Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Təəssüf ki, Makedoniya ədəbiyyatı çox tərcümə olunmur

Tarix: 21-08-2025 10:32     Baxış: 248 A- / A+
Bu günkü həmsöhbətimiz – tanınmış makedoniyalı yazıçı, teatr tənqidçisi, kommunikasiya üzrə fəlsəfə doktoru, “Literary Elements” ədəbi jurnalının baş redaktoru, “Perun Artis” İncəsənət və Multikulturalizm Assosiasiyasının prezidenti, Kosovo IWA Bogdani, Monteneqro Tərcüməçilər Assosiasiyası və Xorvatiya Ədəbiyyat Assosiasiyasının “Ədəbi Lələk” mükafatlarının laureatı Saşo Oqnenovskidir

— Teatr tənqidçisi kimi tamaşanı dəyərləndirmək üçün hansı meyarlardan istifadə edirsiniz?

— Teatr simbiotik bir sənətdir və konkret tamaşa üçün meyar müəyyənləşdirmək onunla bir növ münasibət qurmaq deməkdir. Bu, yalnız zövq deyil, yalnız tamaşanı bəyənmək və ya “mənim tipimdir” demək deyil, bu – onun bütün seqmentlərini (aktyorluq, rejissorluq, dramaturgiya, vizual və səs elementləri) təhlil etməkdir.
 Mən yaxşı olmayan tamaşa haqqında heç vaxt resenziya yazmıram. Mən yalnız bütövlükdə məni həyəcanlandıran, təsirli və sənətkarlıqla ifadə olunmuş tamaşalar barədə yazıram. Teatr həm də mesajdır, əsasən də bir öhdəlikdir. Buna görə də teatr tənqidçiləri kimi bizim borcumuz onun mənasını dərk etməkdir.

— Sizin fikrinizcə, müasir uşaqlar üçün hansı nağıllar daha çox lazımdır?

—Təəssüf ki, müasir uşaqlar daha çox vizual hekayəçilik formalarının təsiri altındadır. Klassik nağıllar onlar üçün artıq o qədər də tanış deyil. Müasir qəhrəmanlar və mənfi obrazlar, əsasən, müxtəlif medianın təsiri ilə yaradılmış hibrid varlıqlardır. 
Mənim fikrimcə, uşaqlar mütləq oxumağa qayıtmalıdırlar, çünki bu, onların sosial dəyərləri düzgün qavramasının yeganə yoludur. Nağıllarda müsbət və mənfi obrazlar insan həyatına fəlsəfi yanaşmanın məhsuludur və biz onları nağıl kimi qəbul edirik. Kitabı vizual mediadan ayırmaq mexanizmi uşaqların mənəvi həyatında ədəbiyyatın rolunu düzgün başa düşməsi üçün həlledici şərtdir.

—Uşaq ədəbiyyatında fantaziyadan daha vacib elementlər varmı?

—Mənim üçün fantaziya hər zaman ən vacib amildir. O, istedadla sıx bağlıdır və uşaqların ədəbiyyatı anlama prosesində çox lazımlıdır. Oxu vərdişi, qəhrəmanları və hekayəni dərk etmək – uşağın ədəbiyyatla münasibətində ən böyük tərkib hissələrdir.

—Hansı milli ədəbiyyatlar sizin yaradıcılığınıza daha çox təsir göstərib?

—Klassik nümunələr ədəbiyyatın rolunu, xüsusən də yazmağın səbəblərini anlamaqda inanılmaz dərəcədə önəmlidir. Mən, həmçinin müasir ədəbiyyatdan da ilham alıram. 
Sevimli yazıçım Uilyam Folknerdir – onun üslubuna, dünyagörüşünə və həyata münasibətinə heyranam.
Əlbəttə, mən heç vaxt onun kimi yazmağa çalışmaram, öz hiss etdiyim kimi yazaram, amma onun hekayələrinin dərinliyi və qəhrəmanları mənim üçün əvəzsizdir.

— Qlobal məsələləri yazılarınızda necə təsvir edirsiniz – birbaşa, simvolik, yoxsa mənəvi şəkildə?

— Deyərdim ki, birbaşa. 
Realist hekayə yazsam da, xüsusilə roman üzərində işləyəndə simvolları hekayənin anlarında tapıram.Simvollar hər yerdədir, sadəcə onları tanıyıb sənət əsərində ifadə etmək lazımdır.
Hekayənin anlarını simvollara çevirmək müəllifin intim həyatına çox yaxın bir prosesdir. Buna görə də, əslində, birbaşa, simvolik və mənəvi təsvirlər ədəbi əsər yaranarkən çox vaxt bir-birinə qarışır.

—Yazını tamamilə dayandırdığınız günlər olurmu? O anlarda hansı hissləri yaşayırsınız?

— Mən daha çox müəyyən mövzu ilə bağlı araşdırmaya vaxt sərf edən yazarlara inanıram. Mən də çox vaxt axtarış və araşdırmaya sərf edirəm və əmin olduqdan sonra yazını çox qısa vaxtda tamamlayıram. Ən yorucu iş isə düzəlişlər və artıq hesab etdiyin mətn parçalarını ixtisara salmaqdır. Ən böyük dilemmanlar da buradan doğur. Ən böyük yazıçılar belə, dərc olunmuş əsərlərində nəyisə buraxdıqlarını, bəzi hissələri yaxşı yazmadıqlarını düşünürlər.

— Şairin ruhu nə vaxt qırılır? O, hansı ağrını başqalarından gizlədir?

—Şairin ağrısı çox gizli və şəxsi olur. Oxucu şairin misralarını oxuyaraq öz ağrısını tanıyır. Şeir həmişə intim bir aktdır, hətta fəlsəfi mövzulu olanlar belə. Onların oxucunun ruhuna çatmaq üçün öz yolu var.

—Sizin fikrinizcə, yazıçını başqalarından fərqli edən nədir? Bu fərq hədiyyədir, yoxsa yük?

— Yazıçılar dünyanı adi insanlardan tamamilə başqa bir bucaqdan görürlər. Onların emosiyaları fantaziyaya və ilhama əsaslanır. 
Burada istedad çox önəmlidir, çünki məhz istedad yazıçıya dünyanın proseslərinə tamam başqa cür baxmaq gücü verir. Ona görə də yazıçılar oxunur – çünki onlar başqalarından tamamilə fərqlidirlər. Bu, digər sənət növlərində də belədir: rəssamlar, bəstəkarlar, aktyorlar və s.

— Tez-tez deyirlər ki, sənətkarlar başqalarından daha çox əzab çəkirlər. Siz buna inanırsınızmı?

— Xeyr, əzab həmişə ilhamla bağlı olmur. 
Hər birimiz müxtəlif səbəblərdən əzab çəkirik və hər kəs bu ağrının mahiyyətini sənət əsərinə çevirmir. Sənətkar üçün əzab vacib ola bilər, amma bu, sadəcə insan təcrübəsi adlanır.

—  “Yazmaq – ağrını sözlərə çevirməkdir” fikri barədə nə düşünürsünüz?

— Yazıçılar hər şeyi sözlərə çevirirlər. Müxtəlif yanaşmalar janrların müxtəlifliyindən doğur. Yaxşı roman, şeir və ya dram yazmaq üçün həmişə əzab çəkmək lazım deyil. Bəzən sadəcə keçmişdəki bir anı, yaxud həyat təcrübəsini oyadaraq yaxşı əsər yaradırsan. Komediyalar buna ən yaxşı nümunədir: komediya şüurun məhsuludur, faciə isə emosional bir məsələdir. Hər ikisi ağrı ilə bağlıdır, həm də deyil. Hamısı dünyaya yanaşma tərzindən asılıdır.

— Heç vaxt yazmadığınız, yaxınlaşmağa cürət etmədiyiniz mövzular varmı?

— Mən qorxmuram, sadəcə bəzi mövzular var ki, onlar barədə heç vaxt yazmaram. 
Bu, maraqlarınızdan və şəxsi bağlılığınızdan asılıdır. 
Mənim fikrimcə, müəllif mütləq cəmiyyətin problemlərinə bağlı olmalıdır. O, insanlığın səsi olmalıdır.
 Tərcümə olunanda və oxunanda müəllif (digər sənətkarlar kimi) insanın travmalarına və faciələrinə münasibət formalaşdırmalıdır.

— Makedoniyada ədəbiyyata, şair və yazıçıların roluna münasibət necədir? Oxu mədəniyyəti nəyvəziyyətdədir?

— Makedoniya ədəbiyyatı keçid dövrünün ölkəsi olan Makedoniyanın reallığından ilham alır. 
Təəssüf ki, Makedoniya ədəbiyyatı çox tərcümə olunmur. 
Məncə, ölkəmdə tərcüməyə layiq çoxlu yazıçılar var. Poeziyaya və digər janrlara həsr olunmuş ədəbi festivallar keçirilsə də və bu, bizim yazıçılara dünyadakı həmkarları ilə müqayisə imkanı versə də, əlbəttə ki, dövlət qurumlarının dəstəyi ilə bu proses daha da inkişaf etdirilməlidir.














Söhbətləşdi: 
Cahangir NAMAZOV, 
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi. 
Azərbaycan Jurnalistlər Birliyinin və 

 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar