Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabri Kuşkonmaz:"Tüstülər çörək bişirilən ocaqlardan qalxmır, yaxılan qəlbidir qədim şəhərlərin..."

Tarix: 02-06-2021 20:52     Baxış: 3317 A- / A+
Sabri Kuşkonmaz:"Tüstülər çörək bişirilən ocaqlardan qalxmır, yaxılan qəlbidir qədim şəhərlərin..."

Manevr.az Nazilə Gültacın təqdimatında "KÖNÜL YOLÇULARI" layihəsi çərçivəsində Türkiyəli şair Sabri Kuşkonmazın şeirlərini təqdim edir:

Sabri Kuşkonmaz – şair, yazar, hüquqşünasdır. Fəthiyəlidir. Şeir, roman, deyimlər, film ssenariləri və seçilmiş əsərlərdən ibarət 17 kitabı var. Televiziya və qısametrajlı filmlər də çəkir. PEN Türkiyə Mərkəzində katib vəzifəsində çalışmışdır. Türkiyə Yazarlar Sendikası və Ədəbiyyatçılar Dərnəyi üzvüdür.

İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. Notariusda çalışır.

MÜMKÜN OLAN NƏDİR

İşğal və sığınacaq arasında cənnət mümkün deyil.
İki od arasında bir ev tikməyə çalışdıq.
Mümkünsüzdür alovlar arasında əbədi bir ev.
Zamanın qədim qapılarıdır - işğal və sığınacaq.
İnsanlıq iki dar qapı arasında qaldı.
Qaçqınlıqda mömin olmaq mümkündür.
Allah ən ucada cənnətin ağasıdır.
Yer hər fəsildə biqərar bir nardır.
Harut və Marut* un endiyi yer üzündə
Təmiz torpaq hansı iqlimdədir görəsən ?
Xaç çaşbaş qalıb, səcdə etmək mümkünsüz.
Skripkaçı uşaq qalxıb gedirSuriyadan.
Yollarda ölür, skripkası, notları uçur küləkdə .
Sığınacaq yollarında əbədi məzar da mümkünsüz.
Getdiyimiz yollarda gəzməli bir yolmu var?
Silər izlərimizi arxamızca gələn ümidsizlər.
Ölümün qovduğu yoldan dönmək mümkünsüz.
Məscidlər, sinaqoqlar, kilsələr həmişə açıqdır,
Ürəklərdə inanclar olsa da başqa.
Bütün ölənlər basdırılır torpağa .
Günah etmədən Allah qarşısında baş əymək mümkünsüz.
Yollar uzandıqca namaz vaxtları qarışır.
Qiblə itir, boyundakı xaç qırılır.
Çörək bu qədər aclıqda şərabın ədəbini bilmir.
Qaçqınlar günbəzlərə sığınmaq istəyir.
Bu yolda əbədi bir məbəd mümkünsüz ...

*Quranda və bir çox dini kitablarda mifologiyada yer alan, Həz. Adəmdən daha əvvəl gələn, ancaq günah edib, cəzalanan iki mələk.

İNSAN NƏ GEYİNSƏ YARAŞMIR

Ürəyimizin örtüyüdür
Geyindiyimiz bütün patlarlar.
Bədənimizsə hey açıqda .
Ayrılıq həmişə aramızda.
Ürəyimizsə bir-birimizdən gizlində.
İnsanları sevmək bir qanundur özümüzə.
Öz əlimizlə, bəlkə də qanla yazdıq bu maddəni.
Qəlb bağçasında tezcə solur yazının qanı.
Torpaq əmmir bəlkə də Kabildən bəri.
Silinir qanunların altında qan izi.
İnsan nəyi istəsə tükəndirir,
ən əvvəl qanındakı sevgini.
İnsan nəyi istəsə yıxır,
Bir meşəni bircə kibritlə,
Bir ümmanı damla zəhərlə,
Bir qəlbi isə bir qəlblə.
Hakim olsan da, olmasan da faydasız,
Yıxılmalar qeyd olunur əksiksiz,
İnsan nə yazsa qəlbinə, yalan çıxır.
Bax, o zaman insan nə geyinsə,
Nə geyinsə acıları görmədən ,
Geyindiklərinə yalan hörüncə,
İnsan nə geyinsə yaraşmır o zaman.

GƏLİMLİ – GEDİMLİ

Gözlədim yazdığım şeirin sonunu.
Son sətir göründü üfüqdə, şeir sona çatır,
Bir yövşan da qoyammadım sətirlər arasına.
Nə də Nəcəf daşının naxışı girəmmədi araya.
Firuzəyi, bənövşəyi rənglərə gəlmədi sıra.
Boşuna axtarıram,
tapammadım parıltılı, bəzəkli bir dil.
Bənzəmir şeirim zınqırovlu söz arabasına.
Nə toxunsam bədənimdəki acının səsidir.
Meyə uzatsam əlimdə sınır badələr. .
Başımı qaldıran kimi
güllələr vıyıldayır beynimdə.
Gözümü qaçırmıram başqa tərəfə,
Şahə qalxan at deyil.
Dörd tərəfdə dünyaca qətliyamlar,
Bir- birinə analıq edir küçələrdə uşaqlar.
Öldürülən qardaşların üzərini örtüb qan.
Tüstülər çörək bişirilən ocaqlardan qalxmır,
Yaxılan qəlbidir qədim şəhərlərin.
Pencəkli kəlmələr, şehli işarələr qaldı əlimdə.
İki sətir arasına qoyammadım heç birini də.
Gözləyirlər kəklikotulu deyil,
yanıq ət qoxuyan yamaclarda.
Əlimdə deyil, bu gəlimli- gedimli dövranda
çabam boşuna.
Şeirlərə çevrilmir dilimdə əks olunan.
Ölümə qan qusur ağlım.
Ölümünə qan döşənir, ağ pambıqlar deyil
Körpələrə analıq edən uşaqların yataqlarına.

Sabri Kuşkonmaz
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar