Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elbariz Məmmədli:"Savaş meydanında itən əllərin, itən ayaqların sorğusu yoxdu"

Tarix: 24-12-2020 20:30     Baxış: 4179 A- / A+
Elbariz Məmmədli:"Savaş meydanında itən əllərin,  itən ayaqların sorğusu yoxdu"

Manevr.az Elbariz Məmmədlinin şeirlərini təqdim edir:

Bu il də belə soruşdu

Bu il də belə sovuşdu,
Ötdü bu il də, beləcə.
Sinəmizdə dərd yükü tək,
Bitdi bu il də, beləcə.

Günlərimiz yeyin-yeyin,
Ömrümüz xəzan ömrü tək.
Xoş günlər xəyalımızdan,
Oxuyub keçdi, qumru tək.

Gözümüz yollarda qaldı,
Yollar gözümüzü yordu.
Vətənin nə çox yükü var,
Əydi dizimizi, yordu.

Haraya üz çevirdiksə,
Yollarımız çıxdı dərdə.
Ümidimiz əsir-yesir,
Fikrimiz xatirələrdə.

Qaçıb dadı, ömrün-günün,
Dünyanın özü kimidi.
Cəllad niyyətlər önündə,
Təbiət quzu kimidi...

Bu il də belə sovuşdu,
Bitdi, aldanış içində.
Könlümüz göydən asılıb,
Gözümüz durna köçündən.


Amma neyləyəsən, dava elə davadı

Bütün zəfərlərin bir üzü qəmdi,
Sevinc ola bilməz, müharibələr.
Dünyada yaşamaq indi sitəmdi,
Haqqı üstələyir hər addımda, şər.

Savaş meydanında itən əllərin,
İtən ayaqların sorğusu yoxdu.
Şəhid balasının gözü qapıda,
İllərlə bir rahat yuxusu yoxdu.

İndi ədəb- ərkan elə dəyişib,
İndi söz keçmir ki, silah danışır.
Ədalət illərdi taxtından düşüb,
Günah davalarda günah danışır.

Hər kəsin öz yurdu, öz yuvası var,
Gərək uzanmasın əli, özgəyə.
Həyatın neçə cür qadağası var,
Olmaz dərd verəsən, gəlib özgəyə.

Hər böyük olanın bir dövranı var,
Hər kiçik olanın bəxti öndədi.
Ruhumu içimdən əsir alanlar ,
Gör, neçə zamandı, toy- düyündədi.

Bizim haqqımızdı, udduq davanı,
Amma yarasını sağaltmaq olmur,
Sənə lənət olsun, şərin adamı,
Qaralan günləri ağartmaq olmur.

Hər şəhid bir evin qürur yeriydi,
Sarıldı torpağın yaralarına.
Bayraq tək asdılar ucalıqları,
Neçə ucalığın sıralarına.

Torpaq müqəddəsdi, qədir bilənə,
Qədir bilənlər də elin mərdidi.
Qazinin canına çəkdiyi qəlpə,
Yolları kəsilmiş Vətən dərdidi.

Qalalar hünərdən qurulsun, gərək,
Dünyanın havası ayrı havadı.
Hər böyük zəfərin içində qəm var,
Amma neynəyəsən, dava davadı.

Olmur

Yenə duyğularım qarmaqarışıq,
Minmişəm, gecənin fikir atına.
Qərib düşüncələr sürüyür məni,
Sonuncu ümidin bathabatına.

Necə yaşamışam bu ömrü, bilməm,
Hər gün ürəyimdən uzaqlar keçir.
Nə vaxtsa yoluma yağan yağışlar,
Hardasa yoluma yağan qar keçir.

Ötənlər xatirə yüküdü, deyə,
Elə işığına tapınır, hamı.
Üstündən illərlə uzaqlaşırıq,
Vermir həyatımız o dadı, tamı.

Elə gözlərimiz yol çəkir, hər gün,
Elə xatirələr izləyir, bizi,
Bəlkə də həsrətin yol ayrıcında,
Kim isə, ümidlə gözləyir, bizi?

İndi yaşamağın yükü də ağır,
İndi yaşamağın dadı da yoxdu.
Çarmıxa çəkilir, adam olanlar,
Heç, adam olmağın adı da yoxdu.

Elə ürəklərə zülmətlər hakim,
Könlünü işığa kökləmək olmur.
Dünyanın min dənə qərib dərdi var,
Təkcə öz dərdini təkləmək olmur.

Əzablı olsa da, yollar tükənmir,
Fikir dəryasında tükənən bizik.
Nə qədər qaçsaq da qovğalarından,
Dünyanın dərdinə söykənən bizik.

Elbariz Məmmədli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar