Xəbər lenti
Xocalı soyqırımı poemalarımızda
Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi.
Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Fəridə Hicranın “Xocalı sülh istəyir”, Elbariz Məmmədlinin “Mən savaşa çağırıram”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Nurəngiz Günün “Xocalı simfoniyası” və s. poemaları göstərə bilərik.
Zəlimxan Yaqubun “O qızın göz yaşları” (2005) poemasında Xocalı uşağının timsalı olaraq Xəzangülün həyat tarixçəsi qələmə alınıb. Həqiqi tarixi hadisəyə istinad edilərək yazılan “O qızın göz yaşları” poemasında real Azərbaycan övladı olan Xəzangülün atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin ifadəsi düşmənə nifrət hissini gücləndirir. On yeddi parçadan ibarət olan poemanın özəyini təşkil edən həqiqət barədə müəllif epiqrafda məlumat verib. İlk bölümləri müstəqil şeirlər təsiri bağışlayan poemada üçüncü şeirdən sonra əsas mövzu olan Xocalı soyqırımı haqqında söz açılıb. Əsərə düyün vuran “Qanlı” rədifli qoşmada tökülən qanından qayalara, dağların köksünə xına yaxan türk insanının faciəsindən bəhs edilib. Bir türk uşağının günahsızcasına axıdılan göz yaşları erməni cinayətkarlarının əsl kimliyini tanıtmağa yetib. O qızın göz yaşlarındakı həqiqətlərin içində ermənilərin əllərdən çıxardıqları dırnaqlar, damaqlardan çıxardıqları dişlər, sinələrə basdıqları dağlar da ifadəsini tapıb.
Poemanın “O qızın göz yaşları” bölümü o qədər həssaslıqla və ürək yanğısı ilə qələmə alınıb ki, oxuyan mütləq həmin misraların təsiri altına düşərək Xocalı faciəsinin dəhşətlərini bir daha yaşamalı olur. Axıdılan göz yaşlarına məxsus qisas hissinin bir gün mütləq hesabat istəyəcəyi poemada inandırıcı şəkildə çatdırılıb. O qız göz yaşları içində Metelərin, Bilgələrin türk ruhunu canında daşıyan övladlar
dünyaya gətirəcəyini bəyan etməklə türkün sındırılmaz iradəsinə işarə edib. Xəzangülün əyilməzliyini nümayiş etdirdikdən sonra, müəllif müharibə dövrünün gerçəkliklərinin tablosunu yaradıb. Qızın atasının ağaca necə sarınıb balasının gözü qabağında diri-diri yandırılmağını qovrula-qovrula təsvir edib. Atasının işgəncələrinə dözməyən qızcığazın huşunu itirməsi, göz açanda atasından əsər-əlamət qalmadığını görməsi qorxunc səhnə kimi göz önündə canlandırılıb. Bu amansızlıqları görməyə məhkum edilən bir Azərbaycan qızı sınmır, düşmənə olan nifrətindən daha da güc alır. “Bu qədər inanılmaz əzabların içində Mərd durub sərt dayanmaq düşmənə son sözüydü” misralarını, atası üçün deyilsə də, qızına da şamil etmək olar. Poemanın son bölümü olan altı bəndlik “Xocalı” rədifli divanidə bu qırğının niyə və nə üçün törədilməsinin tarixi köklərinə toxunulub.
Həmin faciədən bəhs edən Nurəngiz Günün “Xocalı simfoniyası” rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap olunmuşdur. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Poema qafiyəli şeirdən daha çox nəsr əsərini xatırladır. “İlahi! Sən Onlara rahatlıq ver...” çağırışı ilə başlayan əsər “İlahi! Sən Onları rahat et...” yalvarışları ilə tamamlanıb. Poemanın ilk parçaları Rüzgara müraciətlə başlayır. Ümumiyyətlə, bir sıra canlı və cansız varlıqlar obrazlaşdırılıb. Torpağın altındakı dipdiri ölülərin diksinməyini istəməyən müəllif günahsız qətlə yetirilənlərin “dünyadan axan səsləri” eşitmək istəmədiklərini Rüzgarın diqqətinə çatdırıb. Sivil dünyanın bir şey anlaması üçün indi “Böyük Hürkü”yə çevrilmiş həmin öldürülən insanlar “simvolik Marsilyoza vıyıltısı oxumaqla” qatillərinə cəza tələb edirlər. Müəllif ədalətsizliyə üsyanın simvolu kimi mənalandırdığı həmin xoru “Əsrin Simfoniyası - Ölülər himni” adlandırıb. Məlul Xocalı obrazında təqdim olunan şəhər Bəd Qonşu - Yazıq Erməni - Qırmızı Qospodin birliyi tərəfindən Xrosima dəhşətini, Xatın faciəsini çox-çox arxada qoyub, İnsanın ən pik vəhşilik həddini sübut edib. Əsərdə faciəni törədənlərin dini mənsubiyyətini diqqətə çatdırmaq üçün şair Məryəm Anaya, Mariyaya da suallar yağdırıb. Kilsə zənglərinin zorla müsəlman obasına soxulmağını məcazi mənada işlətsə də, əslində Kilsə və Müsəlman sözlərinin obraz kimi təqdim olunması diqqətdən yayınmır. Şair bu işarələrlə xristian birliyinin
türklərə qarşı antiinsanlıq siyasəti yürütdüyünə nəzər cəlb edərək, Mariyadan- gözəl anadan etina gözləməyin faydasız olduğunu etiraf edib. Məryəmin diqqətinə çatdırıb ki;
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır İnqalar!..
İnqalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!..
Müəllif xristian birliyi tərəfindən türk körpələrinə qarşı törədilmiş amansızlığı məqsədyönlü işlərin tərkib hissəsi kimi təqdim edib. Ona görə uşaqlar məhv edilir ki, onlar böyüyüb türk soyunu davam etdirməsinlər. Şum edilmiş insanların Kütləvi Qırğınına səbəb budur. Bütün bunları şair “Nəhəng Ana - Ən Nəhəng Qüssə” adlandıraraq “Qlobal Ahın” şəklini çəkib Dünyaya nümayiş etdirmək, “Cahanın Canavar İştahlı Cümlə Adamyeyənlər Kolunun Cümlə Yırtıcılarını” əməllərinə görə cəzalandırılmasını istəyib. Erməni işğalı altındakı torpaqların kilsə səslərinə etiraz etdiklərini, azan səsləri istədiklərini dilə gətirib. Poemada körpələrlə yanaşı, onları itirməyin faciəsi ilə qovrulan anaların hıçqırıqları da obrazlaşdırılıb. Həmin səslər “Cahanşümul Şümürlərə, Cahan Goreşənlərinə, Alış-veriş Əmilərinə” cavabdehsiz! - deyə bağırır. İnsanlığını itirmiş “Bəşəri Zalımlara” “Üşüdürmü Sizləri hərdənbir xərək-xərək Ölülər?” - deyə suallar ünvanlayıb. Sona yaxın müəllif Dünya Kələkbazlarını düşünməyə səsləyərək, onları xəbərdar edib ki, dünya yalnız sizin deyil!
Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması xroniki torpaq xəstələrinin Xocalını Xrosimadan betər günə qoymaqlarına etiraz əlaməti olaraq yazılıb. Əsərin əvvəlində şair Xocalı qətliyamının dəhşətli səhnələrini göz önündə canlandırıb:
...Qanqarışıq qarlı düzdə
Baş daş üstdə, daş baş üstdə,
qol bir yanda, qıç bir yanda,
lent bir yanda, saç bir yanda.
Axıb körpə dodağından
donub qalıb süd döş üstdə.
Hələ də yol çəkə-çəkə
necə düşüb göz qaş üstə?
Qoca nə vaxt qaxac olub nəvəsini qucan yerdə,
bu qarını kim gömüb kim, mərmi çuxur açan yerdə?
Buz bağlayan bacı-qardaş sanki Siam əkizləri,
qıpqırmızı çiçək açıb südtək bəyaz köksləri.
Ananın yarı, balanın yarı cəsədlərindən yaranmış məzarlığa qarğaların qar-qar səsləri ilə hücum etmələri, o boyda hay-küyün Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanması dünyanın “Sus”u yox “SOS”u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Ayı utanıb gizlənən, ulduzları pörtən gecədə planetin Xocalı boyda yanıb sönməsini Çingizin kamera yaddaşına həkk etməsinin ağrı-acıları inandırıcı formada əksini tapıb. Poemada Xocalı- Çingiz Mustafayev- Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşi ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir. Şair 20 noyabrlara, 20 Yanvarlara, 26 fevrallara göz yumduqca gec-tez 11 sentyabrların yetişəcəyini Səfirin simasında ədalətsizliyə göz yumanlara bəyan edib. “Üzünə çıxmaq çox ağır, özünə çıxın Qarabağın” misralarında qətilik və hökm əlamətləri hiss olunur. Müəllif BMT-nin dörd qətnaməsinin kif atıb, qat kəsməsinə qarşı çıxıb. Hətta həmişə türkün qanını tökən ermənilərin özlərini dünyaya haqsızlığa uğramış kimi göstərməklərinə münasibət bildirib. Poemanın daha təsirli məqamlarından biri başını bazarlar qatan, dədə-baba məzarları yuxularına girməyən soydaşlarının unutqanlığına münasibətdir. Poemanın sonunda şair yenidən Çingizin xidmətlərini xatırlayaraq, hətta onun kamerasının başına gələn müsibətləri, öz xilası bilənlərə tənə ilə yanaşıb: “Qırılan lentlərilə çoxlarını
şad elədi kamera, yurd-yuvadan erkən qorxub qaçanları sanki azad elədi”. Əsər “XXI əsrin “X” ilinin xronikası” ilə tamamlanıb.
Ələmdar Quluzadənin “Şəhid şəhər” poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın əvvəllərində Qərvənd, Tuğ, Meşəli, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Qaradağlı kimi yaşayış yerlərinin faciəvi aqibəti canlandırılıb. Zəngibasar, Xankəndi kimi yerlərdən Xocalıya pənah gətirənlərin başdan elənməsi, dərdlərinə çarə tapılmamağı Xocalı faciəsinin təməli kimi əks olunub. Faciənin baş verməsinə zəmin yaradan şəraitin təfərrüatları “Eşidilməyən haray” bölümündə verilib:
Evlər də veribdir kürək-kürəyə,
Ocaq küləklərdən odu borc alır.
Səsini bayraqtək qaldırıb göyə
Həyəcan təbili çalır Xocalı.
Poema ümumilikdə lirik səpkidə yazılsa da, bəzi epiklik əlamətləri nəzərə çarpır. Bu səhnələr daha çox Xocalıdan olan qızın Bakıya həyəcanla zəng edib yardım istəməsində, rəhbərliyi təmsil edənlərin “Lazım olsa, özüm də Şirin candan keçəcəm” kimi bəyanatlarında özünü göstərir. Poemanın bir bölümü “366...” yarımbaşlığı ilə verilib. Həmin rəqəmin mahiyyəti bu misralarla çatdırılıb: “366 - çörəyim ilə Boy atan alçaqdır, piy basan qarın”. Poemada bir məsələ yada salınır ki, həmin 366-nın belə məhvedicilik qüdrətinə malik olması özbaşına deyildi, bunun üçün ona “Vatikan oxuyub xeyir-duanı, Moskva vermişdi icazəsini”. Bu misralar Xocalı faciəsinin yalnız ermənilər tərəfindən deyil, həm də onların havadarları tərəfindən törədildiyini təsdiq edir. Şair eyni zamanda öz şəxsi faciəsini ictimailəşdirib: “Sən mənim atama əl qaldırmısan, Mən sənin atana borcluyam demək”. Bu sətirlər müəllifin atasının timsalında erməni vəhşiliyinin qocalara tutduğu divanı özündə ehtiva edir. Əsərin “Qançiçəyi” bölümündə faciənin real görüntüləri yaradılıb. Şəhidlərimizin qəhrəmanlıqla həlak olmaqları bədii boyalarla verilib. “Əsirlər, girovlar” bölümündə yazılmış “Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar...” və ya “Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir
qəssabxanalar” misralarında erməni fürsətcilliyinin daha amansız bir tərəfi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Nə qədər ağrılı olsa da, faciənin həqiqətləri çılpaq boyalarla təqdim olunub: “Ananın sinəsi qan çeşməsidir, Körpənin dodağı döş gəzir hələ”. Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb: “88 ili halal yaşadı, Halal zəhmət idi imanı, dini, Allahverdi idi atamın adı, Bəlkə, Allah aldı öz verdiyini”. Erməni qansızlığının qurbanı olmuş qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. “Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik” sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın “Çingiz Mustafayev”, “Təlatüm”, “Xatın-Xirosima-Xocalı yolu” bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir edilib. “Alver dünyası” başlıqlı son bölümdə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğalının səbəb və nəticələri göstərilib. Bu müsibətlərin sadəcə bir ölkə tərəfindən yox, Azərbaycanı istismar etmək istəyən müstəmləkəçilərin dəstəyi ilə törədilməsi bəyan edilib. Eyni zamanda həyata keçirdikləri soyqırımları ört-basdır etmək üçün özlərini yardımsevər kimi göstərmələrinə bu cür sətirlərdə kinayə ifadə olunub: “Gözü sərvətimdə olan ölkənin Balası balama paltar göndərir”. Digər tərəfdən Ermənistanla Azərbaycana qarşı olan münasibətdəki ayrıseçkilik poemada ifşa hədəfidir. “Qonşum yardım alır mərmini, topu, Mənə gələn yükdə yuxu dərmanı” - misraları həm həqiqi, həm də məcazi mənanı ifadə edib. Heca vəznində yazılmış əsərin dili son dərəcə poetikdir.
Bu mövzulu əsərlərdə Çingiz Mustafayevin obrazına ayrıca yer verilib, onun xidmətləri diqqətdən yayınmayıb. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin baş vermə zamanına və məkanına görə Xocalı soyqırımı onlardan müsibətli qətliam kimi təqdim olunub.
Gülnar Səma

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar