Xəbər lenti
Nadir İsrafilov: “Nazirin son açıqlaması kurikulumlara olan ümidi artırır”
"Elmlə bağlı savadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq. Bizim şagirdlərimiz elmi savadlılığa malik olmalı və bu səpkidə dəyişiklər baş verməlidir." Bunu elm və təhsil naziri Emin Əmrullayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Nazir bildirib ki, yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik.
Neçə illər idi ki, “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik, ancaq bu istiqamətdə konkret addımlar atmağa tələsmirdik. İdarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin aparılması, yəni Elm və Təhsil Nazirliyinin yaradılması da məhz bu zərurətdən irəli gəlirdi. Nəhayət problem həll olunub. Nazirin Beynəlxalq tədbirdəki son açıqlaması bu sahədə olan boşluqların aradan qaldırılmasına, xüsusilə də kurikulumların təkmilləşdirilməsinə olan ümidi artırır.”
Manevr.az bildirr ki, bunu AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov nazirin yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik barədə fikirlərinə münasibət bildirərkən deyib.
Tanınmış ekspertin qənaətinə görə, bəlkə də təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edilən, tətbiqindən artıq xeyli müddət keçməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda davam edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi.
Kurrikulum əsasında hazırlanmış dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Halbuki, cəmiyyət kurikulum ideyasının tətbiqinə hazır deyildi. Bu ideyaya doğru birdən-birə yox, addım-addım getmək, onu təhsilalan və təhsilverənin şüuruna tədricən yeritmək lazım idi.
Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olardı. Onu da deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum idi, çünki mövcud reallığa söykənmirdi.
Nəhayət bir müddət keçməmiş, bütün bunların fonunda ən yüksək dərəcəli rəsmilər tərəfindən etiraf olundu ki, “Spesifik misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurrikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə "yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır.”
Ümid edək ki, kurikulumlarla bağlı təkmilləşdirmə və yeniləşdirmə işlərinə başlanması, nəticəyönümlülük prinsipi gözlənilməklə müəllim və şagirdlərin ağır yükünün yüngülləşdirilməsi prosesi o qədər də uzun çəkməz...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar