Xəbər lenti
Mənim üçün inci, xalqımız üçün şeirimizin Firuzəsi...
Arifə Əliyeva, Firuzə Məmmədli
Önəmli günlər məni mütləq xatirələrə uçurur. Firuzə xanımın
ad günündə qırx il əvvələ qanadlandım. O vaxtın xanım-xatın şair, yazıçıları, tanınmış ədəbiyyarşünasları bir-bir keçdi xəyalımdan. Yazıçılar İttifaqının gur-gur guruldayan vaxtları idi. Xanımlar teatra və ya hansısa mədəniyyət ocağına gəlirlərmiş kimi gəlirdilər İttifaqa. Geyimli-keçimli, üz-gözündən nur yağan xanımlar əməkdaşları şirin dillə dindirir, nəzakətlə xahişlərini edib, lazım olan sənədlərini alıb gedirdilər. O epizodları xatırladıqca filmlərdəki kimi kadrlara günəş doğur sanki, hər yan çıraqban olur. Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Mədinə Gülgünü, Həkimə ( özü deyirdi ki, əsl adı Həkimədir) Billurini, Xanımana və Gülrux Əlibəyliləri, Əzizə xanımları, Aida İmanquluyevanı, ekstravaqant Fəridə Vəlixanlını belə xatırlayıram. İttifaqa tez-tez gəlməzdilər, amma hər gəlişlərilə unudulmaz bir təəssürat yayıb gedirdilər.
90-cı il elə bilirəm dünyanın dağıldığı ildir. Sanki günəş tutulmuş, ay batmışdı, sanki insanlıq heç vaxt işıq görməyəcəkdi. Bu da bir taledi, Firuzə xanımın Yazıçılar Birliyində görünməyi o çağa düşdü. İstedadda, şəxsiyyətdə adlarını sadaladığım xanımlardan geri qalmayan Firuzə xanımın yaşca kiçikliyi vardı sadəcə. Bəlkə də çox yox, on il əvvəl dünyaya gəlsəydi o günəşli günlərin işığı onun taleyini dəyişəcəkdi. Yazıçılar Birliyindən əl-ayaq çəkiləndə Firuzə xanım bu ocağa qədəm qoydu. Öz təşəbbüsü ilə ictimai işə qoşuldu. Elə fəal işlədi ki, kollektiv növbəti seçkidə Həmkarlar İttifaqının sədrliyinə onun namizədliyini irəli sürdü. Həmkarların sədri gözlənilməz zərbədən özünə gəlməkdənsə kəndisi kimi tənbəl birini sədr seçdirmək istədi, amma sağlam kollektiv namizədinin arxasında dağ kimi dayandı. 30 ildən çoxdur Firuzə xanım ona səs verənlərin etimadını doğruldur. 30 il ərzində kollektivimizdən çox qiymətli insanlar əbədiyyətə qovuşub, deməzdim ki, gələnlərin hamısı gedənləri əvəz edə bilib, amma Firuzə xanım həmin Firuzə xanımdır - ciddi, özünə tələbkar, başqalarına anlayışlı, müdrik və dünyaya dünən gəlmiş kimi saf. Firuzə xanımı tanıdığım üçün, onunla çiyin-çiyinə işləmək kimi bir imtiyazım olduğu üçün, onu dinləmək, ondan öyrənmək kimi bir imkanım olduğu üçün taleyimdən çox razıyam. Firuzə xanım inandığım, güvəndiyim insandır, onunla ən ağır döyüşə gedə bilərəm, bilirəm ki, məni darda qoymaz, düşmənin qabağından qaçmaz. Mənim üçün inci, xalqımız üçün şeirimizin Firuzəsi, 10 yanvar da sizin varışınızla əlamətdardır. Yaxşı ki, dünyaya təşrif buyurmusunuz, dünyaya şərəf vermisiniz, insanlığa örnək olmusunuz, bunu mən deyirəm - sizi özünüzdən daha yaxşı tanıyan silahdaşınız. Sizi bağrıma, basıram, inanın yazdıqca ürəyimə işıq dolur, istilik gəlir, Allah bu işığı, bu istiliyi mənə çox görməsin.
Arifə Əliyeva
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar