti dərs ilindən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcəyi ilə bağlı standartlar müəyyənləşdiririk, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələri hazırlayırıq, digər tərəfdən uzun illərdən bəri oturuşmuş standartları dəyişdirmək fikrinə düşürük.
 
Mən məktəb direktorlarına müəyyən səlahiyyətlər verilməsinin əleyhinə deyiləm, əksinə onların səlahiyyətlərinin daha da artırılmasının tərəfdarıyam. Bununla belə bu məsələdə hər hansı bir zərurətə eytiyac görmürəm. Tənəffüs vaxtının müddəti ilə bağlı hər hansı bir kütləvi narazılıq və şikayətə də rast gəlməmişəm. Bizim təhsilimizin uzun illərdən bəri yığılmış və təhsilin keyfiyyətini şərtləndirən amillər, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurətinin yaranması ilə əlaqədar həllini gözləyən xeyli problemləri var. 
 
Məsələn, götürək elə kurikulumları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, təhsil alanlarla təhsil verənlər üçün xeyli  əlavə problemlər yaratdı. Əsas diqqəti  bu kimi həlli vacib məsələlərə yönəltməliyik. Nazirin də son beynəlxalq tədbirdə çıxışı zamanı qeyd etdiyi kimi kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik.
 
Bəlkə də təhsilimizin daha sürətli,  davamlı və dayanıqlı inkişafana mane olan əsas səbəblərdən biri elə təhsilimizlə bağlı qayda və qanunları tez-tez dəyişməklə təhsil  sistemimizi oturuşmağa qoymamağımızdır. Təhsil sistemi oturuşmalıdır. 5, 10 dəqiqəlik  kiçik və böyük tənəffüslər məktəbin oturuşmuş elementlərindən biridir. Hansısa məktəbin tənəffüs müddətini uzatması,  digər məktəbin valideynlərində, şagird və müəllim kolektivində narazılıq xarakterli sual doğuracaq ki, niyə filan məktəbdə tənəffüs müddəti uzadılıb, bizdə yox? O da danılmaz faktdır ki, məktəblərdə baş verən bir çox xoşagəlməz halların baş verməsi əsasən tənəffüs vaxtlarına təsadüf edir.  Çoxlarımız bir müddət əvvəl məktəblərimizin birində məhz tənəffüs vaxtı bir şagirdin digər şagirdi vəhşicəsinə döyməsinin şahidiyik. Bəlkə də tənəffüs bir az  da uzansaydı, həmin şagird yarımcan olacaqdı.
Bir də ki, elə məktəblərimiz var ki, hərənin tənəffüs zəngləri bir hava çalır. Elə məktəblərimiz də vr ki, zəngləri hələ də dəmirlə çalınır. Bu barədə düşünməliyik. Məktəblərə isə hansı səlahiyyətlərin verilməsi tamam başqa söhbətin mövzusudur. İşdir əgər, tənəffüs vaxtının artırılmasında israr edənlərin say etibarı ilə  artımı müşahidə olunarsa, bunu bir neçə məktəbdə pilot şəklində sınaqdan keçirib, nəticəyönümlü müvafiq qərar qəbul etmək olar. Ən yaxşı halda isə, məsləhət bilinən artımı böyük tənəffüsə əlavə etmək daha məqsədəuyğun hesab edilə bilər.  Bunun üçün isə ilk olaraq bütün məktəblərdə dərslərin bir növbəli olması  təmin olunmalıdır ki, ikinci növbədəkilər evə vaxtında gələ bilsinlər.  Bir də ki,  digər fəsadlar hələ bir yana, Nazirin də xüsusi olaraq vurğuladığı kimi “Tənəffüsləri 5 dəqiqə artırdığımız zaman qidalanma problemi yaşanacaq. Yəni, uşaqlar səhər saat 8-də yemək yeyib məktəbə gəlir, günortaya kimi dərsi yekunlaşdırıb nahar üçün  evə getməlidir.” Tənəffüs müddətinin artırılması hələ ki, o qədər də real görünmür və buna ehtiyac da duyulmur.
 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar