Xəbər lenti
Azərbaycandan Türkiyəyə könül yolçulçuluğu Aləm Kəngərli ilə davam edir...
Aləm Kəngərli
Azərbaycandan Türkiyəyə könül yolçulçuluğu Aprel ayının 30- dan may ayının 7-sinə kimi bir qrup şair və yazıçılar – Aləm Kəngərli, Qalib Dərdli , Səhər Əhməd, Nazilə Gültac, Etibar Muradxanlı qardaş ölkə - Türkiyədə -Didim, Fəthiyə, Antalya şəhərlərində “”Könül yolçuluğu” layihəsinin tədbirlərinə qatılacaqlar. Türkiyənin müxtəlif şəhərlərindən olan söz adamları- könül yolçuları da bu tədbirlərdə iştirak edəcəklər. Türkiyəli şair Coşkun Karabulut və şairə Nazilə Gültac tərəfindən 2018- ci ildə yaradılan Könül yolçuluğu layihəsi vasitəsilə həm Türkiyədə, həm Azərbaycanda bir neçə ildir geniş tədbirlər həyata keçirilir. Artıq Könül yolçuluğu layihəmizə Türki dünyası yazar və şairləri də qoşulur. Məqsədimiz Türk dünyası könül adamlarını bir- bir ilə tanış etmək, ədəbi- mədəni əlaqələri genişləndirmək, könül körpüsü qurmaqdır. Türkiyəyə səfər edəcək yazıçı və şairlərimizin yaradıcılığından nümunələrlə Manevr. Az saytnın oxuclarını tanış edirik. Bu dəfəki könül yolçumuz şair, yazıçı Aləm Kəngərlidir. Onun “ Qatarda 18 əhvalat” adlı kitabı ingilis və rus dillərində 10 min nüsxə ilə çap olunub. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür. 6 apreldə Aləm Kəngərli ömür təqviminin bir səhifəsini də çevirdi. Ad günü münasibətiylə yazıçı dostumuzu könül yolçuları adından təbrik edir, uğurlar arzu edirəm.
Nazilə Gültac Şair, həkim.
“Könül yolçuluğu” layihəsinin Azərbaycanda rəhbəri
QƏFİL GÖRÜŞ
(Hekayə)
Sanki quşlar həmişəkindən daha canfəşanlıqla cəh-cəh vururdular.
Səhər yenicə açılırdı. Taleh pəncərənin şüşəsində oynaşan yaz günəşinin işartılarını görüb, ehmalca yerindən qalxdı. Canının ağrısından gecəni yata bilməmişdi. Klinikaya gedib özünü yoxlatmaq istəyirdi. Əvvəl yan otağa keçib uşaqlarına baş çəkdi. Onların şirin yuxuda olduqlarını görüncə üzünə xoş bir təbəssüm qondu. Sakitcə geri döndü. Həyat yoldaşının açıqda qalan kürəyini yorğanla örtüb, sonra mətbəxə keçdi. Qaz pilətəsinin çaynik olan gözünü yandırdı. Di gəl, müxtəlif analizlər verə biləcəyini düşünüb, çay içmək fikrindən daşındı. Qazı söndürüb yenidən yataq otağına qayıtdı. Əynini geyinməyə başladı. Klinikaya baş çəkəndən sonra işə getməli idi. Yubana bilməzdi. Gözləməyin mənası yox idi. Hazırlaşıb evdən çıxdı. Blok qapısından çıxanda mobil telefonun saatına baxdı. Hələ klinikanın açılması vaxtına var idi, piyada da getmək olardı. Ətrafa nəzər saldı. Ağacların çılpaq budaqlarından boylanan tumurcuqlar aydınca sezilirdi. Hər tərəfdə yazın nəfəsi duyulurdu. Ciyərlərinə çəkdiyi tərtəmiz bahar havası kürəklərindəki ağrını silib apara bilmədi. İçində bir əndişə də var idi. Elə bil qorxulu nəsə olacaqdı.
Klinikaya girəndə içəridə adam çox deyildi. Qeydiyyatda gəlişinin məqsədini açıqlayıb, göndəriş vərəqi aldı. Ödəniş etdikdən sonra qəbzi də götürüb 15 nömrəli otağa yaxınlaşdı. “Məmmədova Könül” yazılan qapını döyüb yavaşca içəri daxil oldu. Səliqə-sahmanlı görünən ağxalatlı həkimin başını qaldırması ilə - Taleh?! – deyə hayqırması və sonra da yerində donub qalması bir an çəkdi. O da donub qaldı.
Həkim “Yəni gerçəkdənmi bu, odur?!” – sualini öz-özünə verir, qarşısındakı adamın Taleh olduğuna inana bilmirdi.
Sifəti pörtmüş, gözləri bərələ qalmışdı.
Taleh də təlaş içində idi. Özünü itirdiyindən salam verməyi belə unutdu. Dil- dodağı quruduğundan udquna bilmirdi. Qayğılı gözləri ilə Könülə iki metrlik məsafədən deyil, sanki on illik tarixi olan şirin xatirələrlə dolu uzaq keçmişdən baxırdı. Görünən o idi ki, uzun illərin ayrılığı bir-birini sevən iki aşiqin qəlbindəki sevgi odunu hələ də tam söndürə bilməmişdi. Hər ikisinin iç dünyasında bir fırtına qopmaqda idi. Xeyli keçəndən sonra ilk olaraq Taleh özünü ələ ala bildi: -Necəsən, Könül?
Himə bənd imiş kimi, Könül başını aşağı salıb, hönkürtü ilə ağlamağa başladı. Az qala səsinə iş yoldaşları axışacaqdı. Çox keçmədi ki, gözlərinə çəkdiyi sürmə bütün sifətinə yayıldı. Taleh Könülə belə acı yaşatdığı üçün otağa girdiyinə peşman olsa da, artıq geri qayıda bilməzdi. İki addım irəliləyib astadan dedi:
- Ağlama, Könül. Xahiş edirəm. İndi hamı bura gələcək.
Könüldən gözlədiyindən daha sərt cavab aldı: - Qoy gəlsinlər. Mənə fərq etməz. Onsuz da həyatdan bezmişəm. Axı sən mənim nələr çəkdiyimdən, necə yaşadığımdan xəbərsizsən. Daha dözə bilmirəm, Taleh...
Könül bir az ara verib, yaşlı gözlərini xalatının qolu ilə silərək yenidən davam etdi – Düzünü de görüm, niyə gəldın? Mənə acıq vermək üçünmü? Olmaya, keçmiş xatirələrin odunda yandırmaq istəyirsən məni?
-Nə danışırsan, Könül? Mən səninlə qarşılaşacağımı gözləmirdim. Özümü bir az pis hiss etdiyim üçün gəlmişəm. Müalicə almalıyam. -Bəs qapının üstündəki yazıya nə deyirsən?!
– Könül soruşdu.
- Vallah, sənin burda işlədiyini bilmirdim, yoxsa, qayıdıb gedərdim.
-Gedərdim! Hmm. Demək, daha sevmirsən, özünə yad bilirsən məni, eləmi?
Taleh qaş düzəltdiyi yerdə vurub gözü də çixardığınn fərqində oldu və bu dəfə dillənmədi.
- “Ölənə qədər mənimlə olacaqsan, səni qəlbimdən heç bir qüvvə qopara bilməz!” deyən sən deyildinmi? Könülün istəyinin nə olduğunu özlüyündə müəyyənləşdirməkdə olan Taleh ah çəkib dərindən köks ötürdü:
-Fikrin nədir? Deyirsən, ailələrimizi dağıdıb hər şeyi yenidən başlayaq? Göz yaşı axıdacağını zamanında anlamalı idin. Üstümə gəlməyə haqqın yoxdur, Könül. Mən özümdə heç bir günah görmürəm. Əgər düzünü bilmək istəyirsənsə, səni həmişə xatırlayıram. Taleyimə acıyıram ki, niyə mənə qismət olmadın.
-Bəs deyirsən, burda olduğumu bilsəydin, məni narahat etməzdin.
-Səni yenidən görmək, yaramı təzələmək istəməzdim. Axı keçmişə qayıtmaq...
Qapı qəfil döyüldü. Talehin sözü ağzında qaldı. Orta yaşlarında, boz şlyapalı, saqqallı bir kişi idi.
-Gəlmək olar?
-Xeyir, - Könül kobud şəkildə cavab verdi, - deyin, sizi başqa həkimə yönəltsinlər, mən qəbul edə bilməyəcəyəm.
- Sonra hansısa nömrəni yığıb, telefonda danışmağa başladı:
- Zərifə, bu gün mənə xəstə göndərməyin. Özümü pis hiss edirəm.
Nə dedilərsə, “Yox, yox, heç nə lazım deyil, narahat olmayın” deyib, dəstəyi yerinə qoydu. Və üzünü Talehə tutdu: Deyirsən, yaranı təzələmək istəməzdin, hə? Bəs mən? Mən insan deyiləm? Bu vaxta qədər arayıb-axtarmadığın, maraqlanmadığın bəs deyil, üstəlik halımı da bilmək istəmədin? Niyə? Nəyə görə? Təkcə ona görə ki, bir yerdə deyilik? Əvvəllər mənə “Könülüm” deyərdin, indi “Könül” deyirsən... İçdiyimiz andı, bağladığımız əhd-peymanı nə tez unutdun, Taleh? Bəs deyirdin səni heç vaxt darıxmağa qoymayacağam. Mənim nə kimi hisslər, əzablar keçirdiyimdən xəbərin oldumu? Daha gücüm tükənib, dözə bilmirəm. Ürək daşdan deyil axı. İçim göynəyir, bağrım çatlayır, Taleh! Bu illər ərzində nələr çəkdiyimi bildinmi heç?!
Könül içini çəkərək yenidən göz yaşlarına qərq oldu. Ağlaya-ağlaya əl çantasından ürəkşəkilli güzgüsünü çıxarıb stolun üstünə qoydu. Çərçivəsi və dəstəyi qızılı rəngdə olan bu güzgünü Taleh ona, hardasa, on beş il əvvəl bağışlamışdı. Mənim üçün dünyada bundan qiymətli, bundan əziz hədiyyə yoxdur. Mən bu güzgünü göz bəbəyi kimi qoruyur, oxşayır, gözümdən kənara qoymuram, Taleh. Elə bilirəm ki, onu itirsəm, səni itirmiş olacağam. Mən hər dəfə ona baxanda özümü deyil, səni görürəm orda. Könül dayanmadan yanıqlı-yanıqlı ağlayırdı. Elə bil ürəyini boşaldıb çəkdiyi əzablardan xilas olmaq istəyirdi. Taleh çıxılmaz vəziyyətdə qalmışdı. Çox pərişan olmuşdu. Nə edəcəyini bilmirdi. Könül isə hey ağlayır, sakitləşənə oxşamırdı. Taleh yavaşca ona yaxınlaşdı. Sağ əli ilə Könülün saçına sığal çəkib dedi: -Ağlama, Könül. Xahiş edirəm. Ağlama. Əgər məni sevirsənsə, ağlama. Könül içini çəkə-çəkə göz yaşlarını sildi. -Mən ərə getməmişəm, Taleh, gora getmişəm. Ərim evə hər gün içkili gəlir. Günlərini eyş-işrətdə keçirməklə məşğuldur. Bu adamda tərbiyə, mənəviyyat deyilən heç nə yoxdur. Ailəsi, hətta yeganə övladı belə onu düşündürmür. Uşaq doqquz yaşına çatıb, indiyə kimi onunla doqquz dəfə maraqlanmayıb. İnan mənə, Taleh, əgər oğlum olmasaydı, mən çoxdan intihar etmişdim. Şirin xatirələrlə dolu ötən illər Talehi özündən aldı. Baxışlarını Könüldən ayırmadan əlini yavaşca onun çiyninə qoydu: Səni başa düşürəm, Könül. Axı neynəmək olar? Gərək dözəsən. Ürəyini sıxma. Yavaş-yavaş hər şey yoluna düşər. O axmaq fikirləri də başından çıxart. Layiqli övlad böyütməyi düşün. Oğlun böyüdükcə dərdlərini sənə unutduracaq, görərsən... Könül Talehin tutulduğunu, pərişan halını görüb dedi: - Səni də narahat etdim, Taleh. De görüm, necəsən? Yoldaşınla necə yola gedirsən? -Belə də. Yaşayıriq. - Onu sevmirsən, düzdü? Təsdiq elə ki, sevmirsən. Təsdiq elə ki, məndən sonra heç kəsi sevməmisən.
Söhbətin məcrası Talehi əsla açmadığından o, cavabdan yayınmağa çalışdı. - İki övladım var: oğlum və qızım. Hələ məktəbə getmirlər, balacadırlar. Oğlum mənə bənzəyir, qızım isə... onu sənə oxşadıram. Bəlkə də heç oxşarı yoxdur, amma mən oxşadıram.
Bu sözlər Könülə təsəlli oldu, xeyli şənləndi. Tez də səsində qəhər söylədi ki, sən heç dəyişməmisən, amma mən qocalmışam. Taleyim qocaldıb məni...
-Günah özündədir, Könül. Güvənmədin mənə. Qoşulub getmədin mənimlə. Könül sıxılb lap yumağa döndü.
-Bacarmadım. Vallah, bacarmadım. İstədim, ancaq alınmadı. Həyatımı anamın göz yaşlarına qurban verdim. Atamın “Mən Əli kişiyə söz vermişəm, camaat içində başımı yerə soxma!” kəlməsinə cavab qaytara bilmədim. Mən valideynlərimə görə ömrümü puç etdim, Taleh. Onlarsa məni daş-qaşa, var- dövlətə, şan-şöhrətə satdılar. İndi mən yaşadığım böyük, çilçıraqlı sarayda özümü zülmət qaranlıqda çürüyən kimsəsiz və bədbəxt bir insan kimi hiss edirəm. Xoşbəxt həyat sürdüyüm kasıb komamız üçün illərdir burnumun ucu göynəyir... Yəqin ki, sənin qarğışın tutdu məni. Könülün belə deməsi Talehə lap toxundu. - Nə danışırsan, nə qarğış? Mən qarğış-zad bacarmıram, Könül. Bir də ki, sənə qarğış eləmək özümü qarğımaq deyilmi? Könül yerindən yavaşca qalxdı. Talehin əllərindən yapışıb, gözlərini onun gözlərinə zillədi: - Biz niyə qovuşa bilmədik, Taleh? Tanrı yanında hansı günahımız vardı ki? - ... - Sən öz vüqarını, əzəmətini, şirinliyini hələ də itirməmisən, Taleh. Mən səni yenə də sevirəm. Əvvəlki kimi. Dəlicəsinə, ürəkdən! Taleh istəsə də, əllərinini Könüldən ayira bilmədi. -Gələn olar, Könül. Özünə problem yaratma, - deyə yavaşca dilləndi. -Əşşi, nə problem ey. Elə bilirsən, bu illər ərzində mən gün görmüşəm? Problem budur ey. Amma səni həmişə sevmişəm, xatırlamışam. Xəyalımda oxşamışam, əzizləmişəm səni! Sənsiz bir günüm də olmayıb, Taleh. Hər dəfə təhqir olunanda sənin qürurunu xatırlayıb dözmüşəm. Şirin söhbətlərini, lətifələrini, mənə göstərdiyin qayğı və nəvazişi unutmaq mümkünmü, Taleh?! Görünür, Allahın mənə bəxş etdiyi xoşbəxt günləri səninlə olduğum dövrdə xərcləyib qurtarmışam.
Könül sakitləşdiyi üçün Taleh də özünə gəlmişdi. Könülün saçına sığal çəkib ona yenidən təsəlli verməyə başladı:
-Sən bir az iradəli ol. Dözmək lazımdır, Könül. İnşallah, yavaş-yavaş hər şey qaydaya düşər. İstəsən, arada mən də sənə baş çəkərəm, dayaq olaram.
- Sən heç dəyişməmisən, Taleh. Deyirsən, baş çəkərsən hə? Bilirsən, necə gözəl olar? Mənə görə narahat olma, ərimdən qorxan deyiləm. Nə qədər çalışdım, boşana bilmədim. Ata-anam da istəmir, deyirlər, el içində rüsvay olarıq. Qalmışam belə. Başımı itirmişəm, Taleh. Nə edəcəyimi bilmirəm. Həyat mənim üçün öz mənasını itirib daha. Amma indi təsəllim odur ki, sən varsan. Bilirsən ... Taleh onun sözünü kəsib dedi:
-Düz danışmşmırsan, Könül. Axı sənin övladın var – doğma balan. Sən onun üçün yaşamalısan. Onu tərbiyə etməlisən, böyütməlisən.
-Sən mənə yenə də arxa durursan, gözəl insan. İstəmirsən ki, ruhdan düşüm. Yaşamağa səsləyirsən məni!
Könül Talehin əllərini ovcunda bərk-bərk sıxaraq dedi:
-Taleh, əgər gerçəkdən məni sevirsənsə, çəkdiyim əzabları mənə unutdur. Bas bağrına, öp məni! Gənclik illərində olduğu kimi: ürəkdən, çılğınlıqla, var gücünlə! Mən sənin olduğumu duymaq istəyirəm! Bu xoşbəxtliyi məndən əsirgəmə, nə olar!
Taleh narahat-narahat qapıya tərəf boylandı, ehmalca Könülü özündən kənarlaşdırmağa cəhd etdi. İçində bir tabu var idi, belə yaxınlıq olmazdı axı: -Ağlını başına yığ, Könül. Belə şeylər danışma. Sən uşaq deyilsən axı. Nə danışdığını başa düşürsən? Ailənı dağıtmaq istəyirsən? Valideynlərin, qohumların, iş yoldaşların sənə nə deyər? Oğlun dostlarının üzünə baxa bilməz. Sənə nifrət edər öz doğma balan...
Daha gecdir, Könül, mən gedim. Xeyli vaxtdır bir yerdəyik. Bəs deməzlər, bunlar içəridə nə edirlər?
- Heç nə olmaz, Taleh. Bu illər ərzində sənsiz çox əzablar çəkmişəm. Nə qədər yüngülləşdiyimi təsəvvür edə bilməzsən. Onda qoy müayinə edim, sonra gedərsən.
Taleh oda su səpə bilməsindən razı halda onun kösövlərinin tüstülənməsinə də yol vermək istəmədi:
- Lazım deyil, əzizim. Ciddi bir şikayətim yoxdur. Gecdir, mən gedim. İşdə olmalıyam. Sən də get dınçəl. Yəqin oğlun da yolunu gözləyir. Sabah gələrəm, yaxşı-yaxşı yoxlayarsan.
Könülün razılaşmaqdan başqa çarəsi qalmadı.
-Nə deyirəm, Taleh. Gəlişinlə məni necə sevindirdiyinin fərqində deyılsən. Səni gözləyəcəyəm. Mütləq gələrsən.
Könül Talehi qucaqlayıb, üzünü onun sinəsinə qoydu. Taleh onun ürək döyüntülərini öz ürəyində hiss etdi. Elə bil iki ürək bir sinədə döyünürdü. Könül Talehin qucağına elə sığınmışdı ki, sanki bir daha ondan qopmayacaqdı. Taleh Könülün alnından öpüb, yavaşca ondan ayrıldı.
Sabahısı gün Könül çox gözləsə də, Taleh gəlib çıxmadı. Növbəti günlərdə də o gəlmədi. Səhərdən axşama kimi gözü qapıda qalan Könül hər qapı açılanda ürək çirpıntısı ilə gələnin Taleh olduğunu zənn edə-edə günləri aya çevirdi.
Bu gözləntilər üzücü olmaqla yanaşı, həm də Könülün yeknəsək ömrünə bir canlanma gətirirdi, rəng qatırdı.
Bir səhər, məhz ogünkü kimi, düz saat doqquz tamamda Talehin bu qapını açıb içəri girəcəyinə, gülümsəyərək öz Könülünü qucaqlayacağına olan ümid çox şirin ümid idi.
Aləm Kəngərli.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar