Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Faiq Hüseynbəylinin poeziyası öz ruhu ilə həyatın sevgi və məhəbbət duyğularını bütövləşdirir

Tarix: 12-11-2022 17:30     Baxış: 2427 A- / A+

                               Faiq Hüseynbəyli

Çağdaş poeziyamız yaşanan həyat ideallarını öz mahiyyəti və cazibəliliyi, ədəbi mövqeyi, istiqaməti ilə Zamanın axarında mütəmadi olaraq özünəməxsus yolu ilə gələcəyə daşıyır. 
Poeziyamızın ədəbi güzgüsündə özünü mənəvi-əxlaqi cəhətdən təsdiq edən şairlərimizdən söz-söhbət açan hər kəs  qürur hissi keçirir. Söz-sənət dünyası, öz axarı ilə gedən təbii prosesdir. Hər bir söz-sənət adamının düşüncəsi 
Zamanın həyat portretini cilalalıyır və könül duyğularının patoloji halının yaşantısını sürdürə bilən ruhda ədəbi mövqeyini ortaya çıxarmaqla, sənət 
çərçivəsində öz imzasını özünəxas şəkildə təsdiqləyir.
Gənc şairlər cərgəsində, öz ədəbi yolunu Zamana yayanlardan biri Faiq Hüseynbəylidir. Faiq Hüseynbəyli şerimizin gözəlliyinə gözəllik qatan, sənət 
dünyasının sirlərinə könül verən şairlərdəndir. Sənətə ömür vermək isə olduqca çətin və məsuliyyətli, eyni zamanda şərəfli bir könül işidir. Könül işinə başlayıb, onu başa çatdıra bilmək isə öz növbəsində tale işidir: 

Ölsəm, mənə bir cüt qara göz ağlasa, bəsdir, 
Bir cüt qara göz qırx günü yas saxlasa, bəsdir. 

Bircə dəfə salsa yolunu ildə yanımdan,
Çərşənbə günü şairini yoxlasa, bəsdir. 

Mən də daş olub üz-üzə dursam o baxışla,
Səssiz dayanan şəklimi qucaqlasa, bəsdir. 

Öpsə bu soyuq şəklimi, şəklim də isinsə,
Ruhum o qara tellərini qoxulasa, bəsdir. 

Lirika həyatın duyğusal anlarının yaşantısının izahına, psixoloji durumunun obrazlarla ifadəsinin məntiqi üzərində düşünməyə yönəldir oxucunu. Lirika həyatın duyğusal semantikasını ictimailəşdirırək Zamana yayır insanın düşüncə birikimini...
Faiq Hüseynbəylinin Lirikası öz sentimentallığı, həyati realizmi, ictimai mahiyyəti etibarı ilə gözəllik dünyasına yolçuluğunu davam etdirir: 

Ömrümə daş hörəndə, gəl.
Eşqə könül verəndə, gəl.
Yeddi Yerə girəndə, gəl,
Yedi Göyə çıxan qadın! 

Sağım, solum - dörd yanım ol,
Dinim, qibləm, irfanım ol.
Sahilinəm, tufanım ol,
Lal su kimi axan qadın! 

Qopdu qiyamət, gedirəm!
Ruhuna rəhmət, gedirəm!
Səsinə həsrət gedirəm,
Söz ilə darıxan qadın! 


Könül duyğularının sevdası ilə, Zamanının, həyat insanının dünyaya baxışını müəyyən məcraya yönəltməkdə Faiq Hüseynbəylinin lirikası öz müasirliyi və həyatiliyi ilə seçilir. Şairin ilhamı hər yönü ilə oxucunu həyatın gözəlliklərini duymağa sövq edir. Onun şeirlərinin həyati imitasiyası, ideya istiqaməti məhəbbətin şəfqəti ilə yoğrulur. Poetik ritmi ilə həyatın psixoloji durumunu göstərə bilmək həm ustalıq, həm də həyati-mənəvi düşüncəyə yiyələnməyin açarıdır: 

Ruh vücudda əks olunan aynadı,
Əldən düşüb qırılmasa, yaxşıdı.
Toz bağlamış, köhnə kitab ömrümün,
Vərəqləri, cırılmasa yaxşıdı. 


Həyat insanlığın mənəvi dünyasının fikir özgüllüyüdür. Həyatı idrak edə bilmək insanlığın mənəvi dünyasının təkamülü ilə sürdürülür. Həyati kimliyini dünyaya tanıdan insan öz ictimai varlığını hər zaman müəyyənləşdirir. Faiq Hüseynbəylinin lirikası öz oxucusuna həyatın məntiqi düşüncə tərzini həyati-mənəvi xarakteri ilə idrak etdirir, oxucunun ruhunu gözəlliklə cilalalıyır: 

Hopdu ürəyimə nəfəsin, səsin,
Əridə bilmədim dünyanın qəmin.
Vurulmaq öyrətdin, bölündüm Sənə,
Toplaya bilmədim bu Eşqin cəmin. 

Sən söylə, şeir, söz, təb nəyə lazım?
Ayaqda durmağa tab nəyə lazım?
Mən xəstə deyiləm, həb nəyə lazım?
Bir, Allah bilir bu dərdin məlhəmin. 

Poeziya öz gücünü daima Həyatdan alır.
Poeziya öz gücünü daima Zamandan alır.
Poeziya öz gücünü daima Söz sənətindən alır.
Faiq Hüseynbəylinin poeziyası öz sanbalı ilə həyatın psixoloji durumunu göstərə bilir. Faiq Hüseynbəylinin poeziyası öz Ruhi saflığını Zamanın həyat yaşantısından alır.
Faiq Hüseynbəylinin poeziyası öz lakonikliyini söz sənətinin həyatla ünsiyyətindən 
alır: 

Bəzən ayaqlarım alır,
Bızən alır baş gücümü.
Yorub yenə əldən salır,
Ötüb keçən yaş gücümü! 

Ürəyimdə dağ saxlayır,
Bir üzümü ağ saxlayır.
Min ildir torpaq saxlayır,
Saxlayır bu daş gücümü! 

Sevgi, məhəbbət duyğuları həyatın psixoloji durumunun obrazlarla ifadəsi kimi poeziyanın ənənəvi sənət mövzusudur. Elə bir poeziya sənəti ola bilməz ki, o sevgi və məhəbbətdən kənarda dursun. Faiq Hüseynbəylinin poeziyası öz ruhu ilə həyatın sevgi və məhəbbət duyğularını bütövləşdirir. Şairin lirikasında sevgi hürriyyətinin işığı daima insanın qəlbinin köşə-bucağını işıqlandırır: 

Apardın ən şirin xatirələri,
Söndü gözlərində bu eşqin izi.
Şəkillər danışır ötən illəri,
Döndü qismətindən taleyin üzü. 

Fərasət mən idim, oysa səriştə,
Dünyaya gəlmişdik bu göndərişlə.
Qatdıq başımızı hərə bir işlə,
Bəlkə də qayğılar ayırdı bizi . 


Faiq Hüseynbəylinin lirikası öz həyati-fəlsəfiliyi ilə də könülləri süsləyir, ümumilikdə həyati fəlsəfilik baxımından özünəxas müdriklik sərgiləyir.
İctimai düşüncənin görsəlliyi hər nə olursa olsun, birbaşa Ruh halının yaşantısını önəmsəməkdir. İnsan daima xoşbəxtliyi dünyada axtarmaqla öz dünyasını dəyişib, həyat yönünü  Zamanın axarında mütəmadi olaraq dəyişməyə çalışır. Bu isə insanın düşüncə tərzinin həyati-mənəvi xarakterini formalaşdırır: 

Nə sonu bəllidi, nə də əvvəli,
Kim deyir ikidi, ya təkdi dünya?
Sən də sus danışma, ey əziz dostum ,
Onsuz da arzudu istəkli dünya ! 

İnsan da pul kimi xərclənib gedir,
Sonra yaddaşında nə var silirsən.
İnsan gec alışır haqsızlıqlara,
Sonra öyrəşirsən sonra bilirsən... 


Ruh sevdasının həyat təntəsini ifadə edən, qəlbin həyat sevgisinin mahiyyətini aydınlaşdıran, həyatın psixoloji tərəflərinin sosial mənzərəsini seyr etdirən lirikadır. Faiq Hüseynbəylinin lirikası öz sentimentallığı və könül duyğularının aşırı həyəcanlarını üzə çıxara bilən lirik düşüncə tərzini həyati-mənəvi düşüncəyə çevirən lirika kimi daima oxucusunun qəlbində özünə cığır açır: 

Ayaqlarım sözümə baxmır,
əllərim, üzümə.
Günləri ağlatmaq olmur!
Hissləri aldatmaq olmur!
Gəlib hələ çıxa bilməmişəm
özümə!
Sərilib qalmışam yollarda, 
Hərdən sərt olmuşam!
Hərdən yumşalmışam! 


Budur, Faiq Hüseynbəyli lirikasının həyati-fəlsəfi düşərgəsi. Bu lirika həyatı öz məntiqi düşüncə tərzinin mənəvi xarakteri ilə idrak etdirir.
Faiqin lirikası saflığı və həyatiliyi ilə seçilməklə yanaşı, gözəlliyə qovuşmağa can atan şerimizin seçmə mərhələsində öz ədəbi bütövlüyü ilə mühüm özəlliyə sahibdir.
Uğurlar arzulayıram Şair qardaşıma!..  

Hörmətlə:
Nəsib Abid, müəllim-filoloq.
8 noyabr 2022-ci il. 
Savalan.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar