Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Könül yolçuluğumuz Üzeyir Güleçlə davam edir

Tarix: 29-08-2021 14:09     Baxış: 3156 A- / A+
Könül yolçuluğumuz Üzeyir Güleçlə davam edir

Üzeyir GÜLEÇ Mersində Ərdəmli rayonunda doğulub. Dövlət işlərində çalışıb, təqaüdçüdür. Ərdəmli köçərilərin ləhcəsindən ibarət “Yörük Türkmən ağzı” kitabını hazırlamışdır.

YAR KİMİ

Açıb bağçalarda melisiyalar
Verir sənin ətrini.
Yollarında maneəmi var?
Gəlmədin yenə…
Ah çəkirəm hər nəfəsdə,
çıxır içimdən nələrsə,
çıxır can kimi, can kimi.

Açıb Çobanyastığı,
bəyaz, mavi, sarı.
Əks olunur şəbnəmlərdə
may günəşi.
Dedin ki, gələcəm gün kimi,
yollarında maneəmi var?
Gəlmədin yenə.
Həsrət tökülür gözlərimdən
tökülür qan kimi, qan kimi.

Gələcəksən deyə,
Ağ diləklər açır könlümdə.
Açır gül kimi, gül kimi.
Saçlarının qoxusu qarışıb quzey yelinə.
Yollarında maneəmi var?
Gəlmədin yenə
Gözləməkdən sındı ümidlərim.
Sındı budaq kimi, budaq kimi.

May bitdi, yay gəldi,
Alov içimi bürüdü,
Bürüdü qor kimi, qor kimi.
Həsrətin əzdikcə əzir ürəyimi,
Gözləməkdən çıtır- çıtır çatladım.
Yüyürərək gəl, sarıl boynuma,
Sarıl yar kimi, yar kimi.

MAVİ GÖZLƏRİN

Hansı üzə
yapışdırsam gözlərini,
sən olmadı.
Bənzəmədilər sənə,
Səndə fərqli dururdu.
Fərqli gülürdü.
Sarı saçlarınla bambaşqa
bir uyğunluğu vardı.
Qaşların aypara,
qapqara.
Alnınla mavilər arasında.
Heç bir üz yaraşmadı mavi gözlərinə.
Gülüncə qaşların oynayır,
tökülürdü gərdanına mavi həlqələr.
Hirslənincə dodalarından
gilaslar uçuşurdu.
Utanınca, almalar
tökülürdü yanaqlarından.
Yumunca gözlərini
zilqaranlıq olurdu göy üzü.
açınca mavi olurdu səma.
Üfüqlərə meydan oxuyurdu saçların.
Gözlərin Göksü çayını,
baxışların Ağdəniz axşamlarını xatırladırdı.
Gəmi sinəmə sığmırdı ürəyim.
Nəfəsim kəsilrdi.
Dilim -damağım quruyurdu.
Səbəbini bilmirdim.
Səbəbsiz, filansız
qəlbimə yaraşıq verirdi,
Qəbimə yaraşırdı mavi gözlərin.

PƏMBƏ GÜL OLUR OVUCLARIMDA

Bilirdim.
Necə olsa da sonu olacaqdı.
Ürəyimdəki aprel yağışları
qara buludlardan yağacaqdı.
İldırımlar düşəcəkdi gözlərimə.
Ay batanda gedəcəkdin səssizcə
o naməlum tərəflərə.
Bax, son bahardı,
quşlar da uçub getdi.
Demək, ayrılıq vədəsidi.
Ürəyim buz kimidi,
o qədər yalnızam ki.
Getdiyini deyə bilmirəm,
Söz dinləməz qəlbimə.
Soyuqda boynuma sarılıb
qucağımda itməni,
pişik balası kimi
qoynuma soxulmanı
arzulayıram.
Gedişinlə başlayan rüzgarın
nəfəsi dəyir üzümə.
Donub artıq ümidlərim,
yoxluğunun ayazında.
Qan ağlayır ürəyim indi.
pəmbə gül olur ovuclarımda.

Təqdim etdi: Nazilə GÜLTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar