Xəbər lenti
Rəfail Tağızadə: "Adam Mitskeviçin xatirəsinə on nəğmə" - Poema
Rəfail Tağızadə
Adam Mitskeviçin xatirəsinə on nəğmə
(poema)
Varşavaya qar yağır,
qarlı bir qış günüdü
leh şəhəri Varşavada.
Qar dənəcikləri üşüyür,
üşüyür, soyuq havada.
Küçələrdə, meydanlarda
küknar ağacları sükut içində.
Varşava
qotik qüllələriylə
boz duman içində,
bulud içində.
Pan Mitskeviç
pyedestaldan boylanır-
boylanır ümid içində.
Pan Mitskeviç
tuncdan tökülmüş
qranit pyedestalda
Xəyala dalıb axşamdan yağan
bu qar altında...
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç-
ey cəlai – Vətən şair.
Mənim də bir cüt sözüm var
qədim Varşavaya dair.
Ah, neçə yol bu şəhəri
yandırdılar, yaxdılar,
Ratuşa meydanında
yad bayraqlar asdılar,
yadlar gəlib tarixini
yad dillərdə yazdılar,
amma sən hər dəfə
yenidən doğuldun viranələrdən.
Tanrı qorudu səni
üstünə qılıncla gələn
xaçlı divanələrdən.
Bu rüzgarlı qış günü
Varşavaya qar yağır.
Bir dərd var ürəyimdə
Mitskeviçin misraları kimi ağır.
* * *
Mənim doğulduğum yerlər
düşmən əsarətində,
yağı caynağındadır.
Vətən həsrəti mənim
gözlərimin qarasında, ağındadır.
Gözlərimə baxıb aldanmayın
gözlərimin yaşı acı,
ürəyimə toxunmayın
ürəyimin başı acı.
Mənim ana yurdumun
torpağı, daşı acı.
Ağrılardan, acılardan yoğrulub
Qarabağ bayatısı -
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
yaddan çıxmaz Qarabağ.
Bizim bayatılar yarpız qoxuyur.
Bizim bayatılarımızı ağbirçək analar
şəhid məzarlarında
dua kimi oxuyur...
* * *
Kəndiri yellənən bir dar ağacı
abidətək ucalır
şair məzarlarında.
Özü dar ağacında çırpınır,
şöhrəti quş kimi
uçur havada.
Qar yağır pan Mitskeviç
qar yağır Varşavada.
Hər şairin taleyində
bir dar ağacı.
Polyak ana şair oğlunun
qəbri üstə ağlayır,
ağlayır acı-acı.
Polyak ana
yana-yana
ağı deyir Vətənə.
Qəlbindən qanlar axır,
Varşavada qar yağır...
Bir qərənfil alışıb yanır
bu dünyada
hər şairin torpağında.
Mələklərin göz yaşları parlayır
inçi kimi.
Qırmızı qərənfilin
ümid rəngli yanaqlarında.
Varşavada qarlı qış,
hər polyak bir azadlıq əsgəri,
hər polyak bir pan Tadeuş.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Yaşıl orman içində
tənha küknar kimi vüqarlı şair,
ruhunu aradım şeirlərində,
bir ümid şöləsi gördüm
hər misranda, hər şeirində.
Bir ümid şöləsi,
bir dağ laləsi.
Hər şairin ömründə
bir kənd, bir şəhər,
bir cənnət misallı məmləkət var.
Hər şairin ürəyində
yaralı bir sevda,
bir dəli həsrət var...
Varşavada qarlı qış,
Varşavada qar yağır.
Hardasa uzaqlarda
dəli şimşəklər çaxır.
Anaların göz yaşı
qurğuşun kimi axır.
Yer üzündə göz yaşı
qurğuşun kimi ağır.
Göy üzünün qürbətə
uçan durnaları var.
Qəfil yağdığı kimi
qəfil də kəsəcək qar.
Bu dünyanı süsləyəcək
göydə Ayın haləsi.
Könlümüzdə, gözümüzdə
bir ağ ümid şöləsi...
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Gördüyüm bu görüntü
nə ilğımdı, nə yuxu.
Gəlib qarşımda durub
Adam Mitskeviçin ruhu.
Bu yol qürbətə gedir,
varmı bu yoldan ötən?
Bir ürəkdə iki sevda,
bir könüldə iki Vətən.
Varşavadan Parisə,
Parisdən İstanbula
uçur şair xəyalım,
Mitskeviçə tanış gələr
yəqin mənim bu halım.
Ay çimir gecəyarı
Bosforun sularında,
Istanbul möcüzədi
şair arzularında.
Lacivərd gecələrin
ulduzları bərq vurur.
Yenə Adam Mitskeviç
gəlib qarşımda durur.
Min bir gecə nağılıdı
İnsanbulun gecəsi.
Türk dilində qonuşur
lehin şirin ləhcəsi.
Sən azadlıq şairi,
sən azadlıq aşiqi.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Varşavaya qar yağır,
qar yağıq Varşavaya.
Sevinir uşaq, böyük,
qəlblərində bir sevinc,
ürəklərdə hərarət,
səndən alaraq cürət.
Azadlığı parlayır
azadlıq sevən xalqın,
min əzaba qatlaşan,
azadlıq alan xalqın.
Ürəyində bir sevgi,
hər baxışın alovdu,
əməllərin son anda
düşməni eldən qovdu.
Bütün Polşa boyunca
Visla sakitcə axır,
axır sənin yanından,
sənə doyunca baxır.
Ürəyində bir atəş,
gözlərində güman var,
sənin şair qəlbində
bir sevgi var, aman var.
Sən sevdiyin xalqından
hər zaman bir güc aldın,
sən xalqının qəlbində
bir heykəl tək ucaldın.
Adın adlardan uca
boyun hamıdan böyük,
sən düşmənin qəlbində
hər zaman ağır bir yük.
İrticanı sevməyən
bir millətin oğlusan,
sən hər zaman ürəkdə,
sən dillərdə olmusan.
Sən azadlıq şairi,
sən azadlıq aşiqi.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Sənin “kiçik Şərq”ində*
yenə həmin zamandı,
yenə aləm qarışıb,
yenə halı yamandı.
“Ey məscidlər minarəsi, yaylaqların ulu xanı,
Bütün Krım dağlarının başı üstə tənha ada.
Ey Çadırdağ, səyyah kimi dolanaraq bu dünyanı
Yenə gəlib baş əyirəm qadir hüzurunda.
... Günəş doğsun, külək əssin, hey əylənsin qışın qarı,
Yaxud kafir od vuraraq yurdsuz qoysun tatarları...
... Bu qala yenilməzlik nişanıydı ölkənin...
Xarabalıq içində Krım şöhrəti itər.
Başımızın üstündə ucalır kəllə kimi,
Sakini ya ilandı, ya gəlmə ondan betər...” **
Düzənində çiçək yox,
qöncə qorxur açmağa,
durnalar uçub gedib,
göydə quş yox uçmağa.
Taleləri oxşardı -
Krımım, Qarabağım,
hamı sənə can atır
ey, müqəddəs torpağım.
*- Adam Mitskeviç Krımı “kiçik Şərq” adlandırırdı;
** - Adam Mitskeviçin “Krım sonetləri”ndən (tərcümə edəni - Sabir Rüstəmxanlı)
Biri bayatı deyir:
“Yar başa qara bağlar,
Ürəyi yara bağlar.
Vətəndən ayrı düşsə
Ümidin hara bağlar?”
Biri mani* söyləyir:
“Qarşının çöllərində,
Amunun illərində,**
Mən səni unutmadım,
Ayrılıq illərində.”
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Vurğunam bu torpağın
ürəyində azadlıq,
əlində qələm tutan
hər oğluna qızına,
bu yaralı qəlbimi
söykədim dost qəlbinə-
həm sevinə, qızına.
Meşələr bir düzəndi,
ağaclar layla çalır,
ayna göllər bir aləm
adamın ağlın alır.
Qızlar çələng toxuyur
çəmənlərin gülündən,
bülbül nəğmə oxuyur
sevənlərin dilindən.
Gül-çiçəyə bürünüb
sənə uzanan yollar,
hər gələni sevgiylə
qucağa alar qollar.
Səndən öyrənir ellər
sevməyi, vuruşmağı,
müqəddəs azadlığa
anbaan qovuşmağı.
Ürəklərdə, qəlblərdə
sevinc alışıb yanar,
o Vətən məhəbbətin
milyon könülə dolar.
* - Krım-Tatar folklor janrı
** - Amu – Amudəryanın qısalmış şəkili
Dünya belə dünyadı
var bir qəzavi-qədər,
ürəkdən edilənlər
hələ getməyib hədər.
Yollar uzanıb gedər,
yollar dolanbac yollar,
əziyyətin, əzabın
hər sonu qazanc yollar.
Bu qarışıq səmada
ağaran bir bulud var,
hər sevginin sonunda
bir sevgi var, umud var.
Hər şey gedib durulur
sonda azalan qalır,
tarix tez-tez dəyişir
sonda yazılan qalır.
Hər şeyin bünövrəsin
qazan var, qazdıran var,
hər millətin tarixin
yazan var, yazdıran var.
Sən azadlıq şairi,
azadlıq aşiqisən.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Varşavaya qar yağır,
qar yağır ağır-ağır.
Sən bu xalqa pay gəldin,
Tanrının payı gözəl,
qaranlığa ya doğdu
gecənin ayı gözəl.
Göylər nəğmə oxuyur
sənin fərasətindən,
ətrafın qupqurudu
sənin hərarətindən.
Hamı yolu gözləyir
gedən var, get deyən var,
sevgiyə sevgi gələr
sevən var, sevdirən var
Üzə sevinc yaraşır
gəlib gedəndi kədər,
ömrü elə yaşadın
kimsə demədi hədər.
Sən bir gözəl nümunə
bu bəşərə, bu xalqa,
hamı sonda gələcək
ədalətə, bu haqqa.
Varşavaya qar yağır,
qar yağır ağır-ağır,
durub uca zirvədə
şair Vətənə baxır...
22.03.2014
Adam Mitskeviçin xatirəsinə on nəğmə
(poema)
Varşavaya qar yağır,
qarlı bir qış günüdü
leh şəhəri Varşavada.
Qar dənəcikləri üşüyür,
üşüyür, soyuq havada.
Küçələrdə, meydanlarda
küknar ağacları sükut içində.
Varşava
qotik qüllələriylə
boz duman içində,
bulud içində.
Pan Mitskeviç
pyedestaldan boylanır-
boylanır ümid içində.
Pan Mitskeviç
tuncdan tökülmüş
qranit pyedestalda
Xəyala dalıb axşamdan yağan
bu qar altında...
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç-
ey cəlai – Vətən şair.
Mənim də bir cüt sözüm var
qədim Varşavaya dair.
Ah, neçə yol bu şəhəri
yandırdılar, yaxdılar,
Ratuşa meydanında
yad bayraqlar asdılar,
yadlar gəlib tarixini
yad dillərdə yazdılar,
amma sən hər dəfə
yenidən doğuldun viranələrdən.
Tanrı qorudu səni
üstünə qılıncla gələn
xaçlı divanələrdən.
Bu rüzgarlı qış günü
Varşavaya qar yağır.
Bir dərd var ürəyimdə
Mitskeviçin misraları kimi ağır.
* * *
Mənim doğulduğum yerlər
düşmən əsarətində,
yağı caynağındadır.
Vətən həsrəti mənim
gözlərimin qarasında, ağındadır.
Gözlərimə baxıb aldanmayın
gözlərimin yaşı acı,
ürəyimə toxunmayın
ürəyimin başı acı.
Mənim ana yurdumun
torpağı, daşı acı.
Ağrılardan, acılardan yoğrulub
Qarabağ bayatısı -
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
yaddan çıxmaz Qarabağ.
Bizim bayatılar yarpız qoxuyur.
Bizim bayatılarımızı ağbirçək analar
şəhid məzarlarında
dua kimi oxuyur...
* * *
Kəndiri yellənən bir dar ağacı
abidətək ucalır
şair məzarlarında.
Özü dar ağacında çırpınır,
şöhrəti quş kimi
uçur havada.
Qar yağır pan Mitskeviç
qar yağır Varşavada.
Hər şairin taleyində
bir dar ağacı.
Polyak ana şair oğlunun
qəbri üstə ağlayır,
ağlayır acı-acı.
Polyak ana
yana-yana
ağı deyir Vətənə.
Qəlbindən qanlar axır,
Varşavada qar yağır...
Bir qərənfil alışıb yanır
bu dünyada
hər şairin torpağında.
Mələklərin göz yaşları parlayır
inçi kimi.
Qırmızı qərənfilin
ümid rəngli yanaqlarında.
Varşavada qarlı qış,
hər polyak bir azadlıq əsgəri,
hər polyak bir pan Tadeuş.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Yaşıl orman içində
tənha küknar kimi vüqarlı şair,
ruhunu aradım şeirlərində,
bir ümid şöləsi gördüm
hər misranda, hər şeirində.
Bir ümid şöləsi,
bir dağ laləsi.
Hər şairin ömründə
bir kənd, bir şəhər,
bir cənnət misallı məmləkət var.
Hər şairin ürəyində
yaralı bir sevda,
bir dəli həsrət var...
Varşavada qarlı qış,
Varşavada qar yağır.
Hardasa uzaqlarda
dəli şimşəklər çaxır.
Anaların göz yaşı
qurğuşun kimi axır.
Yer üzündə göz yaşı
qurğuşun kimi ağır.
Göy üzünün qürbətə
uçan durnaları var.
Qəfil yağdığı kimi
qəfil də kəsəcək qar.
Bu dünyanı süsləyəcək
göydə Ayın haləsi.
Könlümüzdə, gözümüzdə
bir ağ ümid şöləsi...
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Gördüyüm bu görüntü
nə ilğımdı, nə yuxu.
Gəlib qarşımda durub
Adam Mitskeviçin ruhu.
Bu yol qürbətə gedir,
varmı bu yoldan ötən?
Bir ürəkdə iki sevda,
bir könüldə iki Vətən.
Varşavadan Parisə,
Parisdən İstanbula
uçur şair xəyalım,
Mitskeviçə tanış gələr
yəqin mənim bu halım.
Ay çimir gecəyarı
Bosforun sularında,
Istanbul möcüzədi
şair arzularında.
Lacivərd gecələrin
ulduzları bərq vurur.
Yenə Adam Mitskeviç
gəlib qarşımda durur.
Min bir gecə nağılıdı
İnsanbulun gecəsi.
Türk dilində qonuşur
lehin şirin ləhcəsi.
Sən azadlıq şairi,
sən azadlıq aşiqi.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Varşavaya qar yağır,
qar yağıq Varşavaya.
Sevinir uşaq, böyük,
qəlblərində bir sevinc,
ürəklərdə hərarət,
səndən alaraq cürət.
Azadlığı parlayır
azadlıq sevən xalqın,
min əzaba qatlaşan,
azadlıq alan xalqın.
Ürəyində bir sevgi,
hər baxışın alovdu,
əməllərin son anda
düşməni eldən qovdu.
Bütün Polşa boyunca
Visla sakitcə axır,
axır sənin yanından,
sənə doyunca baxır.
Ürəyində bir atəş,
gözlərində güman var,
sənin şair qəlbində
bir sevgi var, aman var.
Sən sevdiyin xalqından
hər zaman bir güc aldın,
sən xalqının qəlbində
bir heykəl tək ucaldın.
Adın adlardan uca
boyun hamıdan böyük,
sən düşmənin qəlbində
hər zaman ağır bir yük.
İrticanı sevməyən
bir millətin oğlusan,
sən hər zaman ürəkdə,
sən dillərdə olmusan.
Sən azadlıq şairi,
sən azadlıq aşiqi.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Sənin “kiçik Şərq”ində*
yenə həmin zamandı,
yenə aləm qarışıb,
yenə halı yamandı.
“Ey məscidlər minarəsi, yaylaqların ulu xanı,
Bütün Krım dağlarının başı üstə tənha ada.
Ey Çadırdağ, səyyah kimi dolanaraq bu dünyanı
Yenə gəlib baş əyirəm qadir hüzurunda.
... Günəş doğsun, külək əssin, hey əylənsin qışın qarı,
Yaxud kafir od vuraraq yurdsuz qoysun tatarları...
... Bu qala yenilməzlik nişanıydı ölkənin...
Xarabalıq içində Krım şöhrəti itər.
Başımızın üstündə ucalır kəllə kimi,
Sakini ya ilandı, ya gəlmə ondan betər...” **
Düzənində çiçək yox,
qöncə qorxur açmağa,
durnalar uçub gedib,
göydə quş yox uçmağa.
Taleləri oxşardı -
Krımım, Qarabağım,
hamı sənə can atır
ey, müqəddəs torpağım.
*- Adam Mitskeviç Krımı “kiçik Şərq” adlandırırdı;
** - Adam Mitskeviçin “Krım sonetləri”ndən (tərcümə edəni - Sabir Rüstəmxanlı)
Biri bayatı deyir:
“Yar başa qara bağlar,
Ürəyi yara bağlar.
Vətəndən ayrı düşsə
Ümidin hara bağlar?”
Biri mani* söyləyir:
“Qarşının çöllərində,
Amunun illərində,**
Mən səni unutmadım,
Ayrılıq illərində.”
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Vurğunam bu torpağın
ürəyində azadlıq,
əlində qələm tutan
hər oğluna qızına,
bu yaralı qəlbimi
söykədim dost qəlbinə-
həm sevinə, qızına.
Meşələr bir düzəndi,
ağaclar layla çalır,
ayna göllər bir aləm
adamın ağlın alır.
Qızlar çələng toxuyur
çəmənlərin gülündən,
bülbül nəğmə oxuyur
sevənlərin dilindən.
Gül-çiçəyə bürünüb
sənə uzanan yollar,
hər gələni sevgiylə
qucağa alar qollar.
Səndən öyrənir ellər
sevməyi, vuruşmağı,
müqəddəs azadlığa
anbaan qovuşmağı.
Ürəklərdə, qəlblərdə
sevinc alışıb yanar,
o Vətən məhəbbətin
milyon könülə dolar.
* - Krım-Tatar folklor janrı
** - Amu – Amudəryanın qısalmış şəkili
Dünya belə dünyadı
var bir qəzavi-qədər,
ürəkdən edilənlər
hələ getməyib hədər.
Yollar uzanıb gedər,
yollar dolanbac yollar,
əziyyətin, əzabın
hər sonu qazanc yollar.
Bu qarışıq səmada
ağaran bir bulud var,
hər sevginin sonunda
bir sevgi var, umud var.
Hər şey gedib durulur
sonda azalan qalır,
tarix tez-tez dəyişir
sonda yazılan qalır.
Hər şeyin bünövrəsin
qazan var, qazdıran var,
hər millətin tarixin
yazan var, yazdıran var.
Sən azadlıq şairi,
azadlıq aşiqisən.
* * *
Salam, Adam Mitskeviç,
Vitam, Adam Mitskeviç.
Varşavaya qar yağır,
qar yağır ağır-ağır.
Sən bu xalqa pay gəldin,
Tanrının payı gözəl,
qaranlığa ya doğdu
gecənin ayı gözəl.
Göylər nəğmə oxuyur
sənin fərasətindən,
ətrafın qupqurudu
sənin hərarətindən.
Hamı yolu gözləyir
gedən var, get deyən var,
sevgiyə sevgi gələr
sevən var, sevdirən var
Üzə sevinc yaraşır
gəlib gedəndi kədər,
ömrü elə yaşadın
kimsə demədi hədər.
Sən bir gözəl nümunə
bu bəşərə, bu xalqa,
hamı sonda gələcək
ədalətə, bu haqqa.
Varşavaya qar yağır,
qar yağır ağır-ağır,
durub uca zirvədə
şair Vətənə baxır...
22.03.2014
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar