Xəbər lenti
Gələcək elmlə gələcək - Şahlar Əsgərov
Prof. Şahlar Əsgərov
əməkdar elm xadimi,
YAP veteranlar Şurasının üzvü
Ulu öndər Heydər Əliyevin fəlsəfi fikirlərini, fəaliyyətini 1990 –ci ildən diqqətlə izləyirəm. Onun sehrinə düşdüyüm ilk fikri “Yol- iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır” olmuşdur. Bu aforizm hələ sovetlər zamanında Şamaxı-İsmaillı yol ayrıcını bəzəyirdi.
Heydər Əliyevin ömürü tarixi hadisələrlə zəngindir. Doğumunun 99-cu ilində onun keçdiyi həyat yoluna nəzər salıb fəlsəfi olaraq qısaca belə ifadə edərdim:
“Hər bir böyük şəxsiyyət kimi Heydər Əliyev gündə 10-larla siyasi, ictimai, iqtisadi, sosial hadisə və proseslərin içərisindən keçib. Bu bir ildə 3min, on ildə 30 min, ömür boyi təqribən 300 min proses və hadisə edər. Heydər Əliyev dahiliyi ondadır ki, o, bu proseslərin hamısından subyekt kimi, idarə edən tətəf kimi keçmişdir.Heç zaman idadə olunan,obyekt olmamışdı. Bu hadisələr bir yerə yığsaq görərik ki, bu bir insan ömrünə sığmaz. Heydər Əliyev zamana sığmayan dahidir”.
Həzrəti Peyğəmbərimizin “dəyərli sözlər müsəlmanın itmiş malıdır, harda görsə götürsün” – məsləhətini əsas tutaraq prof.S.Xəlilovla ulu öndərin fəlsəfi fikirlərini toplayıb bir neçə kitab halında (“Müstəqillik yolu”, “Aforizmlər”) çap etdirmişik.
Heydər Əliyevin 80 illiyinə həsr etdiyim “Təhsilimiz dünən, bu gün və sabah” (Bakı,2003) kitabı təhsil problemlər ilə bağlı onun fikirləri, kəlamları ilə zəngindir. Doğumunun 99-cu ilində onun elm haqqda düşüncələrini, dəyərli kəlamlarını oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Əvvala, qeyd edim ki, elmin cəmiyyətimizdə əhəmiyyətini dahi Nizami Gəmcəvi min illər öncə belə dəyərləndirmişdi:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bu dünyagörüş bu gün də qüvvədədir. Bu gün də cəmiyyətimiz üçün elm aktualdır. Heydər Əliyevin irsində elmin strukturu, dövləti əhəmiyyəti ilə bağlı dəyərli fikirlər çoxdur:
Azərbaycan Milli Akademiyası respublikamızın dövlət müstəqilliyinə xidmət eləməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rolunu oynamalıdır.
Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və qabaqda gedənlərin səviyyəsində olaq.
XX əsrin əvvəlindən Azərbaycanda elmin inkişafı yeni vüsət alıbdır. Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk universitet yaranıbdır. Bu universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur.
Bu kəlamlar Heydər Əliyevin elmə ciddi münasibəti aydın göstərir. Məlumdur ki, təhsildə nəticələri çoxlu insanlar (müəlimlər) tərəfindən əldə edilir, elmdə isə nəticələr alimlər (fərdlər) tərəfindən əldə edilir. Kütlə şer, musiqi yaza bilməz. Çünki, kütlə ideya sahibi deyil. Xalq ancaq mühit yaradaraq ya ideyanı ya yaşadar, ya da yaşatmaz. Xalq torpaq kimidir, əkməsən taxıl bitirməz. Yaradıcılıq və ya ideya fərdə məxsusdur. Ömər Eldarovun əlindən çəkicin alıb kütləyə, topluma versən, Ömər Eldarovun etdiyini edə bilməzlər. Elm də belədir. Elmi məhsulu alimlər istehsal edə bilərlər. Elmin inkişafında kütlənin rolu az, kütlənin firavan yaşamasında isə elmin rolu çox böyükdür. Kiməsə fəxri adlar, diplomlar verməklə elmi inkişaf etdirmək olmaz. Elmi fərdlər -alimlər inkişaf etdirə bilər. Akademik Y.Xaritona görə, elm ordu deyil, alim sayını artırmaqla elmi inkişaf etdirmək olmaz.
Bu günün tələbindən çıxış edərək, qeyd etmək lazımdır ki, elmdə strukur islahata ehtiyac böyükdür. Postsovet məkanında Elmlər Akademiyaları universitetlərlə inteqrasiya olub. Başqa sözlə, Təhsil Nazirliyi ilə Elmlər Akademiyası bir çox sahələrdə birləşdirilir və Elm və Təhsil Nazirliyi yaradılır. Bu mümkün yoldur, ancaq perespektivsizdir. Çünki elm və təhsil çox fəqli sosial hadisədir. Birlikdə fəaliyyət az perespeklivlidir. Rus tarixçisi V.O. Klyuçevski hesab edir ki, “elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur”. Riçard Feyman da hesab edir ki, elm – sağlam düşüncə deməkdir.
Ulu öndər Heydər Əliyevin 80 illiyinə həsr etdiyim kitabımda elm və təhsil hadisələrinin fərqli olduğunu belə ifadə etmişdim:
“Təhsil - biliklərin gənc nəslə ötürülməsidir. Elm- yeni biliklərin əldə edilməsidir. Elm haqqın, gerçəkliyin, həqiqətin axtarışı zamanı alimin əldə etdiyi yeni biliklərdir. Bilik - tarixi təcrübə ilə təsdiqlənən elmi nəticələr toplumudur. Elmi nəticə kütləviləşəndə biliyə çevrilir. Elmdə yenilik əldə etmək asan, təhsildə yenilik etmək çətindir. Elmdə alim tədqiqatın subyektidir. Təhsildə təhsilalan hadisənin obyektidir. Elmdə nəticələr aylar və illər ərzində əldə edilə bilər. Bu səbəbdən də kvazielmi nəticələr çox vaxt hay-küy qaldırır (neft boy maddəsi, uçan boşqablar, otaq temperaturunda ifrat keçiricilik, nanoelektronika və b.k.), ancaq tez ifşa olunur. Təhsil müqəddəs sahədir, fundamental sosial institutdur, elm qeyri fundamental sahədir”. Elmə dəqiq və aydın xarakteristikaları və parametrləri olan proses kimi baxmaq lazımdır.
Ancaq başqa yol da var. İqtisadiyyatı inkişaf etdirən güclərini hamısı bir istiqamətə yönəltsələr, elmə xərclənən pul artıqlaması ilə geri qayıdar. Əgər ölkədə “Elm, Texnologiya və Sənaye” nazirliyi yaradılarsa (Türkiyəyə anoloji), elm iqtisadiyyatı inkişaf etdirə bilər. Alimlərin aldığı elmi nəticələrin bir qismi texnoloqlar tərəfindən reseptlərə çevrilə bilər, şirkətlər və sənayeçilər isə həmin reseptlərin əsasında elm tutumlu məhsul istehsal edə bilərlər. Hesab edirəm ki, bizdə Elm, Texnologiya və Sənayenin bir qurumda birləşməsində hikmət böyükdür. Misal üçün, neft elmi, neft texnologiyası və sənaye ilə bir yerdə olarsa, keyfiyyətli benzini xaricdən almarıq.
Zamanında böyük Nizami:“alimdir gözümdə ən böyük insan” - demişdi. Dahi Heydər Əliyev də cəmiyyətdə alimin yeri xüsusidir deyir:
Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünə məxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirləri tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar sırasında alimlər xüsusi yer tutur.
Süal olunur:Cəmiyyətdə alimin yeri haradadır?
İnkişaf zəncirinini xatırlayaq: təhsil elmi inkişaf etdirir, elm texnologiyanı, texnologiya sənayeni, sənaye isə iqtisadiyyatı. İqtisadiyyatı yüksək dövlətlərdə insanlar rahat yaşayırlar. İnkişaf zəncirinində elmə qədər gedə bilirik. Elmi məqalələr yazırıq, mötəbər jurnallarda çap etdiririk, xaricdə monoqrafiya çap edə bilirik. İstinadlara nail oluruq. Ancaq elmi sənaye məhsulu yarada bilmirik. Bu səbəbdən də elmə xərclənən pul geri qayıtmır və nəticədə elmi tutumlu məhsul istehsal edə bilmirik. İşin arzu olunmaz cəhəti ondan ibarətdir ki, bizim elmi nəticələr, dost olmayan dövlətlərin texnoloqları istifadə edilirlər. Elm dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün işlədiyinin fərqində olmurlar. Əminliklə demək olar ki, ikinci dünya dövlətlərinin elmə xərclədiyi pulun xeyrini də Qərb dövlətləri götürürlər. Biz isə bunu tətbiq sayaraq qürrələnirik! Nəticədə, cəmiyyətdə elmə, alimə qarşı pozitiv münasibətlər get-gedə azalır. AMEA o elm sahələrini, istiqamətləri aktual saymalıdır ki, onlar özümüzdə tətbiq tapa bilərlər.
Əsas süal: alim kimdir?
Alim kamilliyin vitrinidir. Alim danışığından, davranışından, dürüstlüyündən, geyimindən, söhbətinin məzmunundan, dünya malına tamahından tanınır. Günün tələblərindən çıxış etsək, suala belə cavab vermək olar:
Bütün gün özünü elmə həsr edən adam - alimdir.
Bütün gün, 8 saat yox. Ölkədə belə alimlərin sayı, diplomlu alimlərin sayından təqribən 4-5 dəfə azdır. Kvazi və ya psevdaalimlər həqiqi alimlərdən dəfələrlə çoxdur. Bu səbəbdəndə elmin idarəetmə sükanlar həqiqi alimlərin yox, kvazialimlərin əlindədir. Bu qüsurla mübarizə aparmaq lazımdır. Ancaq belə olanda gənclər elmin dalınca gedər, təhsildə, elmdə keyfiyyət yüksələr, cəmiyyət kamilləşir. Elm tutumlu məhsul istehsalı artar. Beyin axını da baş verməz. Xaricdə təhsil alan gənclər ölkəyə qayıdar. Bunun üçün alimə şərait yaradılmalı və əməyi düzgün dəyərləndirilməlidir.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Alim əməyini məmur əməyindən fərqləndirmək lazımdır. Məmur o kəsdir ki, hər iş günündə müəyyən müddət (təqribən 8 saat) işlədiyi müəsisədə çalışır. Alim o kəsdir ki, gün ərzində 24 saat elmlə məşğul olur. Yuxuda da, dənizdə ciməndə də, istirahət edəndə də elm haqqda düşünür. Alimlə məmurun fərqi nəzərə alınmayanda talantlı alimlər o ölkələrə gedirlər ki, orada onların əməyi düzgün qiymətləndirilir.
Alim və məmur əməyi arasında belə bir münasibət yaratmaq olar:
A = M ( 24/t )
Burada, A və M -uyğun olaraq alimin və məmurun əmək haqqını, t – isə saatla gündəlik iş müddətini göstərir.
Əgər bir ölkədə məmur 1000 $ maaş alırsa, onda həmin ölkədə alum üç qat (24/8) çox, yəni 3000 $ maaş almalıdır. Belə olanda beyin axını baş verməz, xaricdə təhsil alan tələbələr vətənə dönər.
Cəmiyyətimiz alimə layiq olduğu qiyməti verə bilirmi?
Büdcədən elmə ayrılan vəsaitə baxsaq, suala mənfi cavab alarıq. Amma qiymətləndirməni düzgün və elmi aparsaq, hər birimizin aylıq maaşımızda alim əməyinin payı böyük olduğunu görərik.
Bu günlərdə AMEA sabiq prezidenti akademik Akif Əlizadədən soruşdum: büdcədən elmə ayrılan vəsait ÜDM –un 1% qədər varmı? Dedi: yox,1% -in 0,2 qədəridir.
Cavabın belə olacağını təqribən bilirdim, çünki özüm də çoxlu sorğular aparmışdım. Soruşmuşdum ki, bizim aldığımız aylıq əmək haqqıda alim əməyi neçə % oturur? Cavab elmin xeyrinə olmamışdı. Bu sahəyə baxan məmurlar ulu ondərin çox aydın və uzaqgörən məsləhətini yaddan çıxarmamalıdırlar:
Ötən dövrdə Elmlər Akademiyasının çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Hansı iqtisadiyyat olursa - olsun, elm inkişaf etməlidir.
Cəmiyyətin gerizəkalılığı narahatçılıq doğrur. Dövlətin illik büdcəsini tərtib edənlər, büdcəni parlamentdə təsdiq edənlər aldığ aylıq əmək haqqında alimin, elmin töhvəsini görə bilmirlər. Ancaq üst qatı görürlər, alt qatı görmürlər. Qeyd edim ki, hər kəsin aldığı əmək haqqında alim əməyinin payı 70% -dən (!) çoxdur. Bunu görmək üçün alt qata baxmaq lazımdır.
Əgər keçən əsrin 50 illərində, bizim neftçi alimlərimiz, Xəzərdə nefti kəşf etməsəydilər, “Neft daşları”-nı salınmasaydılar, 1994 –cü ildə ulu öndər “Əsrin müqaviləsi”-ni bağlanmasaydı, Bakı- Tibilisi- Ceyhan kəməri ilə neft Qərbə daşınmasaydı, nazirlərimiz və ya parlament üzvüləri, üzüm-pambıq ticarət ilə yeksək maaşı təmin edə bilərdimi, bizi əmək haqqı və təqaüdlə təmin edə bilərdilərmi?
Görünəni görüb alovlu çıxış edənlərə yox, dərin qatlarda görünməyənləri görənlərə arxalanmaq lazımdır. İndi özünüzə sual verin, ulu öndər Heydər Əliyev niyə Xoşbəxt Yusifzadəni (və onun kimiləri) çox istəyirdi? Alimə hörmət etmək lazımdır, onların əməyi düz qiymətləndirmək lazımdır. Elmin, alimin bər-bəzəyə ehtiyacı yoxdur.
Bir az da daha dərin qatlara nəzər salaq. Qarabaq probleminin həllində alim əməyinin rolu varmı?
Əlbəttə, var. Azərbaycan Ordusu dünyanın güclü ordularından biridir. Əgər neft Bakı- Tibilisi- Ceyhan kəməri ilə Qərbə axmasaydı müasir silahları almaq olmazdı. Belə silahlar olmasaydı 44 günə Şanlı Qələbəni qazanmaq olardımı?
“Bayraktar” kimi PUA-lar da elmi məhsuldur, alim əməyinin nəticəsidir. Keçmişə nəzər salaq. Ulu babalarımız Altaydan Şərqi Avropaya kimi at belində getdilər və torpağın potensialından uğurla istifadə etdilər. Gəmilər vasitəsi ilə suyun potensialından istifadə edərək Konistantinopolu götürdülər. Kosmosun potensialından istifadə etmək üçün nə at, nə də gəmi yaramaz. Atla, gəmi ilə kosmosa getmək olmaz. Ora elmlə getmək olar. Burada alim əməyi lazımdır. Alim əməyi PUA-ları yaratdı və bizi bəşəri proseslərin subyektinə çevirdı.
Burada başqa bir incə məqam da var. Beləki, AR Prezidenti İlham Əliyev ulu öndərin ideyalarına sadiqliyini belə ifadə edir:
Həyat yerində durmur, qarşımıza yeni tələblər qoyur. Amma prinsipal istiqamət, ideoloji istiqamət dəyişməz qalır. Bu Heydər Əliyevin fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır. Biz hamımız ona sadiqik.
Heydər Əliyev irsini yaxşı mənimsəyəndə hər bir problem öz həllini asan tapar.
44 günlük QƏLƏBƏ 44 günə sığmır. Heç 444 günə də sığmaz. Bu sirli bir qələdədir. Bu sirli ancaq Ali Baş Komandan İlham Əliyev bilir. Ona görə demişdi: «nəyi nə vaxt etməyi hamıdan mən yaxşı bilirəm». Burada bir incə məqamı da qeyd etməyə dəyər. Məlumdur ki, Ali Baş Komandan bir neçə xarici dili mükəmməl bilir. Ancaq o bir dil də bilir ki, onu özündən başq bir kimsə bilmir. O da V.Putinin dilidir.
Azərbaycanın dünyada tutduğu bu günkü geosiyasi mövqeyi bilmək üçün son 100 ildə hardan hara gəldiyimizə diqqət yetirək. Yüz il öncə ölkəmiz zəif, təhsilsiz, elmsiz, feodal aqrar bir ölkə idi. Bölgədə gedən proseslərin obyekti idi. Bu gün Azərbaycan regionda gedən proseslərin subyektidir. Bu günə min şükür. Onun iradəsi olmasa heç bir proyekt baş tutmaz. İnanıram ki, qarşıdakı bir ildə ölkəmiz dünya miqyası proseslərin də subyekti olacaqdır. İlk işarələr var. Ukrayna Prezidenti V.Zelenski Azərbaycan və Türkiyənin Rusiya-Ukrayna sülh damışıqlarına töhvə verəcəyinə məmunluqla inanır.
Dahilər ölmürlər, dünyasını dəyişirlər. Allah ulu ondərə rəhmət eləsin.Amin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar