Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Allahın ölməsi "- Nitşe Allahının ölməsi kimi başa düşülür...

Tarix: 30-07-2017 14:29     Baxış: 3510 A- / A+
"Allahın ölməsi "- Nitşe Allahının ölməsi kimi başa düşülür...


XIX və XX əsrlər ərzində psixologiya sahəsində bir sıra yeniliklərin olması Qərb elmi cəmiyyətinin inkişafı ilə bağlı idi.Sonradan bu vaxtın üstündən bir müddət keçəndən sonra yəni XXI əsrin əvvələri üçün bu sahədə bir sıra Qərbli istərsədə Şərqli cəmiyyətləri üçün yeni addımların atılması,bunların özünə məxsusluğu ilə seçilirdi.Əslində psixologiya sayəsində ilkin addımlar məhz elə Şərqdə olmuşdu.Bu sahədə bir xəttdə öz inkişafını əvvəlki əslərdən götürərək fəlsəfi-psixologiya adı ilə tanınmaqda idi.Sözsüz ki,bu elmi inkişaf bədii insan dilinin imkanlarına da təsirsiz ötüşə bilməzdi.Həmçinin cəmiyyətin hal forması kimi özünü göstərən psixologiya nəyinki bədii,hətta digər üslüb və forlamalrda da özünü göstərirdi.Bunun bir başa insan şüuru ilə əlaqəli hal olması və bu proseslərin mərkəzində məhz insan faktorunun dayanması ilə açıq- açıqına bağlı idi.İnsan dil təmasının ən çox bu formada özünü birüzə verməsi və yazı formasında təzahür etməsi mümkün variantların gözə görünən forma idi.Hətta bu biz oxucular üçün aysberqin görünməyən tərəfini ilk baxışda xatırlada bilərdi.Sadəcə ilk olaraq bədii yazı forması ilə tanışlıqdan sonra hər şey məlum olurdu.Yazı ilə bağlı fikirlərə keçməzdən əvvəl qeyd etmək istəyirəm ki,psxoloji yazıların meydan gəlməsi heç də asan iş sayıla bilməz.Çünki yazar ilk öncə göstərdiyi hər bir qəhramanın pxsikasına bir necə istiqamətdən bələd olmalı,özünü onların yerində hiss etməklə real mövcud vəziyyəti bədiiləşdirməlidir.Burda həmçinin qoyulan problemlə yanaşı onun həlli yollarıda yazar tərəfindən göstərilməlidir.Bu gün ki müasir oxucu üçün promlemlərin məlumluğu heç də çətin məsələ deyil.Amma onun bir yazar tərəfindən həll yollarının bir necə təbəqə və qrup insanı üçün müyəyyənləşdirilərək həll edilməsi əsas məsələsdir.Bu da həm birinci həmdəki ikinci yazıda özünü qisməndə olsa tapa bilmişdir.Psoxoloji yazı meydana gətirmək onun nə qədər əhatəli bir sahə olması ilə yanaşı bu sahəni əhatələmək qədər də asan məsələ deyil.

Adətən belə yazılarda zaman və şərait dəyişdirilməklə məkanın təbii təqdimatı özündə kefiyyətin formalaşdırılması prinsipindən xəbər verir.Yazıda (söhbət ikinci yazıdan gedir) kəmiyyətə görə yox,kefiyyətə görə hərəkət edildiyi açıq aydın hiss edilir.Qəhramanların sırf olaraq danışdırlması onların fəlsəfi baxışlarından daha çox psixologiyasının əks etdirilməsinə hesablanmış bir yazar pryomudur.Bəzən yazarlar bu məsələni yazmaq istəyəndə fəlsəfi,ilahiyat,ruh və s kimi halların qarışdıraraq təqdim edirlər.Bu isə fikirlərdə bir qədər qarışıqlıq yaradır.Çünki psixologiyanın içində bir psixika mövcudur ki,bu da özlüyündə prosesləri,halları və xassələri birləşdirir.Bunların ayrı ayrılıqda müyəyyənləşdirərək bədiiləşmiş formasına bu yazıda rast gəlmək olur.

Qəhramanların duyğusu,diqqətinin,hafizə,nitq,təxəyül,iradə kimi hallarının aydınlıqda verilməsi yazının mükəmməlyindən xəbər verir.Seçilmiş qəhraman daha çox nəyisə xatırlaması təkcə onun halı yox,həmdəki onu yaradan halın birüzə verilməsidir.Psixikada mövcud olan nitq,iradə bir -birilə bağlıdır.Çünki nitq hər hansı nəyisə deməklə,yəni dilə gətirməklə bir növ iradəni nümayiş etdirmiş olur.Həmçinin burda duyğuda,hafizədə az rol göstərmir.Ona görə yox ki,hafizəsiz insan düyğusuz ola bilməz.Duyğusuz insan iradə nümayiş etdirə bilməz.Nitqsız insan diqqətli ola bilməz.Yox əslinədə yazarın göstərmək istədiyi nüanslardan biri bəlkədə ən birincisi elə budur ki,insan psixologiyasına aid olan psixi halların bütün variantlarda mövcudluğu insanın özünün və hərəkətlərinin xarakteridir,bəlkədə xarakterskasıdır.Bunların dəyişməsinə və dəyişən inkişafına zamanla nail olmaq olar.

Ümumilikdə danışmaqdansa daha doğrusu verilən qəhramanların üzərində dayanmaqla onları xarakterik olaraq göstərmək daha məqsədə uyğundur.Bu həm yazıda olan fikirin açılaraq oxucuya çatdırmaq sayəsində bir iş,həmdə fikir bildirmək istiqamətində bir addım olar.

İlk olaraq Gözəl xalanı xatırlayaq.O burada bir yaddaş hafizə formulu olaraq təqdim edilir.Çünki onun yaşadığı vəziyyət,hal hazırki durumu ona başqa normal nələrisə etməyə imkan verməsdə,onun yaddaş məsələsində heç bir problemi yoxdu.Hafizəsinin itiliyi və möhkəmliyi baxımından o daxil olan şəxsi ilk olaraq tanıyır.Bəklədə o tanıdığı adamı birinci dəfə idi ki görürdü.Heç onun xatırladığı heç bu adam deyil.Amma onun psixkasında ilk olaraq hafizənin biruzə verməsi deməli onun nataman insan olmasından daha çox tam insan olmasına işarədir.Sadəcə onda çatışmayan digər hansısa hall onun natamam olaraq tanınmasına şərait yaradır.Gözəl xalanın kağız gətirmək üçün getməsi və yenidən getdiyi məkana qayıtması heçdə sübhəli ola bilməz.Çünki o artıq ilkin olaraq hafizəli bir insan kimi təqdim olunub.O artıq qayıdıb getdiyi yerdə qoyub getdiyi insanı tapacaq.(Əgər o insan sona kimi onu orda gözləyəcəksə)

Digər bir yazı təqdim etmə forması.Yazar dili ilk olaraq insana ora işləməyə gələn insan dili təsirini bağışlayır.

Elə bilirsən ki,burda işləmək istəyən yazar özüdür.Həmdə ki,öz əməyi müqabilində məvacib tələb etməməsi,həmçinin onun bütün enerjisini məhz bu işə sərf edərək onlara yazı,şəkil çəkmək,əl işləri hazırlama kimi işləri öyrətmək istəməsi yazar qəlbli insanlara xas bir xususiyyətdir.Çünki yazarlar heç vaxt yazmaq istədikləri,yaratmaq istədikləri əsərlərin arxasında maddiyyatı ön plana çəkməmişlər,bəzən isə heç onları nəzərə almamışlar.Tarixdəndə bizə məlumdur ki yaradılan əsərlər illər sonra öz qiyməti almış,o qiyməti alanda isə müəllif ya açlıqdan,ya xəstəlikdən dünyasını dəyişmişdir.

Amalın təqdimatına diqqət edək.Əslində yazar onun yaşını konkret yox,bir qədər arada iki il vaxt ötürməklə təqdim edir.Bu təqdimatda isə bir qədər oxucu çaşqınlığı yarada bilən nüanslar var.Çünki orda olduğu müddətdə onun yaşı konkret öyrənilə və oxucuya təqdim edilə bilərdi.Bu yazarın özünə məxsusluğudur ki,onun yaşından daha çox hərəkətininə diqqət yetirməyi daha çox istəyir. “Qəribə bir xasiyyəti var əlini hər üç dəqədən bir yuyur,heç harda oturmur ki,tozdu.” Amalın təqdimatında yenədə ilkin olaraq onun hafizəsi diqqəti çəkir ki,o vaxtı bölə bilir,bu 3 dəqəlik intervalla öz işinə davamdadır.Biz burda yaddaş məsələsinin üstündə yox,digər xususiyyətlərin üzərində diqqəti cəmləmək istərdik.Əlinə götürmək istədiyini salafan kloyka bükür və alır.Artıq bunun qavrayışı bu formada köklənib.İradəsi və diqqəti ancaq onun bircə bu iş üçün işləyir.Qaşısındakı adamı bəyənərək,onunda əlini tez -tez yumasını ona xatırladaraq təkcə onunla görüşməsi onun diqqətinin təzahürüdür.Hekayə məsləsində biz hekayə haqqında eşidmirik.Amalın hekayədəki insanın fikirlərinin kirli olması ilə elə özünün kirili olması deməsi bizi sadə insanların görə bilmədiklərinə işarəsi kimi təqdim olunur.Əslində bu yazarın Amalın sımasında təqdim etdiyi təfəkkür və təxəyül məsələsdir.

Bir məsələ xüsusi diqqət çəkir.Dənizin yaşadığı cəmiyyətə heç nəyin yerinə çatmadan,hansısa məslədən xəbərdar olmadan o haqqında fikir yürütmək,söz danışmaq müasir Azərbaycan cəmiyyətinin sağalmayan yarasıdır.Əslində bu xəstəlik o psxoloji problemləri olan insanların xəstəliyindən daha qorxulu,daha çətin sağalandır.Bu məsələnində yerində qabardılması sonra isə dolayısı yolla həll edilməsi bu günki vəziyyətmizi cəmiyyətə bir daha xatırlatmaqla onun həll edilməsi mümükün olduğunu bir mesaj verməkdir.Sadəcə hər hansı fikiri söyləməkdə diqqətli olmağımız yetər ki,belə ürək bulandıran hallarla rastlaşmayaq.

Yazıda dini təfəkkürlə bağlı məsələyə üstü örtülü toxunulması ya posentlərin içərsində məhz bu mövzuda “Allahın kimliyi və harda olması” məsələsinin seçilməsi də hiss olunur ki təsadüfi deyil.Dünya bəddi ədəbiyatında,həmçinin fəlsəfi dünya görüşündə Allahın olub olmaması ilə bağlı yazıların geniş yer tutması,müəlifində bu yazılar haqqında məlumatlı olması məsəsləsi bir tərəfdən məsələylə əlaqəli ola bilər.”Allahın ölməsi” – Nitşe Allahının ölməsi kimi başa düşülür.Bu məqamı vurğulamaqla məqsədim oxucuda bu fikirə yox,daha çox indi deyəyəcəyim fikir üzərində dayanmağa zövq etmədir.Amma daha çox burda başqa bir mənanın olması təsəvürüdə yaranır insanda.Din həsas yer olduğundan,hətta insan təfəkkür məsələsində,qavrayışında,hafizəsində və hətta nitqində özünə elə bir silminəz iz açmışdır ki, hətta psxika pozoğunluğu yaşayanda belə o səni kölgə kimi qarabaqara izləyir.Bundan yaxa qurtarmaq üçün gərək ölmək lazımıdır ki,canda olan şirinlik bunun baş verməsinə əngəldir.Sənət,ədəbiyyat adamlarının dini görüşlərindəki forma Amalın sürətində mükəmməl təqdim edilib.Məşədə getmək,Məşədi adlanmaqda bu din məsələsinin davamı və gülməli izahatı kimi çözmək olar.

Dənizin yuxudan qalxması,yenidən söhbət gedən məkana getməsi,amma qonşuların bu qızın hara və hansı işlə məşğul olaraq getməsini bilməmələri onların arasında müxtəlif fikirlərin yaranmasına səbəb olub.Artıq bu proses necə vaxtdır ki,gedir.Qonşu dukançı arvad isə axır bunu dözüb dözməyib Dənizin anasına açmağa məcburdu.Burda maraqlı bir fikir öz əksini tapır ki, bunuda bir sıra istiqamətlərə ayırmaq olar.Əsas məsələ indiki cəmiyyətmizdə olan söz danışmaq,söz gəzdirmək,kiminsə hansısa işidən xəbərdar olmadan onun haqqında fikir yürütmək,özünü informasıyalı bir nəfər kimi göstərmək cəhdləri adi hal alıb.Bu geridə qalmaq dünyada mövcud cəmiyyətlərin inkişaf proseslərini nəzərə almaqla bu məsələrə baxanda bir qədər təəssüf hissi keçirirsən.Müəlif isə bu məsələni konkret və dəqiqliklə verməyi bacarmışdır.

Digər bir məsələ isə Amalın onun qarşısına çıxaraq: -” Elə bildim gəlməyəcəksən?” deməsi,onun bir növ intutsiyası ilə də əlaqəli beynində nələrinsə formalaşdığını göstərir.Zamanı,məkanı düzgün dəyərləndirə bilən bu qəhraman bütün xarakterik xüsusiyyətləri ilə cəlb edici bir obrazdır.Psixoloji xarakterlərin hamısını özündə əks etdirsədə,onun hardasa intelektual və istedadlı birisi olmasıda zərgər dəqiqqliyi ilə verilib.

Onun miliyon illərdir ki insanlar tərəfindən təsəvüür edilən və bir obraz kimi təqdim olunan,xatırlanan bir varlığın yəni Allahın şəkilini çəkmək istəməsi yazarın incəliklə məsələnin izahına və diqqəti bu məsələnin qoyuluşuna cəkməsində bir ədəbi effektlik nəzərə çarpır.

Elgiz dayının yaşının 70 olması,amma o özünü 5 yaşlı bir insan kimi aparması da təbiidir.Çünki beş yaşında olan insan dünyanın heç bir işindən,problemindən xəbəri olmayaraq yaşayan varlıqdır.Bu da ki ona yetimiş yaşına qədər gördüklərini unudaraq hər şeyin olmamış kimi yaşamağın daha rahat olduğunu və yetmişdən yuxarı yaşasada hər şeyin beş yaşından hesablanacağına işarədir.Təbii yanaşmadır.Çünki mövcud cəmiyyətlərdə bu tip yanaşmalar psxioloji olsada adi həyat tərzi kimi də özünü biruzə verir.Hekayənin umumi göstəricisi qənayətbəxşdir.Çünki mövzu olduqca aktual və işlənməsi hələm həlbət hər zaman bacarılmayan bir işdir.Yazar hekayənin sonunda hər hansı bir əsərin siqaret külü ilə yaradılmasından danışır.Onun insanlar tərəifdən qavranılmasında sözsüz ki sinir hüceyrələrinin iştirak etmədiyi hiss olunsada,bundan əlavə neyrofizoloji proseslərin psixi proseslərdə təmsil olunmadıqları kimi izah olunur.Cisim və hadisələrin xüsusiyyətləri – rəngi,forması,həcmi,başqa cisim və hadisələrə qarşılıqlı münasibətləri əsərin sonunda tam və xüsusi bacarıqla verilmişdir.

Ümümilikdə biz əsərin bizə məlum olan,tam olmasa da müyəyən baxış bucaqlarından fokuslanan fikir formalarını diqqətə çatdıra bildik.Son olaraq qeyd edirik ki,”psixi özünü idarə insandan ona xas olan psixi hadisələrə (proseslərə,xassələrə,hallara) şüurlu təsir göstərməyi tələb edir.Psixi özünüidarə prosesləri bütün mərhələlərdə aydın dərk edilən olmasa da mütləq şüurlu və məqsədyönlü,yəni ardıcıl və fəal xarakter kəsb edir.”

Əzizağa QULİYEV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar